"Coca-Cola"nın müsəlmanlarla bağlı təşəbbüsü narazılıqla qarşılandı

"Coca-Cola"nın müsəlmanlarla bağlı təşəbbüsü narazılıqla qarşılandıQazlaşdırılmış içkilər istehsalçısı "Coca-Cola" şirkətinin Norveç şöbəsi müqəddəs Ramazan ayının başlanması münasibətilə öz klassik içkisinin xüsusi seriyasının buraxıldığını elan edib və İslamın təcəssümü olan aypara rəmzini ilk dəfə öz loqotipinə əlavə edib.

"Coca-Cola" şirkəti ənənəvi olaraq həm Norveçdə, həm də digər ölkələrdə öz içkilərinin Milad bayramına həsr olunmuş xüsusi seriyalarını buraxır. Bu il şirkət bildirib ki, Norveç müsəlmanları ilə birlikdə Ramazan bayramını qeyd etmək istərdi.

Şirkətin marketinq şöbəsinin rəhbəri İohanna Kosanoviç yerli jurnalistlərə müsahibəsində deyib: "Müsəlman ölkələrdə Ramazanı bayram etməyimizin uzun tarixi vardır. İndi biz Ramazanı ilk dəfə Norveç müsəlmanları ilə birlikdə bayram etmək istəyirik. Biz müxtəlifliyə tərəfdar olduğumuzu və bunun cəmiyyət üçün nə dərəcədə əhəmiyyətli olduğunu açıq şəkildə göstərmək istəyirik".

Buna baxmayaraq, "Coca-Cola"nın bu qərarı miqrantlar əleyhinə çıxış edən radikal dairələrin təmsilçiləri tərəfindən narazılıqla qarşılanıb. Onlar sosial şəbəkələrdə müsəlmanlar əleyhinə şüarlarla çıxış edir, hətta "Coca-Cola"nın məhsullarını boykot etməyə çağırırlar. Bununla belə, liberal əhval-ruhiyyəli norveçlilər də tapılıb. Onlar əhalinin əksəriyyətinin xristian olduğu bir ölkədə "Coca-Cola"nın müxtəlifliyin dəstəklənməsinə yönələn addımını yüksək qiymətləndiriblər.

Qeyd edək ki, 5,2 milyon əhalisi olan Norveçdə sürətlə artan müsəlman icması yaşayır. Hazırda müsəlmanlar Norveç əhalisinin 5,7 faizini təşkil edir (Azərtac).


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 801   Tarix: 15 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Qadın keçmiş ərindən belə qisas aldı

Rusiyanın Samara şəhərində yerli sakin keçmiş ərinin avtomobilini yandırmaqda şübhəli bilinir. yerli mediaya istinadla bildirir ki, hadisə Müəlliflər küçəsində baş verib. Hadisə yerinə baxış keçirən polis "Lada Priora" markalı avtomobilin qəsdən yandırıldığını müəyyən edib. Avtomobil sahib

25 aprel
.

74 yaşlı kişi borcunu ödəmək üçün bankı qarət etdi

ABŞ-ın Ohayo ştatının 74 yaşlı sakini Enn Myers Feyrfild şəhərində bankı soymaq qərarına gəlib. Polis onu öz evində saxlayıb. xarici mediaya istinadla bildirir ki, onun avtomobilinə baxış zamanı oğurluqda istifadə olunduğu güman edilən tapança, həmçinin atılmış paltar və saxta dövlət nömrə nişanı aşka

26 aprel
.

Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü

Rusiyanın Yekaterinburq şəhərindəki "Vtorçermet"də baş verən qarşıdurmanın təfərrüatları məlum olub. Dalida kafesinin yaxınlığında kütləvi dava zamanı bir kişi bıçaqlanaraq öldürülüb. yerli KİV-ə istinadla bildirir ki, münaqişə azərbaycanlı və taciklərdən ibarət qruplar arasında başlayıb. Məlumat

26 aprel
.

Səhvən ayağını əzdiyi şəxsin xəstəxana xərclərini ödəmədi, ÖLDÜRÜLDÜ - VİDEO

Səhvən ayağını əzdiyi şəxsin xəstəxana xərclərini ödəməkdən imtina edən dükan sahibi bıçaqlanaraq öldürülüb. xarici mediaya istinadən xəbər verir ki, İstanbulda baş verən hadisədə mağaza sahibi həmin küçədə mebel satışı ilə məşğul olan şəxsin oğlunun ayağını maşını ilə əzib. Mağaza sahibi xəstəxana xərclərin

25 aprel
.

Azyaşlı 6-cı mərtəbədən yıxılıb sağ qaldı

Rusiyanın Leninqrad vilayətində beş yaşlı uşaq altıncı mərtəbədən yıxılaraq sağ qalıb. -ın yerli mediaya istinadla məlumatına görə, hadisə Vsevolojsk rayonunun Staraya kəndində baş verib. Valideynlərinin nəzarətsizliyi ucbatından beş yaşlı qız altıncı mərtəbədə açıq pəncərədən yıxılıb. Uşaq təcili xəstəxanay

25 aprel
.

Qeyri-etik hərəkətlər edən şəxsi sərnişinlər avtobusdan atdılar - VİDEO

Qeyri-etik hərəkətlər edən şəxsi sərnişinlər avtobusdan atıblar. xarici mediaya istinadən xəbər verir ki, Türkiyədə avtobus oturacağında tək oturmaq istəyən şəxs başqa bir sərnişinin ona yaxınlaşması ilə əsəbiləşib və mübahisə yaratmağa başlayıb. Vəziyyətdən narahat olan digər sərnişinlər həmin şəxs

26 aprel
.

O indi 15 yaşlı böyük oğlandır - "Filosof Atakan"ın son halı - FOTO

Türkiyədə 10 yaşı olarkən "Filosof Atakan" adı ilə tanınan Atakan Kayalar illər sonra yenidən gündəmə gəlib. xarici mətbuata istinadən xəbər verir ki, 10 yaşında ikən 5 ayda 250 fəlsəfə kitabı oxuyan və açıqlamaları ilə gündəmə gələn Atakan Kayalar indi 15 yaşındadır. Atakanın son 5 ildək

26 aprel
.

Qadın qapısı açıq avtobusdan YIXILDI - VİDEO

Türkiyədə qadın qapısı açıq avtobusdan yıxılıb. xarici mediaya istinadən xəbər verir ki, Adananın mərkəzi Sarıçam rayonunda qapısı açıq vəziyyətdə avtobusdan yıxılan qadın ağır yaralanıb. Qadının yolda yıxıldığı anı avtomobilin təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. Ətrafdakıların xəbəri üzərin

26 aprel
.

Qazaxıstanlı nazir arvadını öldürdüyü gün restoranı rusiyalı siyasətçilər tərəfindən bron edilibmiş - VİDEO

Qazaxıstanda həyat yoldaşı Saltanat Nukenovanı vəhşicəsinə qətlə yetirməkdə təqsirləndirilən keçmiş milli iqtisadiyyat naziri Kuandıq Bişimbayevin işi üzrə məhkəmə istintaqı başa çatıb. Bu barədə mərhumun qardaşı Aytbek Amangeldi xəbər verib. Onun sözlərinə görə, hazırda tərəflər arasında gələn həftəni

26 aprel