Fuad Nağıyev: Rusiya Azərbaycan turizm bazarının əsas iştirakçılarından biridir

Fuad Nağıyev: Rusiya Azərbaycan turizm bazarının əsas iştirakçılarından biridirAzərbaycana turistləri cəlb etmək üçün tək Rusiyanın mərkəzində deyil, həmçinin regionlarında da aktiv iş aparılması vacibdir. Bu barədə Sverdlovsk vilayətinin İnvestisiya və İnkişaf Nazirliyinin təşkilatçılığı ilə 25-26 aprel tarixlərində Yekatirinburq şəhərində keçirilən "Bolşoy Ural-2019" VII beynəlxalq turizm forumu çərçivəsində təşkil olunan mətbuat konfransında çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.

O qeyd edib ki, Rusiya Azərbaycan turizmi üçün ən əsas bazarlardan biridir və burada aktiv təbliğat işləri aparılır. İlin əvvəlindən başlayaraq Azərbaycan artıq Rusiyada bir neçə beynəlxalq və regional əhəmiyyətli tədbirlərdə, həmçinin "MİTT 2019" – "Moskva Beynəlxalq Turizm Sərgisi"də iştirak edib, turizm şirkətləri ilə işgüzar görüşlər keçirilib. 2018-ci ilin dekabrından etibarən isə Moskvada ölkəmizin rəsmi turizm nümayəndəliyi fəaliyyətə başlayıb.

Azərbaycanın geniş turizm potensialından danışan Agentlik sədri çıxışında ötən il Azərbaycana Rusiyadan 870 mindən çox, bu ilin ilk 3 ayı ərzində isə 167 mindən çox rusiyalı ziyarətçinin gəldiyi haqqında məlumat verib.

Rusiyanın Azərbaycan turizm bazarının əsas iştirakçılarından biri olduğunu, rusiyalı turistlər üçün dil baryerinin olmaması, tolerantlıq, təhlükəsizlik səbəbindən Azərbaycanın daha rahat səyahət ölkəsi olduğunu, rusiyalı turistlərin ölkəmizin mədəni-tarixi irsinə maraq göstərdiyini, əylənmək və dincəlmək üçün geniş seçim imkanlarının mövcudluğunu vurğulayıb. O bildirib ki, rusiyalı turistlər tək istirahət üçün deyil, həmçinin Azərbaycanda keçirilən "Formula 1", UEFA Avropa Liqasının final oyunu kimi beynəlxalq yarışlara xüsusi maraq göstərirlər, şərab festivallarında iştirak edirlər.

Fuad Nağıyev qeyd edib ki, Rusiyadan Azərbaycana turistlərin cəlb edilməsi üçün tək mərkəzdə - Sankt-Peterburq və Moskva şəhərlərində deyil, həmçinin bütün regionlarında işləmək lazımdır. Ötən dövr ərzində Şimali Qafqaz regionu, Həştərxan vilayəti, Altay diyarı ilə turizm əlaqələri intensivləşdirilib, Sverdlovsk vilayəti, həmçinin Yekatirinburq şəhəri ilə də turizm əlaqələrinin artırılması istiqamətində işlər görülür.

O xatırladıb ki, Azərbaycan ötən il "Bolşoy Ural" forumunun rəsmi tərəfdaşı kimi çıxış edib, bu il isə tədbirdə nümayəndə heyəti ilə təmsil olunması Azərbaycan tərəfindən bu regiona olan diqqətdən xəbər verir. 2019-cu ildə Azərbaycanın turizm imkanlarının Rusiyada təbliği işlərinin intensivləşdirilməsi istiqamətində tədbirlərin keçirilməsi planlaşdırılır.

Məlumat üçün bildirək ki, Sverdlovsk vilayətinin mərkəzi Yekatirinburq şəhərində Azərbaycan Respublikasının Baş konsulluğu fəaliyyət göstərir və konsulluğun akkreditasiya ərazisinə Ural, Sibir və Uzaq Şərq regionu daxildir. Sverdlovsk və Rusiyanın digər vilayətləri ilə turizm imkanlarının təbliğatı işində Baş konsulluq fəal iştirak edir.

