Deputatdan pərdə qadağasına ETİRAZ

Deputatdan pərdə qadağasına ETİRAZ"Vaxtilə keçmiş Standarlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi avtomobillərin yan şüşələrinə pərdələrin vurulması ilə bağlı qərar qəbul etdi. Sonra o qərarı "yay mövsümündə pərdə olsun, amma qış mövsümündə olmasın" şəklində dəyişdilər. Bunu da təhlükəsizliklə əsaslandırdılar. Amma Avropada avtomobildə pərdədən həm yayda, həm qışda istifadə edirlərsə, onda belə çıxır ki, Avropada olan insanlar təhlükəsizliyə kifayət qədər diqqət yetirmirlər".

Sonxeber.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Çingiz Qənizadə deyib.

Onun sözlərinə görə, Azərbaycan isti ölkədir və may ayından başlayaraq avtomobildə pərdədən istifadə etmək olar qərarı başa düşülən deyil: "Bunun heç bir məntiqi əsası da yoxdur. Avropa İqtisadi Komissiyasının 43 saylı qərarına görə, iki yan güzgü olduqda, arxa şüşələrin pərdə ilə örtülməsi sürücünün öhdəsinə buraxılmalıdır. Amma ölkədəki bu qərar əslində insanları inzibati qaydada cəzalandırmağa yönəldilmiş bir addımdır və o pərdələrin də deyilən vaxtda qaldırılmamasına görə 100-150 manat cərimə nəzərdə tutulur. Azərbaycan sürücülərinin, hətta sürücü olmayan, maşında gedən azyaşlı uşaqların, qadınların mənasız yerdə əziyyət çəkməsinə və sürücülərin də Dövlət Yol Polisi (DYP) ilə qarşı-qarşıya gəlməsinə şərait yaradan bu amil aradan götürülməlidir".

Ç.Qənizadə bunun turizmin inkişafına da problem yaratdığını deyib: "Turist Azərbaycanın hər hansı bir regionuna səfər etmək istəyir, aprelin 30-da sürücü onu xəbərdar edir ki, təhlükəsizlik üçün pərdəni qaldırmaq olmaz, amma sabah qaldıra bilər. Bu da turistdə çaşqınlıq yardır".

Deputat deyib ki, hələlik bu istiqamətdə iş aparır, KİV-də vəparlamentdə fikir bildirib, yada salır: "Bu qərar mənasız bir şeydir və dərhal aradan götürülməlidir".(ONA)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1334   Tarix: 20 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakıda velosiped yollarına quraşdırılan baryerlər kimlərin qəzəbinə tuş gəlib? - FOTO

Bakının bəzi küçələrində salınan velosiped yollarında quraşdırılan baryerlərə ziyan vurulur. xəbər verir ki, artıq bir neçə müddətdir ki, şəhərin müxtəlif küçələrində velosiped zolaqlarının kənarına düzülən bu baryerlərin yerindən çıxarıldığı və bəzi yerlərdə hətta kənara atıldığı müşahidə olunur. Bə

26 aprel
.

Azərbaycanda bu məşhur zavod bağlanır

"Qazax Konserv Zavodu" ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək. İqtisadiyyat.az xəbər verir ki, yığıncağın iyunun 10-da keçirilməsi planlaşdırılıb. Səhmdarların ümumi yığıncağında aşağıdakı məsələlər müzakirə ediləcək:. 1) 31.12.2023-cü il tarixdə başa çatmış maliyyə ili üzr

26 aprel
.

Əhməd Əhmədovun qətlə yetirdiyi anasının yerinə yeni təyinat - FOTO

Fevralın 13-də qətlə yetirilən Bakı şəhəri 59 nömrəli tam orta məktəbin direktoru Pikə Əhmədovanın yerinə yeni təyinat olub. xəbər verir ki, bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, sözügedən məktəbin vakant olan direktor vəzifəsin

26 aprel
.

Çernobıl qəzasından 38 il ötür

Bəşəriyyət tarixində ən böyük qəzalardan hesab edilən Çernobıl faciəsindən 38 il ötür. 1986-cı ilin bu günü yəni, aprelin 26-da Ukraynanın Kiyev vilayətində yerləşən Çernobıl atom-elektrik stansiyasının dördüncü enerji blokunda yanğın baş verib. Alov genişlənərək üç bloku bürüyüb. Hadisədən sonra həya

26 aprel
.

Bakının bu rayonunda qaz kəsiləcək

Bu gün saat 23:00-dan etibarən Bakının Nəsimi rayonunun Abbasqulu ağa Bakıxanov küçəsi ilə Ağadadaş Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədi ilə qaz təchizatı dayandırılacaq. -ın məlumatına görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz"

26 aprel
.

Millət vəkilinə ağır itki

Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanova ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, millət vəkilininin qardaşı Vaqif Əmiraslanov vəfat edib. Qeyd edək ki, Vaqif Əmiraslanov Bakı Humanitar Kollecinin sabiq direktoru olub

25 aprel
.

DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI

Havaların qızmasına baxmayaraq, son zamanlarda uşaqlar arasında yeni virus yayılıb. Bu virus özünü yüksək hərarət, səpkilərlə biruzə verir. Bəziləri isə bu virusun rozeola xəstəliyi olduğunu iddia edir. Maraqlıdır, görəsən, uşaqlar arasında yayılan bu viruslar hansılardır?. Məsələ ilə bağlı pediatr Elşə

25 aprel
.

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

"Karvan İstehsalat Kommersiya Şirkəti" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib. Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində məhkəməyə Namiq Abdullayev Nurəddin oğlu müraciət edib. O, şirkət rəhbərliyi barəsində "Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələ

26 aprel
.

Bakıda 21 yaşlı model bədbəxt hadisədə öldü - Foto

Bakıda gənc qız dəm qazından boğulub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Nəsimi rayonu Moskva prospektindəki evdə yaşayan 2003-cü il təvəllüdlü Kamilə Həsənova dəm qazından boğularaq vəfat edib. Bildirilib ki, K.Həsənova aktrisa-model kimi də fəaliyyət göstərirmiş. O, həm də Moskv

26 aprel