""Diqlas" sökülür, işlər ən azı 2 ay davam edəcək" - VİDEO

""Diqlas" sökülür, işlər ən azı 2 ay davam edəcək" - VİDEOBakının Nizami rayonunda yanğının baş verdiyi "Diqlas" ticarət mərkəzində artıq söküntü işlərinə başlanılıb.

Sonxeber.az xəbər verir ki, bu barədə Trend-ə Nizami Rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsindən bildiriblər. Qeyd olunub ki, artıq üç gündür ki, söküntü işlərinə başlanılıb:

"Həmin ərazidə iş getdiyi üçün təhlükəsizlik baxımından "Diqlas"ın ətrafı hasara alınıb. Hazırda söküntü yerinə bir neçə ağır texnika, ərazidən çıxarılan tullantı materialların daşınması üçün yük avtomobilləri də cəlb olunublar".

İcra Hakimiyyətindən əlavə ediblər ki, "Diqlas" ticarət mərtkəzi ağır metal konstruksiyadan tikildiyi üçün söküntü işləri tez bir zamanda bitməyəcək: "Orada ən azı 1-2 aylıq iş var".

Sosial   Baxılıb: 534   Tarix: 22 may 2019  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR