Millimizin baş məşqçisi: O, anasını dəfn edib yarışa gəlmişdi

Millimizin baş məşqçisi: O, anasını dəfn edib yarışa gəlmişdiMaşanın olmamasına görə narahatlıq var idi. Təbii ki, Stadnik hamının yerinə güləşəsi deyildi.

Sonxeber.az xəbər verir ki, bunu Azərbaycan Güləş Federasiyasının saytına müsahibəsində qadın güləşi üzrə millimizin baş məşqçisi Aslan Ağayev deyib.

Qadınlardan ibarət yığmamız Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında uğurlu çıxışla diqqəti çəkdi. Halbuki millimiz qitə birinciliyinə lidersiz yollanmışdı. Ancaq Mariya Stadnik (-50 kq) olmasa belə, digər güləşçilərimiz uğur qazana bildi. Elis Manolova (-65 kq) qızıl, Alyona Kolesnik (-57 kq), Elmira Qəmbərova (-59 kq) və Tatyana Omelçenko (-62 kq) isə bürünc medal qazandı.

O, əməliyyat olunduğu üçün dünya və Avropa çempionumuz Mariya Stadnikin qitə birinciliyinə güləşçi kimi yox, tamaşaçı kimi yollandığını bildirib:

"Komanda üçün lider dartıcı qüvvədir. Mariya sonuncu toplanışda bizimlə birgə idi. Elə Buxarestə də gəlib komandadan mənəvi dəstəyini əsirgəmədi. Bu yarışdan üç medal gözləyirdim. Onların da "gümüş" və "bürünc" olacağını proqnozlaşdırırdım. Ancaq hazırlığımız yaxşı keçmişdi. Ona görə komandaya inamım vardı.

Şükürlər olsun, dörd medal – bir qızıl, üç bürünc qazandıq. Komanda hesabında üçüncü yeri də tuta bilərdik. Türkiyə ilə bütün göstəricilərimiz eyni idi. Ancaq iki çəkidə güləşçimiz olmadığından onlar bizi iki xal qabaqladı".

Baş məşqçi Elis Manolovanın çempion olmasından da danışıb:

"Əlbəttə, ondan uğurlu çıxış gözləyirdim. Çünki keçən il Avropa çempionatının finalında Petra Oliylə görüş 3:3 qurtardı. Hətta Kaspiyskdə Elisə qarşı haqsızlıq da oldu. Manolova orada çempion olmalı idi.

Yeganə çempionluğu əvvəldən elə Elisdən gözləyirdik. Finalda 0:4 geriyə düşdü. Ancaq fasilədə ona tapşırıqlarımızı verdik. Dedik ki, görüş hələ başa çatmayıb, o səndən üç dəqiqəyə dörd xal alıbsa, sən də bunu bacararsan. Elə də oldu. Toparlandı və geridönüş edərək qələbə qazandı".

O, ötən il dünya üçüncüsü olmuş İrina Netrebanın medalsız qalmasını isə belə əsaslandırıb:

"Avropa çempionatına az qalmış onun anası dünyasını dəyişdi. Anasını dəfn edib yarışa gəlmişdi. İrinanı başa düşmək olar. Hər halda, o da sona kimi mübarizə apardı. Həm də bu dəfə dünya üçüncüsü olduğu 65 kq-da yox, 68 kq-da çıxış etdi. Anasının vəfatının yaratdığı psixoloji duruma görə uğur qazanmaq mümkün olmadı".

Aslan Ağayev iyunda Minskdə keçiriləcək Avropa Oyunlarında 59 və 65 kq çəki dərəcəsinin Olimpiada kateqoriyası olmadığından, qitə birinciliyinin üç mükafatçısından birinin Belarusda mübarizə aparacağını bildirib:

"Avropa Oyunları üçün Türkiyə yığmasıyla birgə toplanış keçməyi planlaşdırırıq. Olimpiya kateqoriyası olan 62 kq üçün Elmira Qəmbərova, Tatyana Omelçenko və Elis Manolova arasında seçim edəcəyik. Mariya Stadnik bərpa olunsa, Minskdəki məsul yarışda çıxış edəcək.

