İstanbul-Bakı-İstanbul aviareysləri təxirə salınıb
İstanbul şəhərinin Atatürk və Sabiha Gökçen hava limanlarında gözlənilən meteoroloji vəziyyət və intensiv qar yağması səbəbindən bu gün ümumilikdə 38 xarici reysin təxirə salınmasına səbəb olub.
"Azərbaycan Hava Yolları" QSC-dən bildirilib ki, şirkət Bakıda İstanbula olan bir reysini təxirə salıb: "Bu günə "B 767" tipli təyyarə ilə yerinə yetirilməsi nəzərdə tutulan J2 077 saylı reys təxirə salınıb. Bakıdan saat 20:45-də yola düşməli olan aviareys, yerli vaxtla saat 23:50-də İstanbula enməli idi. Digər reyslərimizin təxirə salınması üçün cədvəldə dəyişiklik və ya təxirəsalma edilməyib".
AZAL Bakı-İstanbul marşrutu üzrə həftənin bütün günləri (gündə - 5 reys) uçuşlar həyata keçirir. Bu istiqamət üzrə biletlərin qiyməti bir tərəfə 220 manat, hər iki istiqamətdə isə 396 manatdan başlayır.
"Türk Hava Yolları" (THY) aviaşirkətinin isə bu gün saat 08:15 və 14:35-də yerinə yetirilməli olan İstanbul-Bakı-İstanbul reysləri təxirə salınıb.
THY-nin Bakı ofisindən "Report"a verilən məlumata görə, yanvarın 28-də TK0332 və TK0333 reyslərinin təxirə salınmasına səbəb İstanbulda intensiv qar yağmasıdır: "Gözlənilən meteoroloji vəziyyət və intensiv qar səbəbindən Atatürk və Sabiha Gökçen hava limanlarında bugünkü reyslərin bir çoxu ləğv edilib. İstanbuldan Bakıya "B 737" tipli təyyarə ilə saat 08:15-də nəzərdə tutulan aviareys Bakıya 13:05-də, 14:35-də Bakıdan uçmalı olan isə saat 15:50-də İstanbula çatmalı idi. Lakin hava şəraiti ilə əlaqədar bu reyslər təxirə salınıb".
Şirkətdən bildirilib ki, sözügedən reyslərə bileti olan sərnişinlərə əvvəlcədən xəbərdarlıq olunub və biletləri digər reyslərlə əvəz edilib.
Bu marşrut üzrə şirkət həftə içi hər gün 5 uçuş (bunlardan 4-ü Atatürk, 1-i isə Sabiha Gökçən hava limanına) həyata keçirir. Sözügedən istiqamətə biletlərin qiyməti bir tərəfə 256 manat, hər iki istiqamətdə isə 307 manatdan başlayır.
Qeyd edək ki, pis hava şəraiti ilə əlaqədar olaraq Türkiyədə artıq bir neçə gündür aviareyslər təxirə salınır.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 999 Tarix: 28 yanvar 2016
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
TƏBİB-ə yeni səlahiyyət verildi
Doğumun qeydə alınması qaydası dəyişib. Bu haqda məlumat Baş nazir Əli Əsədovun imzaladığı "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"da öz əksini tapıb. Dəyişikliyə əsasən, doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri
17 sentyabr 2021Mədəsində narkotik maddə keçirmək istəyirdi - DƏHŞƏTLİ şəkildə ÖLDÜ
Ekvadorlu narkotik kuryeri İstanbul Hava Limanından kokain tərkibli olan kapsulları keçirmək istəyərkən dəhşətli şəkildə ölüb. -ın "Ahaber" agentliyinə istinadən verdiyi məlumata görə, narkotik kuryeri Zambrano Xavyer Fernando Lur təyyarə ilə İstanbula keçirtmək üçün tərkibində "kokain"
18 sentyabr 2021Tovuza dolu düşüb - VİDEO
Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl
17 sentyabr 2021Vətən müharibəsinin 22 iştirakçısı polis oldu
Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua
17 sentyabr 2021Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?
"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları
18 sentyabr 2021Vaksinasiyadan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırıldı
Fransada koronavirusa qarşı peyvənd olunmaqdan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırılıb. -a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Olivye Veran bildirib. Onun sözlərinə görə, müvafiq tədbir müvəqqəti xarakter daşıyır. Belə ki, qeyd olunan əməkdaşların çoxu artı
17 sentyabr 2021