Naxçıvan "Batumoba 2019" bayram tədbirlərində təmsil olunub

Naxçıvan "Batumoba 2019" bayram tədbirlərində təmsil olunubGürcüstanın Acarıstan Muxtar Respublikasının (MR) paytaxtı Batumiyə şəhər statusunun verilməsinin 131-ci ildönümünə həsr olunmuş "Batumoba 2019" bayramı qeyd olunub.
Sonxeber.az "Report"-a istinadən xəbər verir ki, bayram tədbirlərində Azərbaycan, Ukrayna, Latviya, Polşa, İsrail, Çin, Belarus, Ermənistan, Türkiyə və Misirdən olan nümayəndə heyətləri iştirak ediblər.
Şəhər günü ilə əlaqədar əsas tədbirlər Batumi bulvarında təşkil olunub. Bulvar ərazisində Batumi ilə qardaşlaşmış şəhərlərin guşələri yaradılıb.
Azərbaycanı tədbirdə Naxçıvan MR-in rəsmi şəxsləri təmsil ediblər. Batumi bulvarında Naxçıvan şəhərində yerləşən Azərbaycanın qədim memarlıq nümunələrindən biri olan Möminə Xatun türbəsinin maketi quraşdırılıb.
Bayram tədbirlərində iştirak edən Acarıstan MR-in hökumət başçısı Tornike Rijvadze və Batumi meri Laşa Komaxidze Naxçıvan MR-in guşəsi ilə tanış olublar.
"Batumoba 2019" bayramı çərçivəsində müxtəlif mədəni və əyləncəli tədbirlər, yarmarka, sərgi, idman yarışları, kino nümayişləri və konsertlər keçirilib. Tədbirlərə Gürcüstanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri də qatılıblar.
Qeyd edək ki, 2012-ci ildə Azərbaycanın Naxçıvan və Gürcüstanın Batumi şəhərləri arasında qardaşlıq və əməkdaşlığa dair memorandum imzalanıb.


Sonxeber.az
Telegramda izləyin
Turizm   Baxılıb: 1174   Tarix: 29 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tramp yenidən seçkilərdə qalib gəldiyini bildirib

ABŞ-ın hazırkı prezidenti Donald Tramp 71 milyon qanuni səs toplayaraq seçkilərdə qalib gəldiyini bəyan edib. xəbər verir ki, Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə D.Tramp özünün "Twitter" səhifəsində yazıb. ABŞ-ın hazırkı prezidenti bildirib: "Mən 71 milyo

8 noyabr 2020
.

Turistlər üçün yardım-dəstək mərkəzi yaradılacaq-VAXT AÇIQLANDI

"Dövlət Turizm Agentliyi Bakıda turistlər üçün yardım-dəstək mərkəzi yaradacaq. Həmin mərkəz 2020-ci ilin yay mövsümündə istifadəyə veriləcək" . -a istinadən xəbər verir ki, bunu açıqlamasında Dövlət Turizm Agentliyinin Mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə deyib. Eləcə də bax: Azərbaycand

11 dekabr 2019
.

Tbilisidə ana və körpəsi koronavirusdan ÖLÜB

Tbilisidə Bokeriya adına klinikada 34 yaşlı qadın koronavirusdan vəfat edib. "Report"a istinadən xəbər verir ki, un yerli bürosu xəbər verir ki, o, ötən gün vaxtından əvvəl doğuşa görə xəstəxanaya daxil olub. Həkimlər ana ilə yanaşı körpənin də həyatını xilas edə bilməyiblər

7 may 2021
.

Ukraynaya səfər etməyə hazırlaşanların NƏZƏRİNƏ!

Dekabr ayı ərzində "SkyUp" və "Ukrayna Beynəlxalq Hava Yolları" (UBHY) aviaşirkətləri tərəfindən Bakı-Kiyev marşrutu üzrə dörd aviareysin həyata keçirilməsi planlaşdırılır. xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı Səfirliyi məlumat yayıb. Xüsusilə də, "SkyUp"

5 dekabr 2020
.

Ramazan ayına özəl endirilmiş qiymətlərlə gözəl və zövqlü mebel dəstlərinə sahib olun!

İlk dəfə azərbaycanda rəsmi distributor sti̇lmebel sizlərə rusiyanın və belarusiyanın fabrikasında hazırlanmış gözəl və zövqlü mebel dəstlərinin anbardan satışını təqdim edir. Mebellərinizi ikinci əldən deyil birinci əldən alınki qiymət fərqini görəsiniz. Sizdə evinizi belə əsrarəngiz və gözəl mebellərl

5 may 2020
.

Natia Turnava "Azərbaycan aviaşirkətləri ilə danışıqlar aparılır."

Gürcüstan hökuməti turizm sektoru ilə bağlı 10 maddədən ibarət təkliflər planı hazırlayıb. "Report"a istinadən xəbər verir ki, bunu Gürcüstanın "Business Media" nəşri yazıb. Sənəd Rusiyanın Gürcüstana birbaşa aviauçuşlara tətbiq etdiyi qadağaya cavab olaraq tərtib olunub. Planın birinc

29 iyul 2019
.

Şvartseneggerdən şok açıqlama: Tramp mənə aşiqdir!

ABŞ Prezidenti Donald Tramp və məşhur Hollivud ulduzu, Kaliforniya ştatının keçmiş qubernatoru Arnold Şvartsenegger arasında qalmaqal səngimək bilmir. Aktyor son açıqlaması ilə gündəmə damğa vurub. Şvartsenegger Trampın ona aşiq olduğunu açıqlayıb:. "Tramp mənə aşiqdir. Əslində həqiqət budur. O

13 sentyabr 2019
.

Bu ölkə əcnəbi turistlər üçün sərhədləri açır

Özbəkistan hökuməti karantin tədbirlərinin mərhələli şəkildə yumşaldılması çərçivəsində oktyabr ayının 1-dən etibarən əcnəbi turistlər üçün sərhədləri açacaq. xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabineti yanında Operativ Qərargahının nümayəndəsi bildirib. Onun sözlərinə görə, turoperatorlara əcnəb

18 sentyabr 2020
.

Yunanıstan Azərbaycan vətəndaşları üçün məhdudiyyətləri ləğv edib

Yunanıstanın mülki aviasiyası beş ölkənin vətəndaşlarını öz ərazisinə giriş məhdudiyyətlərindən azad etdiyi siyahıya salıb. Sonxeber.a xəbər verir ki, bu barədə "Greek City Times" bildirib. Agentliyin məlumatına görə, söhbət Azərbaycan, İordaniya, Moldova, Bruney və Ermənistan vətəndaşlarında

4 iyul 2021