"Meyxanaya kişi sənəti deyirlər, amma burada olan..." - SƏRT AÇIQLAMA - FOTO
"Elə bilirsiniz ki, qalmaqal, söz-söhbət təkcə şou-biznesdədir elə?"
Sonxeber.az Milli.Az-a istinadən xəbər verir ki, bunu "5/5"də Namiq Qaraçuxurlu meyxana sənəti barədə danışarkən deyib.
Sənətçi meyxana aləminin görünməyən tərəfini efirdə açıqlayıb:
"Meyxanada olan o paxıllıq, bir-birini bəyənməmək, bir-birinə kələk qurmaq heç bir janrda yoxdur. Baxmayaraq, bu sənətə kişi sənəti deyirlər, elə kişi sənətidir. Amma meyxanada olan qırğınlar, kələklər... Kişi qırğını başqadır! Mənim konsertlərim olurdu, gedib klub rəhbərini tapırdılar beynini doldururdular ki, konsertə icazə verməsin. Mənim "Şəfa" stadionunda konsertim olanda iki dəfə təxirə saldılar. Tamaşaçıların gəlib siqaret çəkəcəklərini bəhanə edirdilər. Sonra bilindi ki, bunun bir ucu hara gedib çıxır. Ona görə bezdim və çəkildim kənara. Yaşlı meyxanaçıları görəndə 5-10 metrdən qabaqlarına qaçırdım. Nə oldu birdən?! Xirtdəyəcən dözdüm, dözdüm... Artıq konsertimə bir gün qalmış ustad kimi dəvət etdiyim meyxanaçılar gəlib "Mən gəlmirəm" deyirdilər. Niyə gəlmirsən deyəndə "bilet vermirsən" cavabı verirdilər. Biletini verirdim, axşam konsertimdir, xəbər verirdki ki, gələ bilməyəcəm. Niyəsini soruşanda "Kimsə oradan pul qazanacaq, bəs mən?" deyəndə çıxardıb qonorarını verirdim ki, gəlsin. Min dənə işinə yaramışam. Sadəcə artıq göz götürmür və başlayırlar bəhanəyə. Mən o pulu ona görə ödədim ki, tamaşaçılar elanda görüblər axı onu. Mənim qonağımdı, mənim adıma gəlir. Gəlməyəndə mənim adıma mənfidir. O da elə mənim ağsaqqallara sonuncu hörmətim olub".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Survivor 2026" iştirakçıları bəlli oldu - FOTO
"Survivor 2026"da könüllülər komandasında iştirak edəcək kişi iştirakçıların adları bəlli olub. xəbər verir ki, bu barədə Acun Ilıcalı son paylaşımında qeyd edib. Könüllülər komandasında iştirak edən kişi iştirakçılar Engincan Tura, Eren Semerci, Erkan Bilben, Onur Alp Çam, Ramazan Sarıdır
14 dekabrArda Gülerdən 20 milyon dollarlıq JEST
Türkiyəli futbolçu Arda Güler böyük jesti ilə gündəm olub. xəbər verir ki, ulduz futbolçu 20 milyon dollarlıq mükafatını və sponsorlardan gələn gəlirini Türkiyədəki evsiz şəxslərə bağışlayıb. Onun etdiyi maliyyə yardımı ilə 300 yataq alınıb, 150 ev inşa ediləcək. Arda "Uşaq olanda evsiz qalmağı
18 dekabrAygün Kazımovadan Röya ilə bağlı XOŞ XƏBƏR
Xalq artisti Aygün Kazımova həmkarı Röya Ayxanla bağlı özəl xəbər açıqlayıb. Pop kraliça açıqlamasında Röyanın oğlu Hüseynin İngiltərədə universitetə daxil olduğunu bildirib:. "Röya Ayxan zəng etdi və gözəl bir xəbər verdi. Oğlu İngiltərədə universitetə daxil olub. Çox sevinirəm. Röya da çox sevinirdi
21 dekabrSevil və Sevincin biznesi batdı
Müğənnilər Sevil və Sevinc Səfərovalar bizneslərini bağlayıb. Bu barədə onlar "Qonaqcanlı"da danışıb. Bildirilib ki, mağaza və gözəllik salonlarının fəaliyyəti illər öncə dayandırılıb. Bacılar müəyyən bir məbləğ itirdiklərini də əlavə ediblər. (Bizim.Media)
19 dekabrTürkiyədə Aleyna Tilki və bir neçə məşhur saxlanılıb
Türkiyədə bir neçə tanınmış şəxs narkotik maddələrin istifadəsi və satışında şübhəli bilinərək saxlanılıb. türk mediasına istinadən xəbər verir ki, onlar polisin keçirdiyi əməliyyat çərçivəsində istintaqa cəlb olunublar. Saxlanılan şəxslər arasında müğənni Aleyna Tilki, influenser Danla Bilic və aktrisala
18 dekabrMəşhur aktyor "Veliaht"da
Sonuncu dəfə "Ateş kuşları" serialında rol alan aktyor Sayqın Soysalın yeni işi bəlli olub. Axşam.az xəbər verir ki, o, "Veliaht" serialında rol alacaq. Aktyor layihədə "Korkut Karadeniz" obrazını canlandıracaq. Qeyd edək ki, serialın baş rollarını Ercan Kesal, Akın Akınözü
18 dekabr"Yaprak Dökümü"nün aktrisası TANINMAZ HALDA - FOTOlar
"Yaprak Dökümü" serialında "Sedef" obrazını canlandıran aktrisa Seda Demirin son görünüşü diqqət çəkib. Demirin sosial şəbəkə hesabında paylaşdığı fotolar pərəstişkarları tərəfindən sevinclə qarşılanıb. 42 yaşlı aktrisanın paylaşdığı fotolar minlərlə bəyənmə toplayıb. Seda Demir
14 dekabr