Ötən illə müqayisədə mehmanxanalarda gecələmə azalıb

Ötən illə müqayisədə mehmanxanalarda gecələmə azalıb2019-cu ilin yanvar-mart aylarında ölkə üzrə mehmanxanalarda 545,4 min gecələmə keçirilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,9 faiz azdır. 
"Marja" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, gecələmələrin 61,7 faizi Bakıda, 7,8 faizi Qəbələdə, 7,5 faizi Qusarda, 4,3 faizi Naftalanda, 4,1 faizi Naxçıvan Muxtar Respublikasında, 3,2 faizi Qubada, hər birində 1,3 faiz olmaqla Qax və Mingəçevirdə və 0,9 faiz olmaqla Lənkəran və Gəncədə, 0,8 faizi Şamaxıda, 0,7 faizi Tovuzda, 0,3 faizi Xaçmazda, 5,2 faizi isə digər rayonlardakı (şəhərlərdəki) mehmanxanalarda qeydə alınmışdır.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən keçirilmiş gecələmələrin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,1 faiz azalaraq 377,7 min olmuşdur ki, bu da ümumi gecələmələrin 69,3 faizini təşkil edir.
Gecələmələrin 15,1 faizi Birləşmiş Ərəb Əmirlikləri, 13,1 faizi Rusiya Federasiyası, 7,1 faizi İran, 6,1 faizi Türkiyə, 5,9 faizi Hindistan, 5,5 faizi Səudiyyə Ərəbistanı, 3,9 faizi Küveyt, 2,9 faizi Böyük Britaniya, 2,6 faizi Pakistan, 2,3 faizi Qətər, 2,1 faizi İsrail, 2,0 faizi İraq, 1,9 faizi ABŞ, 1,7 faizi Qazaxıstan, 1,3 faizi Oman, 1,1 faizi Ukrayna, 0,9 faizi Almaniya, 0,7 faizi Bəhreyn, 23,8 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşmüşdür. 
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 77,5 faizi Bakı şəhərində, 5,7 faizi Qəbələdə, 4,6 faizi Qusarda, 4,3 faizi Naxçıvan Muxtar Respublikasında, 3,8 faizi Naftalan şəhərində, 1,7 faizi Qubada, 0,6 faizi Gəncədə, 1,8 faizi isə digər rayon və şəhərlərdəki mehmanxanalarda qeydə alınmışdır. 
Azərbaycan Respublikası vətəndaşları üzrə keçirilmiş gecələmələrin sayı 2018-ci illin yanvar-mart ayları ilə müqayisədə 14,6 faiz artaraq 167,7 minə çatmışdır.
Cari ilin yanvar-mart aylarında mehmanxanaların gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz az və ya 71,3 milyon manat olmuşdur ki, onun da 62,3 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 25,0 faizi içkilər də daxil olmaqla qida məhsullarının satışı üzrə xidmətlərdən, 3,9 faizi müalicə və sağlamlıq xidmətlərindən, 8,8 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilmişdir.
2019-cu ilin yanvar-mart aylarında mehmanxanaların birdəfəlik tutumundan istifadə səviyyəsinin ölkə üzrə orta göstəricisi 15,7 faiz təşkil etmişdir. Bu göstərici Naftalanda 42,6 faiz, Şəmkirdə 38,2 faiz, Beyləqanda 27,8 faiz, Bakıda 27,7 faiz, Qusarda 22,8 faiz, Naxçıvan Muxtar Respublikasında 21,5 faiz, Qəbələdə 20,7 faiz, Şirvanda 16,3 faiz, digər şəhər və rayonlarda isə orta ölkə göstəricisindən aşağı olmuşdur. Mehmanxanaların birdəfəlik tutumundan istifadə səviyyəsinin ən yüksək orta göstəricisi (16,4 faiz) mart ayında qeydə alınmışdır.
AZƏRBAYCANA GƏLƏN TURİSTLƏR AZALIB
Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2019-cu ilin yanvar-mart aylarında  Azərbaycana dünyanın 157 ölkəsindən 610,8 min və ya 2018-ci ilin yanvar-mart ayları ilə müqayisədə 2,9 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. 

/turizm.fins.az


Sonxeber.az
Telegramda izləyin
Turizm   Baxılıb: 1187   Tarix: 25 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Tramp yenidən seçkilərdə qalib gəldiyini bildirib

ABŞ-ın hazırkı prezidenti Donald Tramp 71 milyon qanuni səs toplayaraq seçkilərdə qalib gəldiyini bəyan edib. xəbər verir ki, Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə D.Tramp özünün "Twitter" səhifəsində yazıb. ABŞ-ın hazırkı prezidenti bildirib: "Mən 71 milyo

8 noyabr 2020
.

