"Bu gün oğlumun əli qandallanıb başı aşağı salınırsa..." - Fuadın anasından Açıqlama

"Bu gün oğlumun əli qandallanıb başı aşağı salınırsa..." - Fuadın anasından AçıqlamaXəbər verdiyimiz kimi, bu gün azərbaycanlı jurnalist Fuad Abbasova dəstək üçün Beynəlxalq Diaspor Mərkəzi tərəfindən Beynəlxalq Mətbuat Mərkəzində tədbir keçirilib. Tədbirə Fuad Abbasovun valideynləri də qatılıb.

Fuad Abbasovun anası Abbasova Billur xanım özəl olaraq BiG.AZ-a oğlunun həbsi ilə bağlı danışıb. Billur xanım Fuadla sonuncu dəfə onunla hadisədən əvvəlki bazar günü telefonla danışdığını bildirib:

"Biz Fuadla xüsusilə bu məsələ ilə bağlı telefonla danışmamışıq. Lakin ümumi danışıqlarımız demək olar ki, hər gün olurdu. Zəng edib hal-əhvalımızı xəbər alırdı. Valideyn kimi bizim narahat olmağımızı istəmirdi deyə ona olan təxribatlar haqda bizə heç nə demirdi, bu haqda ancaq internetdən məlumat almışıq. Bu məsələ sifarişli iş olduğu üçün gözlənilmədən oldu. Bəlkə də ona görə heç nə deyə bilmədi".

Anası bildirib ki, Fuad bir evin oğlu kimi doğulsa da, o bu işə qoşulandan bir elin oğludur:

"Mən Fuadı 2016-cı ildən ancaq internetdə, planşetdə görürəm. Elə bil yadırğamışam, çünki mən də sizin kimi onun barəsində internetdə izləyirəm.
Hətta Fuad efirdə olanda yoldaşıma deyirəm ki, Fuad gəlib, gedim bir çay gətirim.

Bu gün Fuadın haqq səsi boğulursa , əli qandallanıb başı aşağı salınırsa, bu, Azərbaycanın başının aşağı salınması deməkdir. Fuadın səsini boğmaq Azərbaycanın səsini boğmaq deməkdir. Çünki Fuad Azərbaycanın oğludur, sizin oğlunuzdur".

Billur xanım həmçinin Fuadın əleyhinə danışanları görəndə təəssüf hissi keçirdiyini bildirib:

"Fuad həmişə belə danışanları görəndə deyir ki, ana, mən 100 dollar deyiləm ki, hamının xoşuna gələm. Əlbəttə, əleyhimə də, leyhimə də danışacaqlar. Bu gün mənə təsir edir ki, nə üçün içimizdəki satqınları, sapı özümüzdən olan baltaları qırıb ata bilmirik? Nə üçün Fuadların başını əzmək istəyirlər, haqq səsini boğmaq istəyirlər? Gərək öləndə də mərd öləsən, qorxmayasan.

Bu gün Fuad kimilərə dəstək olmasaq, belə oğulları itirə-itirə gedəcəyik. Əgər ona dəstək durmasaq bu da erməni qələbəsi olacaq".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 987   Tarix: 22 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Körpə ehtiyatsızlıqdan ananın qucağından düşüb öldü - Yenilənib

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə vaxtı 4 aylıq körpə anasının qucağından yerə düşüb. Belə ki, ana övladı ilə birgə 4-cü mərtəbədəki mənzilin eyvanına hava almağa çıxıb. Bu zaman ehtiyatsızlıqdan körpə qadının qucağından yerə düşüb və aldığı xəsarətlərdən vəfat edib. *. Sabunç

26 aprel
.

İcra hakimiyyətləri prezidentin xüsusi nümayəndəliyi ilə əvəz OLUNUR?- AÇIQLAMA

Azərbaycanda keçirilən prezident seçkilərindən sonra idarəetmə sahəsində bir sıra dəyişikliklər həyata keçirildi. İlk olaraq bələdiyyələrin sayının azaldıması və birləşdirilməsi ilə bağlı qanun layihəsi hazırlandı. Eyni zamanda Qarabağda bir sıra ərazilərə prezidentin xüsusi nümayəndəsi təyin edildi

26 aprel
.

Yeddi kişini şantaja görə mühakimə olunacaq - İş məhkəmədə

Özünü Milli Fədailər Hərəkatının qurucusu kimi təqdim edən, 6 ay əvvəl isə şantaja görə tutulan Fuad Muradovun cinayət işi üzrə ibtidai istintaq tamamlanıb. "Qafqazinfo"nun məlumatına görə, iş üzrə toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib

26 aprel
.

Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT

Sumqayıt Dövlət Universitetinə (SDU) rektor müşaviri təyin olunub. Bu barədə -a Sumqayıt Şəhər İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, "Mercedes-Benz Consulting" şirkətinin süni intellekt üzrə baş məsləhətçisi, Berlin Texniki Universitetinin süni zəka üzrə doktorantı, Dövlət Proqram

26 aprel
.

Ramiz Mehdiyevin şirkətləri üz-üzə - MƏHKƏMƏ ÇƏKİŞMƏSİ

Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Ramiz Mehdiyevin şirkətləri arasında məhkəmə olacaq. "Qlobal East VVest" MMC "Şərq-Qərb" ASC-ni məhkəməyə verməklə əmlak tələb edir. xəbər verir ki, iddiaya Bakı Kommersiya Məhkəməsində hakim Kənan Hüseynovun sədrliyi ilə baxılacaq

26 aprel
.

DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI

Havaların qızmasına baxmayaraq, son zamanlarda uşaqlar arasında yeni virus yayılıb. Bu virus özünü yüksək hərarət, səpkilərlə biruzə verir. Bəziləri isə bu virusun rozeola xəstəliyi olduğunu iddia edir. Maraqlıdır, görəsən, uşaqlar arasında yayılan bu viruslar hansılardır?. Məsələ ilə bağlı pediatr Elşə

25 aprel
.

"Qismət-M House" MMC-yə yazılan protokola baxılacaq tarix açıqlandı: Yüksək məbləğdə cərimə

"Qismət-M House" MMC barəsində tərtib olunan inzibati protokola baxılacaq tarix açıqlanıb. -ın xəbərinə görə, sənədə Nizami Rayon Məhkəməsinin hakimi Nəriman Mehdiyevin sədrliyi ilə mayın 8-də baxılacaq. Xatırlatma: Protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1-c

26 aprel
.

Bakıda 21 yaşlı model bədbəxt hadisədə öldü - Foto

Bakıda gənc qız dəm qazından boğulub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Nəsimi rayonu Moskva prospektindəki evdə yaşayan 2003-cü il təvəllüdlü Kamilə Həsənova dəm qazından boğularaq vəfat edib. Bildirilib ki, K.Həsənova aktrisa-model kimi də fəaliyyət göstərirmiş. O, həm də Moskv

26 aprel
.

Həcc ziyarəti ilə bağlı dünya zəvvarlarına müraciət edildi

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarları saxta şirkətlərə inanmamağa çağırıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi məlumat yayıb. Bir sıra ölkələrdə sosial media saytlarının xidmətlərini reklam edərək, 1445/2024-cü il üçün Həcc mərasimlərini yerin

26 aprel