"Sevda ilə anası o kişinin marketində işləyib"
Müğənni Sevda Yahyayeva ögey atasının səsləndirdiyi ittihamlara cavab verib. Sənətçinin 11 illik prodüseri Pərviz Əsgərov "Qafqazinfo"ya açıqlama verərək məsələyə aydınlıq gətirib. O, həmin şəxsin "Səni axtarıram" proqramında yalan danışdığını qeyd edib:
"O, iddia edir ki, Sevda Yahyayevanı "Yeni ulduz" müsabiqəsinə 15 həftə aparıb. Bu, yalan söhbətdir. Sevda xanım müsabiqə dövründə meto və avtobusdan istifadə edərək çəkilişlərə özü gedib-gəlib. Bunu sözügedən müsabiqənin əməkdaşları, iştirakçılarından öyrənə bilərsiz. Sadəcə olaraq həmin şəxs efirdə özünü elə təqdim edir ki, guya Sevda xanım üzərinə böyük əməyi var, lakin qarşı tərəf onu axtarmır.
11 ildir Sevda xanımla çalışmışam. Bu insan 15 il əvvəl Qobuda market rəhbəri olub. Həmin mağazada Sevda xanımın anası satıcı kimi çalışırdı. Sevda isə məktəbdən çıxıb mağazada anasına kömək edirdi. Həmin adam qışın soyuq ayında belə mağazada soba işlətməyə icazə vermirdi. Sevdagil soyuq aylarda üşüyə-üşüyə çalışırdı. Sözüm ondandır ki, Sevda heç vaxt onun üzərinə qışqırmayıb, evindən qovmayıb. Belə bir şey necə ola bilər? Onun xasiyyətində belə şeylər yoxdur. Çıxıb efirdə deyir ki, evlərini təmir etmişəm, bu da yalandır".
Prodüser qeyd edib ki, Nuriyyə xanım (Sevdanın anası) həmin şəxslə evli olmayıb: "Sevdanın anası çox utancaq biridir, evinə qonaq gələn birinə utanaraq salam verir. Sevda da anasına bağlı bir insandır. Evə bağlı biridir, ana-bala bağlılığı var. O, iddia edir ki, Sevda anasını qulluqçu kimi saxlayır. Heç bir ana evində qulluqçu deyil. Müğənniyə şər-böhtan atmaq olmaz. Sevda deyir ki, mövzu barədə fikir bildirməyəcəm. Onları Allahı və özü bilər. O insan Sevdanın anası ilə evli olmayıb, belə söhbət yoxdur. 12 ildir ki, Sevdanı tanıyıram, həmin adamı onlarda görməmişəm. Biz qonşu olmuşuq, ailəvi dostluğumuz var. Həyatım boyu həmin şəxsi tanımamışam".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1999 Tarix: 25 aprel 2019
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ofisiantların ölümünə görə tutulan icarədarın həbs müddəti artırıldı
Binəqədidə 4 gəncin elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı həbs edilən "Lake Hotel"in icarədarı Ağasif Verdiyev yenidən məhkəməyə çıxarılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, prokuror cinayət işi üzrə zəruri istintaq hərəkətlərinin davam etməsi ilə əlaqəda
19 dekabrSabah hava necə olacaq?
Azərbaycanda dekabrın 21-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəz
20 dekabr"Dəyirman"ın Anarı bu qurumda yüksək vəzifədə çalışır - Foto
Məşhur "Dəyirman" qrupunun keçmiş üzvü Anar Abdullayev qurumların birində yüksək vəzifədə çalışır. xəbər verir ki, bununla bağlı məlumat yayıb. Bildirilib ki, o, 2023-cü ildən "AzerGold" QSC-də müşavir kimi fəaliyyət göstərir. Qeyd olunub ki, "Dəyirman" qrupu dağıldıqda
20 dekabrMeyxanaçı Kərim dəfn edilidi (FOTO)
Meyxanaçı Kərim Novruzov Maştağa qəsəbəsində yerləşən Seyidəli qəbiristanlığında dəfn olunub. APA xəbər verir ki, dəfn mərasimində mərhumun ailə üzvləri və sənət dostları iştirak ediblər. Qeyd edək ki, Kərim Novruzovla vida mərasimi yaşadığı evdə keçirilib. Xatırladaq ki, o, dünən uzun sürən xəstəlikdə
20 dekabrBəzi şəxslər 100 manatlıq bu rüsumu ödəməyəcək
Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmaların əhatə dairəsi genişləndirilir. xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dövlə
19 dekabrAzərbaycanda əsgərlik müddəti azaldılacaq - Ekspert AÇIQLADI
Azərbaycanda hərbi xidmət müddətinin azaldılması məsələsi artıq ictimai müzakirə mərhələsini geridə qoyub və real mexanizmə çevrilmək üzrədir. Bu addım ölkənin ərazi bütövlüyü və suverenliyinin təmin olunmasından sonra gündəmə gələn təbii və zəruri proseslərdən biridir. xəbər verir ki, bu sözləri -
20 dekabr