Ərli bacısının sevgilisini öldürdü
Bakıda qətl törətməkdə təqsirləndirilən Elnur Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Sonxeber.az "Ölkə.Az"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə növbəti məhkəmə prosesi bu gün keçiriləcək.
Qeyd edək ki, qətl hadisəsi ötən ilin noyabr ayında Sabunçu rayonunun Zabrat qəsəbəsində baş verib.
Avtoyuma məntəqəsində işləyən Murad Quliyev Qəbələ rayon sakini, 27 yaşlı Elnur Abdullayev tərəfindən qısqanclıq zəminində öldürülüb.
Bildirilir ki, M.Quliyev internet vasitəsilə 2 uşaq anası olan Almaz Abdullayeva (ad şərtidir) ilə tanış olub. Daha sonra qadın uşaqlarını Qəbələdə ataraq Bakıya gəlib, M.Quliyevlə 2 aya yaxın birgə yaşayıb.
M.Quliyev qadınla birgə Qəbələyə gedib. Məqsəd isə qadının rəsmi nikahda olduğu şəxsdən boşanmaq üçün məhkəməyə müraciət etməsi olub.
Lakin Qəbələdə olarkən qadının ailə üzvləri onun M.Quliyevlə Bakıya qayıtmağına icazə verməyib və həmin şəxsin onlara el adəti ilə elçi gəlməsini istəyib. M.Quliyev Bakıya gəlib, lakin o, qeyri-rəsmi münasibətdə yaşadığı qadının ailəsinin istədiyi kimi etməyib və onlarla əlaqəni tamamilə kəsib.
Qadının qardaşı E.Abdullayev özü ilə bıçaq götürərək Bakıya gəlib, M.Quliyevi tapıb və ona bir neçə zərbə endirib. M.Quliyev aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 1131 Tarix: 03 may 2019
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
3 nəfərin öldüyü yanğınla bağlı cinayət işi açıldı - Baş Prokurorluq
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla əlaqədər Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin əməkdaşları tərəfindən aidiyyəti dövlət qurumları, o cümlədən Fövqəladə Hallar Nazirliyinin əməkdaşlar
21 noyabrAzərbaycan xalqından üzr istədilər
Bu ilin yayında Bakıdakı Şəhidlər xiyabanında nalayiq hərəkətlər edən üç Səudiyyə Ərəbistanı vətəndaşının məhkəmə istintaqı başlayıb. "Qafqazinfo"nun məlumatına görə, onların işinə Səbail Rayon Məhkəməsində baxılır. Polisin keçirdiyi əməliyyatla qaldıqları hoteldə tutulan əcnəbilər üç aydı
27 noyabrƏli Kərimli barədə QƏRAR VERİLDİ
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli barəsində seçilmiş həbs qətimkan tədbiri barədə qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Bakı Apellyasiya Məhkəməsi AXCP sədri Əli Kərimlini
5 dekabrDSX-nin əsgəri özünü güllələdi - Komandir ittiham olunur
Dövlət Sərhəd Xidmətinin Biləsuvar rayonunda yerləşən hərbi hissəsinin əsgəri Hüseyn Hüseynov özünü güllələyərək həyatına qəsd edib. "Qafqazinfo" xəbər verir ki, onun hərbi xidmət zamanı komandiri olmuş kapitan Səfəralıyev Mahmud Hikmət oğlu tərəfindən çoxsaylı təhqir və zorakılıq halların
28 noyabrCeyhunun ölümünə görə şərti məhkum edilən polkovnik - Təqaüdə göndərildi
Xidmət yerindən itkin düşdükdən iki gün sonra nəşi tapılan əsgər Ceyhun Hüseynovun ölümü ilə bağlı şərti məhkum edilən polkovnik Samir Həziyev təqaüdə göndərilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, cinayət işi başlayandan sonra sərəncama götürülən polkovnik öz istəyi ilə xidmətini baş
17 dekabrVidadi Mustafayev Yekaterinburqda saxlanıldı
Yekaterinburqda azərbaycanlı iş adamı Vidadi Mustafayev saxlanılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə " "ya hüquq-mühafizə orqanlarına yaxın bir neçə mənbə məlumat verib. Məlumata görə, V. Mustafayev məşq üçün gəldiyi fitnes-klubun yaxınlığında xüsusi təyinatlıların iştirak
1 dekabrMüəllimini aldadıb ona 355 min "atdı" - Atası bulvarda intihar etmişdi...
Biznes qurmaq və müxtəlif şəxsləri işə düzəltmək adı ilə aldadaraq külli miqdarda pulunu ələ keçirmiş 26 yaşlı Nihad Rəhimlinin məhkəməsi başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxsə hökm oxunub. Bildirilib ki, Nihad Lənkərand
20 noyabr19 yaşlı qız dəm qazından öldü
Sumqayıtda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, dekabrın 15-i saat 16 radələrində 2006-cı il təvəllüdlü Züleyxa Hüseynova yaşadığı Xəzər bağlar sahəsindəki evin hamam otağında dəm qazından zəhərlənib. O, hadisə yerində vəfat edib. Faktla bağlı Sumqayıt Şəhə
16 dekabrAğdamda iki qardaş bıçaqlandı
Ağdamda iki qardaş bıçaqlanıb. "Qafqazinfo"nun xəbərinə görə, bıçaqlanma hadisəsi rayonun Baharlı qəsəbəsi ərazisində baş verib. Belə ki, həmyerlilər arasında baş verən mübahisə zamanı Elçin və Sənan adlı qardaşlar bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən qəsəbə sakini Sadiq adlı şəx
15 dekabr