"Bundan sonra faktlar danışacaq" - Lalə keçmiş əri haqda

"Bundan sonra faktlar danışacaq" - Lalə keçmiş əri haqdaƏməkdar artist Lalə Məmmədova "Ən yaxşısı" verilişinin qonağı olub.

Sonxeber.az axşam.az-a istinadən xəbər verir ki, müğənni eks həyat yoldaşı İlham Qafarovun onunla bağlı dedikləri haqda suallara cavab verib:

"İstəyirəm qızım bunlardan uzaq olsun. Qarşı tərəf danışanda, övladını düşünsün. Mən sənətlə başımı qata bilərəm, uşaq yox. İnstaqramı, telefonu olmasa da, ətrafdakılardan söhbətlər gəlir. Nə qədər qorusaq da, olmayacaq.

İstəmirəm depressiyaya düşsün. İndi gündə bir intihar halı eşidirik. Onun geyimini və yeməyini verməklə olmaz. Hər gün qızımla söhbət edirəm.

Ürək ağrısı ilə deyirəm ki, susurdum. Övladlarımın atasıdır deyə, deyirdim, dilimdən artıq kəlmə eşitməyəcəksiz. Amma... Qarşı tərəf artıq övladıma sözlər ünvanlayanda, dedim, bəsdir. Qərar verdim ki, belədirsə, bundan sonra faktlar danışacaq".

Qeyd edək ki, İ.Qafarov aliment ödəyə bilmədiyi üçün Lalənin onu məhkəməyə verdiyini açıqlayıb. "Məni tutdurmaq istəyir" deyə, o, bildirib. L.Məmmədovanın bu nikahdan iki qız övladı var.

Şou-biznes   Baxılıb: 2333   Tarix: 14 may 2019  

Şikayətiniz varsa Whatsapp: 055 6620257

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR