Əcnəbi kürəkənlər - Qızlarımız onlarda nə görüb?

Əcnəbi kürəkənlər - Qızlarımız onlarda nə görüb?Son illər ölkədə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə nikaha daxil olan azərbaycanlıların sayı artır. Bunu statistik rəqəmlər də təsdiqləyir. Belə ki, Ədliyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2017-ci ildə əcnəbilər və vətəndaşlığı olmayanlarla azərbaycanlılar arasında 2059 nikah qeydə alınıb. Nikahlardan 1105-i Azərbaycan vətəndaşı olan qadınlarla xarici ölkə vətəndaşı olan kişilər arasında, 1054-ü isə Azərbaycan vətəndaşı olan kişilərlə xarici ölkə vətəndaşı olan qadınlar arasında bağlanıb. 2018-ci ildə Azərbaycan vətəndaşları ilə xarici ölkə vətəndaşları arasında 2256 nikah bağlanıb. Həmin şəxslərlə pozulmuş nikahların sayı isə 149 olub.

2019-cu ilin 2 ayı ərzində isə ölkədə 8238 nikah qeydə alınıb ki, bunlardan 274-ü əcnəbilər və vətəndaşlığı olmayanlarla azərbaycanlılar arasında bağlanıb. Şəxslərdən 134 nəfəri kişilər, 140-ı qadınlardır.

Azərbaycan vətəndaşı olan qadınlar əsasən, Türkiyə, Rusiya Fedrasiyası və Gürcüstan vətəndaşları ilə, kişilər isə əsasən Rusiya Federasiyası, Gürcüstan və Ukrayna vətəndaşları ilə nikaha giriblər.

Rəqəmlərdən göründüyü kimi əcnəbilərlə ailə quran azərbaycanlı qadınlar kişilərdən çoxdur.

Bunun səbəbləri barədə modern.az-a "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova danışıb.

Qızlarımızı xaricə aparan səbəblər...

M.Zeynalova bildirib ki, azərbaycanlıların əcnəbilərlə nikaha daxil olmasının bir neçə səbəbi var:

"Azərbaycan qadınları bir çox hallarda zorakılıq hallarından qorunmaq üçün əcnəbiyə ərə gedirlər. Amma əcnəbilərlə ailə qurmağın sonrakı aqibətini düşünmürlər. Mən demirəm bütün əcnəbilərlə qurulan ailələr dağılır. Amma ümumi nisbətdə əcnəbilərlə qurulan ailələr uğurlu olmur.

Bizim qızlarımız düşünür ki, xaricə gedən kimi bütün arzularını gerçəkləşdirmək asan olacaq, daha çox azadlıq əldə edəcələr, imkanları genişlənəcək, daha çox pul əldə edəcəklər, hüquqları qorunacaq, sərbəst olacaqlar. Amma hər bir ölkənin özünün ailə modeli, ailə münasibətləri, statusları var. Buradan gedənlər də məhz onlara tabe olur".

"Əcnəbilərlərə ərə gedən qadınlarımız çoxdur"

Qadın hüquq müdafiəçisinin sözlərinə görə, əcnəbilərə ərə gedən qadınların sayı rəsmi rəqəmlərdəkindən də çoxdur:

"Bunlar da daha çox faciəvi nəticələrlə müşahidə olunur. Xaricə gedəndə xəyallarında qurduqları o möhtəşəm həyatı yaşaya bilməyəndə hər şey tərsinə çevrilir. Boşanırlar, uşaqların hüquqlarını qoruya bilmirlər, ana olaraq övladını ölkədən aparmaq-gətirmək çətinləşir. Bunun üstünə də psixoloji gərginliklər gələndə çıxılmaz duruma düşürlər".

Qızlar elə bilir ki, xaricə gedən kimi...

M.Zeynalova deyib ki, ölkəmizdə əcnəbilərlə ailə qurulması birmənalı qarşılanmır:

"Bizimkilər daha çox müsəlman ölkələrindəki vətəndaşlarla nikaha girirlər. Yaxud əksəriyyəti Rusiyada yaşayan azərbaycanlılardır ki, həmin ölkənin vətəndaşlığını alıblar. Yəni bizimkilərin qeyri-millətdən olan birilə ailə qurması ənənəvi deyil. Azərbaycanlı qadının qeyri-millətdən olan birinə ərə getməsi kifayət qədər qınaq obyektinə çevirlir, hətta valideynlərin ondan üz döndərməsinə qədər aparır. Amma qloballaşma getdikcə, bu stereotiplər də aradan qalxmağa başlayır. Bəzi hallarda bizim qızlar əcnəbilə nikahı ailə münasibətlərindən, ailə buxovlarından, ailədəki qadağalardan xilas kimi görürlər. Avropada təhsil alanlar arasında Avropa vətəndaşları ilə nikaha daxilolma halları var. Bunlar daha çox təhsillilərdir. Amma digər ölkələrdəkilər orta və aşağı təhsillilərdir, yaxud ikinci nikaha girənlərdir. Əslində Azərbaycanda ikinci nikah məsələsi problem olmamağa başlayıb. Əvvəllər kişilər boşanmış qadın almaq məsələsində tərəddüd edirdisə, hazırda bu məsələlər ortadan qalxır".

"Əcnəbilərlə nikahda zorakılıq halları çoxdur"

Birlik rəsmisi qeyd edib ki, əcnəbilərlə nikaha daxil olanlardan onun təmsil etdiyi quruma müraciət edənlər var:

"Əcnəbilərlə nikahların özünün xüsusiyyətləri var ki, onlar bəzi hallarda ailənin bütöv qalmasına maneə törədir. Bunlar psixoloji, adaptasiya problemlərilə bağlıdır. Bizə müraciət edənlərin problemi daha çox hüquqi məsələlərlə bağlı olur. Bir nəfər var, İran vətəndaşı ilə nikaha girib zorakılıqla üzləşib. Yaxud Rusiyada nikaha girib zorakılıqla üzləşən qadınlarımız olub. Azərbaycanlı oğlanlar var ki, Ukrayna vətəndaşı olan qadınla ailə qurub, zorakılıq zəminində boşanıblar. Maraqlıdır ki, bizim kişilər başqa ölkədə olanda zorakılıq törətmir, amma Azərbaycana gələndə davranışları dəyişir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1228   Tarix: 16 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Körpə ehtiyatsızlıqdan ananın qucağından düşüb öldü - Yenilənib

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə vaxtı 4 aylıq körpə anasının qucağından yerə düşüb. Belə ki, ana övladı ilə birgə 4-cü mərtəbədəki mənzilin eyvanına hava almağa çıxıb. Bu zaman ehtiyatsızlıqdan körpə qadının qucağından yerə düşüb və aldığı xəsarətlərdən vəfat edib. *. Sabunç

26 aprel
.

İcra hakimiyyətləri prezidentin xüsusi nümayəndəliyi ilə əvəz OLUNUR?- AÇIQLAMA

Azərbaycanda keçirilən prezident seçkilərindən sonra idarəetmə sahəsində bir sıra dəyişikliklər həyata keçirildi. İlk olaraq bələdiyyələrin sayının azaldıması və birləşdirilməsi ilə bağlı qanun layihəsi hazırlandı. Eyni zamanda Qarabağda bir sıra ərazilərə prezidentin xüsusi nümayəndəsi təyin edildi

26 aprel
.

Yeddi kişini şantaja görə mühakimə olunacaq - İş məhkəmədə

Özünü Milli Fədailər Hərəkatının qurucusu kimi təqdim edən, 6 ay əvvəl isə şantaja görə tutulan Fuad Muradovun cinayət işi üzrə ibtidai istintaq tamamlanıb. "Qafqazinfo"nun məlumatına görə, iş üzrə toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib

26 aprel
.

Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT

Sumqayıt Dövlət Universitetinə (SDU) rektor müşaviri təyin olunub. Bu barədə -a Sumqayıt Şəhər İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, "Mercedes-Benz Consulting" şirkətinin süni intellekt üzrə baş məsləhətçisi, Berlin Texniki Universitetinin süni zəka üzrə doktorantı, Dövlət Proqram

26 aprel
.

Ramiz Mehdiyevin şirkətləri üz-üzə - MƏHKƏMƏ ÇƏKİŞMƏSİ

Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Ramiz Mehdiyevin şirkətləri arasında məhkəmə olacaq. "Qlobal East VVest" MMC "Şərq-Qərb" ASC-ni məhkəməyə verməklə əmlak tələb edir. xəbər verir ki, iddiaya Bakı Kommersiya Məhkəməsində hakim Kənan Hüseynovun sədrliyi ilə baxılacaq

26 aprel
.

DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI

Havaların qızmasına baxmayaraq, son zamanlarda uşaqlar arasında yeni virus yayılıb. Bu virus özünü yüksək hərarət, səpkilərlə biruzə verir. Bəziləri isə bu virusun rozeola xəstəliyi olduğunu iddia edir. Maraqlıdır, görəsən, uşaqlar arasında yayılan bu viruslar hansılardır?. Məsələ ilə bağlı pediatr Elşə

25 aprel
.

"Qismət-M House" MMC-yə yazılan protokola baxılacaq tarix açıqlandı: Yüksək məbləğdə cərimə

"Qismət-M House" MMC barəsində tərtib olunan inzibati protokola baxılacaq tarix açıqlanıb. -ın xəbərinə görə, sənədə Nizami Rayon Məhkəməsinin hakimi Nəriman Mehdiyevin sədrliyi ilə mayın 8-də baxılacaq. Xatırlatma: Protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1-c

26 aprel
.

Bakıda 21 yaşlı model bədbəxt hadisədə öldü - Foto

Bakıda gənc qız dəm qazından boğulub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Nəsimi rayonu Moskva prospektindəki evdə yaşayan 2003-cü il təvəllüdlü Kamilə Həsənova dəm qazından boğularaq vəfat edib. Bildirilib ki, K.Həsənova aktrisa-model kimi də fəaliyyət göstərirmiş. O, həm də Moskv

26 aprel
.

Həcc ziyarəti ilə bağlı dünya zəvvarlarına müraciət edildi

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarları saxta şirkətlərə inanmamağa çağırıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi məlumat yayıb. Bir sıra ölkələrdə sosial media saytlarının xidmətlərini reklam edərək, 1445/2024-cü il üçün Həcc mərasimlərini yerin

26 aprel