Azərbaycana əvvəlki illə müqayisədə 5,7 faiz çox turist gəlib

Azərbaycana əvvəlki illə müqayisədə 5,7 faiz çox turist gəlibDövlətin turizm sahəsinə göstərdiyi diqqət və qayğısının nəticəsidir ki, Azərbaycan dünyada artıq yeni bir turizm istiqaməti kimi səyahət həvəskarlarının seçdiyi məkana çevrilməkdədir.

Sonxeber.az Azərtac-a istinadən xəbər verir ki, bunu Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev Bakıda 3-cü Qlobal Sağlamlıq Turizm Forumu (QSTF) və Qlobal Sağlamlıq Turizm Şurasının (QSTŞ) 5-ci Assambleyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 2018-ci ildə Azərbaycana əvvəlki illə müqayisədə 5,7 faiz çox turist gəlib: "2018-ci ildə Körfəz ölkələrindən gələn turistlərin sayında daha çox artım müşahidə edilib. 2018-ci ildə Avropa İttifaqına üzv ölkələrdən gələn turistlərin sayı 6,7 faiz artaraq 112,5 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 3,8 faiz artaraq bir milyon nəfərdən çox olub".

Konfederasiya prezidenti bildirib ki, aparılan hesablamalara görə, bu xarici qonaqlar ölkəmizdə 2 milyard dollar pul xərcləyiblər: "Prezident İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi"ndə vurğulanır ki, mövcud imkan və potensialdan səmərəli istifadə etməklə Azərbaycan 2025-ci ilədək həm regionda, həm də digər dünya ölkələri arasında cəlbedici turizm məkanlarından birinə çevriləcək. 2025-ci ildən sonrakı dövr üzrə perspektivdə isə ölkəni dünyada turistlərin ən çox üstünlük verdikləri 20 turizm məkanından birinə çevirmək dayanır".

M.Musayev qeyd edib ki, bu məqsədə əsasən dörd hədəf müəyyənləşdirilib: "Birinci hədəf Bakının turizm potensialından tam istifadə edilməsi, ikinci hədəf milli səviyyədə daha yaxşı idarəetmənin təşkili, turizm və rekreasiya zonalarının yaradılması, mövsümiliyin aradan qaldırılması üçün regional səviyyədə turizm infrastrukturunun inkişafı, hava əlaqələrinin yaxşılaşdırılması, viza prosedurlarının sadələşdirilməsi də daxil olmaqla turizm sektorunun inkişafı üçün ölkə üzrə əlverişli mühitin formalaşdırılmasıdır. Üçüncü hədəf regional turizm təşəbbüslərini həyata keçirməklə Azərbaycanda turizmi inkişaf etdirmək, dördüncü hədəf isə turizm sahəsində təhsil proqramlarına investisiya qoyuluşunu həyata keçirmək və turistlərin məmnunluğunu artırmaq üçün standartlaşdırma və sertifikatlaşdırma sistemini təkmilləşdirməkdir".

Vurğulayıb ki, 2017-ci ildə Ümumdünya Turizm və Səyahət Şurasının açıqladığı hesabata əsasən, 2016-cı ildə səyahət və turizm sənayesinin Azərbaycanın ümumi daxili məhsuluna birbaşa təsiri 2 milyard 285,3 milyon manat, yaxud hesabat dövründəki ÜDM-in ümumi həcminin 4,1 faizi qədər olub. Ümumilikdə isə 2017-2027-ci illər ərzində bu vəsaitin daha da artaraq 4,6 milyard manata çatacağı gözlənilir.

/Azərtac


Sonxeber.az
Telegramda izləyin
Turizm   Baxılıb: 1123   Tarix: 24 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tramp yenidən seçkilərdə qalib gəldiyini bildirib

ABŞ-ın hazırkı prezidenti Donald Tramp 71 milyon qanuni səs toplayaraq seçkilərdə qalib gəldiyini bəyan edib. xəbər verir ki, Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə D.Tramp özünün "Twitter" səhifəsində yazıb. ABŞ-ın hazırkı prezidenti bildirib: "Mən 71 milyo

8 noyabr 2020
.

