Rusiyalı turistlər Azərbaycana dəvət olunub

Rusiyalı turistlər Azərbaycana dəvət olunubAzərbaycana turistləri cəlb etmək üçün tək Rusiyanın mərkəzində deyil, həmçinin regionlarında da aktiv iş aparılması vacibdir. 
Bu barədə Sverdlovsk vilayətinin İnvestisiya və İnkişaf Nazirliyinin təşkilatçılığı ilə 25-26 aprel tarixlərində Yekatirinburq şəhərində keçirilən "Bolşoy Ural-2019" VII beynəlxalq turizm forumu çərçivəsində təşkil olunan mətbuat konfransında çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib. 
O qeyd edib ki, Rusiya Azərbaycan turizmi üçün ən əsas bazarlardan biridir və burada aktiv təbliğat işləri aparılır. İlin əvvəlindən başlayaraq Azərbaycan artıq Rusiyada bir neçə  beynəlxalq və regional əhəmiyyətli tədbirlərdə, həmçinin "MİTT 2019" – "Moskva Beynəlxalq Turizm Sərgisi"də iştirak edib, turizm şirkətləri ilə işgüzar görüşlər keçirilib. 2018-ci ilin dekabrından etibarən isə Moskvada ölkəmizin rəsmi turizm nümayəndəliyi fəaliyyətə başlayıb.
Azərbaycanın geniş turizm potensialından danışan Agentlik sədri çıxışında ötən il Azərbaycana Rusiyadan 870 mindən çox, bu ilin ilk 3 ayı ərzində isə 167 mindən çox rusiyalı ziyarətçinin gəldiyi haqqında məlumat verib. 
Rusiyanın Azərbaycan turizm bazarının əsas iştirakçılarından biri olduğunu, rusiyalı turistlər üçün dil baryerinin olmaması, tolerantlıq, təhlükəsizlik səbəbindən Azərbaycanın daha rahat səyahət ölkəsi olduğunu, rusiyalı turistlərin ölkəmizin mədəni-tarixi irsinə maraq göstərdiyini, əylənmək və dincəlmək üçün geniş seçim imkanlarının mövcudluğunu vurğulayıb. O bildirib ki, rusiyalı turistlər tək istirahət üçün deyil, həmçinin Azərbaycanda keçirilən "Formula 1", UEFA Avropa Liqasının final oyunu kimi beynəlxalq yarışlara xüsusi maraq göstərirlər, şərab festivallarında iştirak edirlər.
Fuad Nağıyev qeyd edib ki, Rusiyadan Azərbaycana turistlərin cəlb edilməsi üçün tək mərkəzdə - Sankt-Peterburq və Moskva şəhərlərində deyil, həmçinin bütün regionlarında işləmək lazımdır. Ötən dövr ərzində Şimali Qafqaz regionu, Həştərxan vilayəti, Altay diyarı ilə turizm əlaqələri intensivləşdirilib, Sverdlovsk vilayəti, həmçinin Yekatirinburq şəhəri ilə də turizm əlaqələrinin artırılması istiqamətində işlər görülür. 
O xatırladıb ki, Azərbaycan ötən il "Bolşoy Ural" forumunun rəsmi tərəfdaşı kimi çıxış edib, bu il isə tədbirdə nümayəndə heyəti ilə təmsil olunması Azərbaycan tərəfindən bu regiona olan diqqətdən xəbər verir. 2019-cu ildə Azərbaycanın turizm imkanlarının Rusiyada təbliği işlərinin intensivləşdirilməsi istiqamətində tədbirlərin keçirilməsi planlaşdırılır. 
Məlumat üçün bildirək ki, Sverdlovsk vilayətinin mərkəzi Yekatirinburq şəhərində Azərbaycan Respublikasının Baş konsulluğu fəaliyyət göstərir və konsulluğun akkreditasiya ərazisinə Ural, Sibir və Uzaq Şərq regionu daxildir. Sverdlovsk və Rusiyanın digər vilayətləri ilə turizm imkanlarının təbliğatı işində Baş konsulluq fəal iştirak edir.

