Döymələr haqda bilmədikləriniz

Döymələr haqda bilmədikləriniz"Tatuirovka", "nakolka" və ya tatu sözlərinin hamısı bir məna kəsb edir.
Biz buna döymə deyirik. Döymə etdirmək artıq dünyada, həmçinin bizim ölkədə də dəb halını alıb. Ölkəmizdə bunu xüsusi ilə də gənc qızlar və oğlanlar edir. Sizə maraqlı gələ bilər, amma döymə etdirən insanların əksəriyyətini qadınlar təşkil edir. Döymə etdirənlərin 59%-i qadın cinsinə aiddir.

Əvvəllər yalnız insanların faça izlərini gizlətmək üçün etdirdikləri çirkin şəkillərdən ibarət döymə anlayışımız da getdikcə inkişafa başladı. Döymə yəni müxtəlif simvollar və ya şəkillərin bədəndə əks olunması deməkdir. Dünyada əksər ölkələrdə bəzək yaxud xatirə olaraq etsələr də, bir çox cəmiyyətdə döymənin xəstəliklərə və pis ruhlara qarşı qoruyucu tilsim kimi qəbul olunur.

Döymə ənənəsi çox qədimdir. Deyilənə görə, döymə 8 min il öncə Afrikanın cənubunda yaşayan bir qəbilədə meydana gəlib. O vaxtdan bu günə qədər müxtəlif mərhələləri keçən döymə bu gün cəmiyyətdə incəsənət növü kimi qiymətləndirilir. Döymə (aparatı) tapançası 1800-ci illərin sonlarına doğru icad edilib və o zamandan bəri də çox dəyişməyib. Bu silah əsasən iynə, mürəkkəb balonu, mühərrik və sürəti tənzimləmək üçün istifadə olunan pedaldan ibarətdir. Qədim Misirdə döymənin olması mumiyalardan aydın olmuşdur. Misirlilərin xaricində britonların, qalyalıların və trakların da döymələri olub. Qədim yunanlılar və romalılar, döyməni günahkarlar və kölələrə edərdilər. Əvvəllər xristianlıq inancında döymə qadağan edilmişdi. Buna qarşı ilk xristianlar, bədənlərinə İsanın adını ya da xaç naxışları daşıyan döymələr etdiriblər.

Əsrlər keçdikcə avropalılar döyməni unutdular. 18-ci əsrin sonlarında dəniz səyahətlərində Amerika hindularında da döymə sənəti yayılıb. Avropalar döymə qarşılığı olan "tattoo" sözünü taiti dilindəki "tautau" sözündən götürüblər. Döymə sənəti 20-ci əsrin əvvələrindən sonra, xüsusilə dənizçilər arasında məşhur idi. Romantik duyğuları, vətənpərvərliyi ya da dindarlığı ifadə etmək məqsədiylə döymə geniş şəkildə istifadə edilirdi. Amma gigiyenaya əhəmiyyət verilmədiyi üçün icazəsiz döyməyə qadağa qoyuldu.

Döymə çox zərəli və müəyyən dərəcədə də əziyyətlidir. Qalıcı döymə, AIDS, xroniki böyrək çatmazlığı, sarılıq, hepatit B və C kimi bir çox xəstəliyə səbəb olur. Həkimlər bildirirlər ki, iynələrin üstündə olan mikrobların bədənə girərək xəstəliklərə səbəb olur. Müvəqqəti döymələr də ən azı qalıcı döymələr qədər təhlükəlidir. Son illərdə xüsusilə gənclər arasında sürətlə yayılan pirsinq və döymə, gözəl bir görüntü versə də bir çox allergiya xəstəliklərinə səbəb olur. Mütəxəssislər, az zərərli kimi bilinən müvəqqəti döymənin də dəridə yara yaramasına səbəb olduğunu bildiriblər.

Bu gün döymələrin xərci təxminən 100-200 manatdan başlasa da, ölçüsünə və qeyri-adiliyinə görə neçə min manat ola bilər. Amerikada döymə sektoru o qədər geniş şəkil alıb ki, aktiv olaraq çalışan 20 mindən çox dükan var və hər il bu dükanlarda 1.85 milyard dollar sərf olunur amma, ölkəmizdə bu sahədə bazar təqibi çox sağlam edilmədiyi üçün əlimizdə bu tip bir məlumat yoxdur .

Döymə zamanı hiss edilən ağrı tətbiq edilən nahiyədən-nahiyə və və adamdan-adama dəyişsə də, insanlar bu ağrını ümumiyyətlə arı soxmasına və ya ağır dərəcəli günəş yanması ilə müqayisə edirlər. Müntəzəm olaraq günəş işığına məruz qalan nahiyələrə edilən döymələr ümumiyyətlə daha az incidir.

Sonda bildirək ki, bəs görəsən İslamda döyməyə münasibəti nədir?