Turistlər üçün yardım-dəstək mərkəzi yaradılacaq-VAXT AÇIQLANDI

"Dövlət Turizm Agentliyi Bakıda turistlər üçün yardım-dəstək mərkəzi yaradacaq. Həmin mərkəz 2020-ci ilin yay mövsümündə istifadəyə veriləcək" . -a istinadən xəbər verir ki, bunu açıqlamasında Dövlət Turizm Agentliyinin Mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə deyib. Eləcə də bax: Azərbaycand

11 dekabr 2019
.

Tbilisidə ana və körpəsi koronavirusdan ÖLÜB

Tbilisidə Bokeriya adına klinikada 34 yaşlı qadın koronavirusdan vəfat edib. "Report"a istinadən xəbər verir ki, un yerli bürosu xəbər verir ki, o, ötən gün vaxtından əvvəl doğuşa görə xəstəxanaya daxil olub. Həkimlər ana ilə yanaşı körpənin də həyatını xilas edə bilməyiblər

7 may 2021
.

Ukraynaya səfər etməyə hazırlaşanların NƏZƏRİNƏ!

Dekabr ayı ərzində "SkyUp" və "Ukrayna Beynəlxalq Hava Yolları" (UBHY) aviaşirkətləri tərəfindən Bakı-Kiyev marşrutu üzrə dörd aviareysin həyata keçirilməsi planlaşdırılır. xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı Səfirliyi məlumat yayıb. Xüsusilə də, "SkyUp"

5 dekabr 2020
.

Ramazan ayına özəl endirilmiş qiymətlərlə gözəl və zövqlü mebel dəstlərinə sahib olun!

İlk dəfə azərbaycanda rəsmi distributor sti̇lmebel sizlərə rusiyanın və belarusiyanın fabrikasında hazırlanmış gözəl və zövqlü mebel dəstlərinin anbardan satışını təqdim edir. Mebellərinizi ikinci əldən deyil birinci əldən alınki qiymət fərqini görəsiniz. Sizdə evinizi belə əsrarəngiz və gözəl mebellərl

5 may 2020
.

Natia Turnava "Azərbaycan aviaşirkətləri ilə danışıqlar aparılır."

Gürcüstan hökuməti turizm sektoru ilə bağlı 10 maddədən ibarət təkliflər planı hazırlayıb. "Report"a istinadən xəbər verir ki, bunu Gürcüstanın "Business Media" nəşri yazıb. Sənəd Rusiyanın Gürcüstana birbaşa aviauçuşlara tətbiq etdiyi qadağaya cavab olaraq tərtib olunub. Planın birinc

29 iyul 2019
.

Şvartseneggerdən şok açıqlama: Tramp mənə aşiqdir!

ABŞ Prezidenti Donald Tramp və məşhur Hollivud ulduzu, Kaliforniya ştatının keçmiş qubernatoru Arnold Şvartsenegger arasında qalmaqal səngimək bilmir. Aktyor son açıqlaması ilə gündəmə damğa vurub. Şvartsenegger Trampın ona aşiq olduğunu açıqlayıb:. "Tramp mənə aşiqdir. Əslində həqiqət budur. O

13 sentyabr 2019
.

Bu ölkə əcnəbi turistlər üçün sərhədləri açır

Özbəkistan hökuməti karantin tədbirlərinin mərhələli şəkildə yumşaldılması çərçivəsində oktyabr ayının 1-dən etibarən əcnəbi turistlər üçün sərhədləri açacaq. xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabineti yanında Operativ Qərargahının nümayəndəsi bildirib. Onun sözlərinə görə, turoperatorlara əcnəb

18 sentyabr 2020
.

Yunanıstan Azərbaycan vətəndaşları üçün məhdudiyyətləri ləğv edib

Yunanıstanın mülki aviasiyası beş ölkənin vətəndaşlarını öz ərazisinə giriş məhdudiyyətlərindən azad etdiyi siyahıya salıb. Sonxeber.a xəbər verir ki, bu barədə "Greek City Times" bildirib. Agentliyin məlumatına görə, söhbət Azərbaycan, İordaniya, Moldova, Bruney və Ermənistan vətəndaşlarında

4 iyul 2021