4-cü nəsil müharibənin son halqası: Türkiyəyə qarşı DƏHŞƏTLİ PLAN
Dünya dünən Şri-Lankada törədilən silsilə partlayışlarla şok yaşadı. Aprelin 21-də kilsə və otellərdə törədilən silsilə partlayışlar nəticəsində son məlumatlara görə, 215-dən çox insan öldü, 600-a yaxını isə yaralandı.
Sonxeber.az Publika.az-a istinadən xəbər verir ki, hücumları şərh edən türkiyəli terror və təhlükəsizlik mütəxəssisi Abdullah Ağar onları 4-cü nəsil müharibənin son halqası adlandırıb.
Onun sözlərinə görə, 3 kilsə və 3 oteldə eyni vaxtda törədilən partlayışlar "ikonik terror" anlayışını bir daha gündəmə gətirdi. Ekspert qeyd edir ki, Myanma nümunəsində olduğu kimi burada da məsuliyyət müsəlmanların üzərinə qoyularsa, çox ciddi nəticələri ola bilər.
Ekspert qeyd edir ki, bu cür hücumlara qəti şəkildə adi gözlə baxmaq olmaz. Yeni dövr terror hücumlarında dini düşmənçilik, din içərisində düşmənlik, məzhəbi düşmənlik və siyasi düşmənçilik kimi halqaların olduğunu deyən Abdullah Ağar bunları söyləyib:
"Cəmiyyətləri birbaşa dizayna yönəldən hücumlarla qarşı-qarşıyayıq. Buna qərar verən güclər bu hücumlarla ölkələri bölməyə, bu olmadıqda isə qeyri-sabitliyə, qütbləşməyə aparır. Şri-Lankada hücumlara görə məsuliyyət İŞİD-ə bənzər bir terror təşkilatının üzərinə qoyularsa, nəticələri ağır olar. Suriyadakı vəziyyət ortadadır. Bəlkə xəritədə bir bölünmə yoxdur, lakin camaat məzhəb, etnik və mənəvi bölünmə yaşayır. İraq üçün də eyni vəziyyətdir. Türkiyə üçün də bu metodu israrla sınaqdan keçirirlər".
Şri-Lankadakı hücumların xristianların Pasxa bayramının üçüncü günündə həyata keçirildiyini və xristianların kilsədə hücuma məruz qaldıqlarını deyən mütəxəssis bildirir ki, dünyada hədəf və mənfəətlərini qorumağa çalışan güc mərkəzlərinin terror təşkilatlarından istifadə etməsi yeni bir müharibə növüdür.
Sri-Lankada 2009-ci ildən bəri "Tamil pələngləri" problemi olduğunu xatırladan Ağar hücuma görə məsuliyyəti üzərinə götürən bir təşkilatın olmadığını qeyd edib. Amma onun sözlərinə görə, hücumun hədəfi xristianlar olduğu üçün islamofobiyanın dərinləşməsinə cəhd açıqdır.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu tarixdə 12 DƏRƏCƏ ŞAXTA OLACAQ - XƏBƏRDARLIQ
Zərgər gətirilən bir çanta qızılı qəbul etmədi: "Bu günaha girə bilmərəm"
Pensiyalar bu tarixdə tam ödəniləcək
Bu universitet tələbələrə fərqli təqaüdlər təsis edib: 150, 250 manat
Tanınmış kosmetoloq Natavan Əmirova paylaşımı ilə özünü biabır edib
Meyxanaçı Kərim vəfat etdi
Baş Prokurorluq Kamran Əsədov və "şərikləri" ilə bağlı - Açıqlama yaydı
Yumurtanın qiyməti ilə bağlı vəziyyət dəyişəcək - BU TARİXDƏN
Direktoru divara itələyən müəllimlə bağlı - Rəsmi açıqlama+Video
Ömrü Sultani ilə məsələdə adı hallanan hospitaldan cavab: "Bizdə nə müalicə alıb, nə də ölüb" - YENİLƏNİB
Kərim harda dəfn olunacaq? (AÇIQLAMA)
Məşhur müğənni KOMAYA DÜŞDÜ - FOTO
Röya Ayxan və Elçin Cəfərovdan yeni duet - "Can" klipi çəkildi
Mətanət İsgəndərlinin keçmiş gəlini qəbir daşlarının hasarına zərər yetirdi - VİDEO
Vəzifəli şəxs qəzada HƏLAK OLDU