Bunun qadağan olduğunu peyğəmbərimiz öz hədislərində bildirib. Bu hədislər və Quran ayələri əsasında da İslam alimləri də bu məsələdə qərara alıblar ki, İslam dininə görə döymə haram sayılır. Bəyənilməyən bir əməldir. Konkret döymənin adı çəkilən Quran ayəsi olmasa da, insanın bədəninin dəyişdirilməsi ilə bağlı ayə var. Bunu Quranı təfsir edən alimlər döymələrə də aid ediblər. Ona görə də haram sayılır. (modern.az)


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1750   Tarix: 27 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İran 12 günlük müharibədən sonra ordudakı boşluqları doldurur

İran İsraillə 12 günlük müharibədən sonra ordusunda yaranan bütün çatışmazlıqları aradan qaldırır. "Report" İran mətbuatına istinadən xəbər verir ki, bunu İslam Respublikası Ordusunun briqada generalı Əlirza Şeyx deyib. Onun sözlərinə görə, güc balansını müvəqqəti dəyişdirən texnoloji boşluqları

20 dekabr
.

Trampın oğlu nişanlandı

ABŞ prezidenti Donald Tramp dekabrın 15-də Ağ evdə oğlu Donald Tramp və influnser Bettina Andersonun nişanlandığını açıqlayıb. xarici mediaya istinadla xəbər verir ki, kiçik Donald Tramp çıxışında Bettina Andersonun evlilik təklifinə "bəli" cavabı verdiyini bildirib. Bettina Anderson isə b

16 dekabr
.

Rusiyada pansionatda 40-dan çox insan zəhərlənib, ölənlər var

Rusiyanın Moskva vilayətinin Vidnoye şəhərindəki pansionatda zəhərlənmiş 40-dan çox insan xəstəxanaya yerləşdirilib. "Report" xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsindən bildirilib. "Müəyyən edilib ki, pansionatda 73 nəfər olub. 40-dan çox insan tibb müəssisələrinə yerləşdirilib

20 dekabr
.

Tokayev Sankt-Peterburqa gedəcək

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev 21-22 dekabr tarixlərində Sankt-Peterburqa işgüzar səfər edəcək. "Report" bu barədə Akordaya istinadən xəbər verib. K.Tokayev Ali Avrasiya İqtisadi Şurasının iclasında, eləcə də MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak edəcək. Kremli

20 dekabr
.

Tramp Ukrayna üzrə danışıqların keçiriləcəyi Florida ştatına səfər edəcək

ABŞ prezidenti Donald Tramp Ukrayna üzrə danışıqların yeni mərhələsinin keçiriləcəyi Florida ştatına getməyi planlaşdırır. -ın TASS-a istinadən məlumatına görə, o bu barədə Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib. Həmçinin qeyd edilib ki, ABŞ və Ukrayna arasında yeni danışıqlar raundu həftə sonund

20 dekabr
.

Onları öldürən oğluna şizofreniya diaqnozu qoyulub

Amerikalı rejissor Rob Reyner və həyat yoldaşı Mişeli öldürməkdə ittiham olunan oğlu Nik Reynerı şizofreniya diaqnozu qoyulub. Axşam.az xəbər verir ki, bu barədə TMZ məlumat yayıb. Nəşrin məlumatına görə, 32 yaşlı Nik Reyner daim psixiatrik müşahidə altında olub və dərman qəbul edib. Faciədən təxminə

20 dekabr
.

Sualtı "fırtınalar" Qiyamət buzlağını məhv edir: Alimlər nəticələri proqnozlaşdırdı

Güclü burulğanlı sualtı "fırtınalar" Antarktidada yerləşən iki əsas buzlağın şelf buzlarını sürətlə əridir. Alimlərin fikrincə, bu proses qlobal dəniz səviyyəsinin yüksəlməsi baxımından "uzaqmənzilli nəticələrə" səbəb ola bilər. Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, söhbət Pаyn-Aylen

18 dekabr
.

Rusiya iki yaşayış məntəqəsinə nəzarəti ələ keçirdi

Rusiya ordusu Ukraynanın Sumı vilayətinin iki məntəqəsinə nəzarəti ələ keçirib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, Rusiya Silahlı Qüvvələrinin "Şərq" qüvvələr qrupunun bölmələri Ukraynanın Vısokoye və Donetsk vilayətinin Svetloye kəndlərinə nəzarət

20 dekabr
.

NATO Ermənistanla yeni çərçivə sənədini gələn il razılaşdırmaq niyyətindədir

NATO Ermənistanla tərəfdaşlıqla bağlı yeni çərçivə sənədini 2026-cı ildə razılaşdırmağı planlaşdırır. "Report" xəbər verir ki, bu barədə NATO-nun baş katibinin müavini Radmila Şekerinskaya Ermənistanın müdafiə naziri Suren Papikyanla görüşdən sonra bəyan edib. "Nazir Suren Papikyanla Ermənistanı

20 dekabr