Turistlər üçün yardım-dəstək mərkəzi yaradılacaq-VAXT AÇIQLANDI

"Dövlət Turizm Agentliyi Bakıda turistlər üçün yardım-dəstək mərkəzi yaradacaq. Həmin mərkəz 2020-ci ilin yay mövsümündə istifadəyə veriləcək" . -a istinadən xəbər verir ki, bunu açıqlamasında Dövlət Turizm Agentliyinin Mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə deyib. Eləcə də bax: Azərbaycand

11 dekabr 2019
.

Tbilisidə ana və körpəsi koronavirusdan ÖLÜB

Tbilisidə Bokeriya adına klinikada 34 yaşlı qadın koronavirusdan vəfat edib. "Report"a istinadən xəbər verir ki, un yerli bürosu xəbər verir ki, o, ötən gün vaxtından əvvəl doğuşa görə xəstəxanaya daxil olub. Həkimlər ana ilə yanaşı körpənin də həyatını xilas edə bilməyiblər

7 may 2021
.

Ukraynaya səfər etməyə hazırlaşanların NƏZƏRİNƏ!

Dekabr ayı ərzində "SkyUp" və "Ukrayna Beynəlxalq Hava Yolları" (UBHY) aviaşirkətləri tərəfindən Bakı-Kiyev marşrutu üzrə dörd aviareysin həyata keçirilməsi planlaşdırılır. xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı Səfirliyi məlumat yayıb. Xüsusilə də, "SkyUp"

5 dekabr 2020
.

Ramazan ayına özəl endirilmiş qiymətlərlə gözəl və zövqlü mebel dəstlərinə sahib olun!

İlk dəfə azərbaycanda rəsmi distributor sti̇lmebel sizlərə rusiyanın və belarusiyanın fabrikasında hazırlanmış gözəl və zövqlü mebel dəstlərinin anbardan satışını təqdim edir. Mebellərinizi ikinci əldən deyil birinci əldən alınki qiymət fərqini görəsiniz. Sizdə evinizi belə əsrarəngiz və gözəl mebellərl

5 may 2020
.

Natia Turnava "Azərbaycan aviaşirkətləri ilə danışıqlar aparılır."

Gürcüstan hökuməti turizm sektoru ilə bağlı 10 maddədən ibarət təkliflər planı hazırlayıb. "Report"a istinadən xəbər verir ki, bunu Gürcüstanın "Business Media" nəşri yazıb. Sənəd Rusiyanın Gürcüstana birbaşa aviauçuşlara tətbiq etdiyi qadağaya cavab olaraq tərtib olunub. Planın birinc

29 iyul 2019
.

Şvartseneggerdən şok açıqlama: Tramp mənə aşiqdir!

ABŞ Prezidenti Donald Tramp və məşhur Hollivud ulduzu, Kaliforniya ştatının keçmiş qubernatoru Arnold Şvartsenegger arasında qalmaqal səngimək bilmir. Aktyor son açıqlaması ilə gündəmə damğa vurub. Şvartsenegger Trampın ona aşiq olduğunu açıqlayıb:. "Tramp mənə aşiqdir. Əslində həqiqət budur. O

13 sentyabr 2019
.

Bu ölkə əcnəbi turistlər üçün sərhədləri açır

Özbəkistan hökuməti karantin tədbirlərinin mərhələli şəkildə yumşaldılması çərçivəsində oktyabr ayının 1-dən etibarən əcnəbi turistlər üçün sərhədləri açacaq. xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabineti yanında Operativ Qərargahının nümayəndəsi bildirib. Onun sözlərinə görə, turoperatorlara əcnəb

18 sentyabr 2020
.

Yunanıstan Azərbaycan vətəndaşları üçün məhdudiyyətləri ləğv edib

Yunanıstanın mülki aviasiyası beş ölkənin vətəndaşlarını öz ərazisinə giriş məhdudiyyətlərindən azad etdiyi siyahıya salıb. Sonxeber.a xəbər verir ki, bu barədə "Greek City Times" bildirib. Agentliyin məlumatına görə, söhbət Azərbaycan, İordaniya, Moldova, Bruney və Ermənistan vətəndaşlarında

4 iyul 2021