Alyona Kolesnik (-57 kq), İrina Netreba (-68 kq) və Səbirə Əliyeva (-76 kq) öz çəkilərində mübarizə aparacaq... Belarusdakı yarışda bir dəst medal qazansaq, bunu uğurlu nəticə saymaq olar".


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 1151   Tarix: 22 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

"Qarabağ" bu gün Bakıda "Ayaks"la üz-üzə gələcək

"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün Niderlandın "Ayaks" klubu ilə üz-üzə gələcək. Qaynarinfo-nun məlumatına görə, Liqa mərhələsinin VI turunun oyunu Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Matç saat 21:45-də start götürəcək. Görüşü sloveniyal

10 dekabr
.

"Qarabağ"a 10 minlik cərimə

AFFA İntizam Komitəsi Misli Premyer Liqasının I turundan təxirə salınmış "Sabah" - "Qarabağ" matçı ilə bağlı cəzaları açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə komitənin iclasında qərarlar qəbul olunub. Oyun bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna gör

19 dekabr
.

Nərimandan tənqidlərə "cavab"

"Qarabağ"ın ötən həftə Çempionlar Liqasında doğma meydanda "Ayaks"a böyük hesabla məğlub olması Qurban Qurbanovu və futbolçularını tənqid hədəfinə çevirdi. Bu tənqidlərdən ən çox ağdamlıların 21 yaşlı hücumçusu Nəriman Axundzadəyə "pay" düşdü. xatırladır ki, gənc futbolçunu

14 dekabr
.

UEFA AFFA-ya 5,55 milyon avro ayıracaq

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) 2025/2026-cı illər mövsümündə Avrokubok yarışlarının ümumi mərhələlərində iştirak etməyən klublar üçün həmrəylik ödənişi proqramı çərçivəsində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına (AFFA) 5,55 milyon avro ayıracaq. "Report" xəbər veri

13 dekabr
.

Azərbaycan idmanında ağır itki

Azərbaycan həndbol ictimaiyyətinə ağır itki üz verib. Qaynarinfo xəbər verir ki, Əməkdar məşqçi, Əməkdar bədən tərbiyəsi və idman xadimi, SSRİ idman ustası İqor Leksutov bu gün 82 yaşında vəfat edib. O, 1967-ci ildən məşqçi və baş məşqçi vəzifələrində çalışıb. İqor Leksutov 40 ilə yaxın məşqçilik fəaliyyət

19 dekabr
.

Metronun iş rejimi "Qarabağ"ın oyununa görə uzadılır

"Bakı Metropoliteni" QSC "Qarabağ" FK-nın UEFA Çempionlar Liqası oyunu ilə əlaqədar uzadılmış iş rejimində çalışacaq. "Qafqazinfo" xəbər verir ki, dekabrın 10-dan 11-nə keçən gecə bütün stansiyalar saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq. Bildirilib ki, "Gənclik"

9 dekabr
.

FIFA Ronaldunun komandasına yeni oyunçuların qeydiyyatı ilə bağlı qadağa qoyub

FIFA portuqaliyalı hücumçu Kriştianu Ronaldunun da formasını geyindiyi Səudiyyə Ərəbistanının "Əl-Nəsr" komandasına yeni oyunçuların qeydiyyatı ilə bağlı qadağa qoyub. "Report" "Arriyaditah" nəşrinə istinadən xəbər verir ki, buna ispaniyalı futbolçu Emerik Laportanın transfer

20 dekabr
.

"Qarabağ" azarkeşlərinə görə cərimələndi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. "Qafqazinfo" PFL-in saytına istinadən xəbər verir ki, iclasda Misli Premyer Liqasının 15-ci turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib. "Turan Tovuz" - "Sabah" oyununda "Sabah"dan 7 nəfər sarı vərəq

16 dekabr
.

"Mançester Siti"nin əsas transfer hədəfi

"Mançester Siti" yay transfer hədəfi kimi "Kristal Pelas"ın müdafiəçisi Mark Qehiyə üstünlük verir. -ın xarici mediaya istinadla məlumatına görə, klub rəhbərliyi Qehinin müdafiə xəttinə əhəmiyyətli bir əlavə olacağına inanır. 25 yaşlı İngiltərə millisinin üzvü olan futbolçunun "Krista

16 dekabr