/Hotels 24.az


Sonxeber.az
Telegramda izləyin
Turizm   Baxılıb: 1267   Tarix: 25 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Xameneinin müşaviri: "Ekzistensial təhlükə yaranarsa, İran nüvə doktrinasını dəyişəcək"

Dünən İranın ali rəhbərinin müşaviri və Xarici Əlaqələr üzrə Strateji Şuranın sədri Kamal Xərrazi İsrailin hücumlarına cavab olaraq deyib ki, Tehran Təl-Əvivə uyğun vaxtda və lazımi şəkildə cavab verəcək. "Azad İran" "Telegram" kanalı bu barədə "Əl-Məyadin"ə istinadən xəbə

2 noyabr 2024
.

Azərbaycana Çindən turist axını iyunda 76 % artıb

Bu ilin iyun ayında Azərbaycana ölkələrindən 237 509 turist ziyarət edib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 11 % azdır. "Report" bu barədə Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir. Sənədə əsasən, ötən ay Azərbaycana ən çox turist 73 415 ( - 11 %) nəfər olmaqla Rusiyada

24 iyul
.

İran suda yerləşən neft-qaz yataqlarının kəşfiyyatını bərpa etmək istəyir

Bu il İran Fars körfəzindəki neft-qaz yataqlarının axtarışını bərpa etməyi planlaşdırır. "Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə şənbə günü "Mehr" agentliyi məlumat yayıb. Qeyd olunub ki, bu işlə İran Milli Neft Şirkəti (NIOC) məşğul olacaq. İran suda yerləşə

5 aprel
.

"Trami" qasırğası nəticəsində ölənlərin sayı 80 nəfəri keçib

Filippində "Trami" tropik qasırğası nəticəsində ölənlərin sayı 81 nəfərə çatıb. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "GMA News" telekanalı məlumat yayıb. Təbii fəlakət nəticəsində 34 nəfər itkin düşüb, 66 nəfər xəsarət alıb. Daşqınlar səbəbindən bölgənin o

26 oktyabr 2024
.

Keniyada kəndə kosmik halqa düşdü

Keniyada buraxılış raketinin bir hissəsi aşkar edilib. -ya istinadən xəbər verir ki, paytaxt Nayrobinin cənub-şərqində yerləşən Makueni kəndinə səmadan diametri təxminən üç metr və kütləsi təxminən 500 kiloqram olan metal halqa düşüb. Məlumata görə, hadisə nəticəsində tələfat olmayıb. Lakin bu hadis

5 yanvar
.

Erməni katolikosa yaxınlığı ilə tanınan ingilis Arxiyepiskop uşaqlara qarşı zorakılıq faktlarını gizlətməkdə şübhəli bilinir

İngiltərədə erməni katolikos II Qareginə yaxınlığı ilə tanınan Anqlikan Kilsəsinin rəhbəri, Kenterberi Arxiyepiskopu Castin Velbi (Justin Velbi) hazırkı vəzifəsindən istefa verib. "Report"un məlumatına görə, Arxiyepiskopun adı uşaqlara qarşı zorakılıqla bağlı qalmaqalda hallanır. 2013-cü ildə

1 dekabr 2024
.

Oteldə İNTİHAR: müştəri özünü binadan atdı

Rusiyanın paytaxtı Moskvada otelin müştərisi intihar edib. yerli mediaya istinadla bildirir ki, hadisə saat gecə saatlarında Leninski prospektindəki yerləşən "Salyut" otelində baş verib. Moskva vilayətinin Mıtişi şəhərindən olan 37 yaşlı kişi binanın pəncərəsindən özünü atıb və hadisə yerind

19 oktyabr
.

Ukrayna İranla hava əlaqəsi haqqında sazişini ləğv edib

Kiyev Tehranla 1993-cü ildə bağlanmış hava əlaqəsi haqqında sazişini ləğv edib. xəbər verir ki, bu barədə Ukrayna hökumətinin saytında məlumat verilib. Ukrayna 2022-ci il fevralın 24-dən ölkə üzərindəki hava məkanını bağlayıb. O vaxtdan bəri mülki aviasiyada müntəzəm uçuşlar olmayıb. Faktiki olaraq

10 noyabr 2024
.

Bir gündə 5 mindən çox livanlı Suriyaya keçib

Bir gündə Livandan Suriya sərhədini 5,6 mindən çox insan keçib. "Report" xəbər verir ki, bunu Rusiyanın Suriyada müharibə aparan tərəflərin barışıq Mərkəzinin rəsmisi Oleq İqnasyuk deyib. Onun sözlərinə görə, İsrailin Livan ərazisinə endirdiyi zərbələr nəticəsində Suriyanın cənub əyalətlərind

6 oktyabr 2024