/turizm.fins.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Turizm   Baxılıb: 1325   Tarix: 24 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Türkiyəyə səyahət edən Azərbaycan vətəndaşlarının sayı 6 % artıb

Bu ilin yanvar-iyul aylarında 436 min 335 nəfər Azərbaycan vətəndaşı Türkiyəyə səyahət edib. Bu barədə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib. Bildirilib ki, bu, ötən ilin eyni dövrünə nisbətən 23 min 839 nəfər və yaxud 5,7 % çoxdur. 7 ay ərzində Türkiyəyə gedən azərbaycanlıla

26 avqust 2023
.

Bakı-Naxçıvan aviareysləri gecikir, iki reys birləşdirilib

Azərbaycan Hava Yollarının (AZAL) Bakı-Naxçıvan marşrutu üzrə planlaşdırılan J2-251, J2-255 və J2-265 nömrəli reyslərinin uçuşu təyinat məntəqəsində əlverişsiz hava şəraiti səbəbindən (güclü duman) gecikir. Bakıdan Naxçıvana yola düşməli olan J2-253 nömrəli reys J2-251 nömrəli reys ilə birləşdirilib

17 dekabr 2023
.

Moskva-Tbilisi aviareyslərinin qiymətləri iki dəfə artıb

"Gürcüstan Hava Yolları"nın Moskva və Tiflis arasında birbaşa uçuşlarının qiymətləri iki dəfə artıb. Bu barədə Gürcüstan aviaşirkətindən məlumat verilib. "İndi Rusiyada çaxnaşma var, hamı bilet alıb dəyişdirir", - aviaşirkətdən bildiriblər. Onlar həmçinin qiymətlərin təxminən bi

24 iyun 2023
.

ABŞ-da gəmidə yanğın oldu: 2 ölü, 5 yaralı

ABŞ-ın Nyu-Cersi ştatının Nyuark şəhərində gəmidə yanğın olub. xəbər verir ki, yanğınsöndürənlər arasında ölənlər də var, 5 nəfər yaralanıb. Nyuark meri Ras Barak jurnalistlərə açıqlama verib. Yanğının baş vermə səbəbi məlum deyil. Faktla bağlı araşdırmalar davam edir

7 iyul 2023
.

Azərbaycandan BƏƏ-yə vizasız gediş-gəliş rejimi tətbiq olunur

Bu gündən Azərbaycandan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) vizasız gediş-gəliş rejimi tətbiq olunur. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd olunub ki, iki ölkə arasında vizasız yaşamaq üçün 90 gün vaxt verilir

8 iyul 2023
.

Toy turizminin cəlbedici tərəfləri - ARAŞDIRMA

Öz xoşbəxt günlərini xaricdə keçirmək istəyənlərin sayı artmaqdadır. Əgər 200-ci illərin əvvəllərində hamı füsunkar çimərlik mənzərələrinin dalınca gedirdisə və toy üçün məkan kimi Maldiv adalarını seçirdisə, bu gün cəlbedici ölkələrin siyahısı dəyişib. Toy etmək üçün məkan kimi Azərbaycanı seçənlə

30 iyul 2023
.

AZAL Tel-Əvivə reysləri bərpa edəcək

Oktyabrın 10-dan etibarən "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti (QSC) Bakıdan Təl-Əviv şəhərinə və əks istiqamətdə uçuşları bərpa edir. Bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, uçuşlarla bağlı hər hansı dəyişikli

8 oktyabr 2023
.

Makronun gücsüzlüyü - VİDEO

"Caliber"in "YouTube" kanalında yayımlanan yeni süjetdə Azərbaycan – Ermənistan nizamlanma prosesinə qarışan Fransa Prezidenti Emmanuel Makronun siyasətinə həsr edilib. Müəllif qeyd edir ki, əslində Emmanuel Makronun və Fransanın xarici siyasətinin fəaliyyəti nizamlanma prosesin

1 iyul 2023
.

Bakıdan Bişkekə ilk təyyarə reysi baş tutub - FOTO

"Azərbaycan Hava Yolları"nın Bakıdan Bişkekə ilk reysi baş tutub. Bu barədə AZAL məlumat yayıb. Bildirilib ki, təyyarəmiz Bişkek hava limanında xüsusi təntənə ilə qarşılanıb. Qeyd edək ki, Bakı-Bişkek reysi hər şənbə günü baş tutacaq

23 iyul 2023