Müğənni Kərimin döyülməsi şou imiş - Özü vətəndaşa hücum edib

Müğənni Kərimin döyülməsi şou imiş - Özü vətəndaşa hücum edibMüğənni Kərim Abbasovun döyülməsi ilə bağlı təhqiqat araşdırmalarına başlanılıb.

Sonxeber.az xəbər verir ki, bu barədə ONA-nın sorğusuna cavab olaraq, Bakı şəhər Baş Polis İdarəsindən bildirilib.

Qeyd olunub ki, Kərim Abbasovun müraciəti Binəqədi Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsində araşdırılır. Araşdırmalar nəticəsində hadisəni törədən şəxsin kimliyi məlum olub. Müəyyən edilib ki, o Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuş, 1984-cü il təvəllüdlü Ramazanov Elvin Cahangir oğludur. Həmin şəxs idarəyə dəvət olunub və izahatı alınıb. Hazırda fakt üzrə təhqiqat araşdırmaları davam etdirilir.

Qeyd edək ki, müğənni Kərim Abbasov sosial şəbəkədə zorakılığa məruz qalmasına dair video paylaşıb. Müğənni qeyd edib ki, ailəsi ilə birgə bağ evindən qayıdarkən avtomobil yolunda tanımadığı şəxslə mübahisə edib. Sonra həmin şəxs K.Abbasovu döyüb.

Lakin əslində məsələ Kərimin iddia etdiyi kimi sadə deyil və o da heç göründüyü kimi məsum deyil: mübahisə məhz müğənninin günahı ucbatından baş verib. Belə ki, mayın 20-də saat 17:00 radələrində "Grand Şiroki" markalı avtomobildə Binəqədi yolu ilə üzü şəhərə doğru hərəkət edən müğənni təhlükəli manevrlər edərək qəza şəraiti yaradıb. Həmin istiqamətdə hərəkət edən Elvin Ramazanov ona etirazını bildirdikdə müğənni özündən çıxıb, söyüş söyməyə başlayıb.

Buna baxmayaraq, yanında qadın olduğundan E.Ramazanov hərəkəti davam etdirsə də müğənni sakitləşməyib. Bir xeyli təqib etdikdən sonra isə E.Ramazanovun idarə etdiyi avtomobilin qarşısını kəsərək avtomobildən düşüb, çəkiliş apara-apara ona doğru yüyürüb. Bu zaman həm də ağır söyüşlər söydüyündən Elvin əsəblərinə hakim ola bilməyib, maşından düşərək ona eyni tərzdə cavab verib və tərəflər əlbəyaxa olublar.

Müğənninin yaydığı qısa videokadrlardan da görünür ki, hücum edən tərəf özüdür. E.Ramazanov isə maşınında oturub.
Diqqət çəkən məqamlardan biri də budur ki, müğənninin yaydığı kadrlarda səs eşidilmir. Bu da təsadüfi deyil – səs verilsə kimin günahkar olduğu açıq görünə bilərdi. Çünki Kərim E.Ramazanova doğru hücum edərkən həm də ən nalayiq söyüşlərdən istifadə edirdi.

Bütün bunları hadisənin baş verdiyi ərazidəki müşahidə kameralarının yaddaşından da görmək mümkündür. Yəni hadisə məhz müğənninin yolda özünü apara bilməməsi üzündən baş versə də, o, baş verənləri şouya çevirib, sosial şəbəkələri və medianı işə qoşmaqla, qabaqdangəlmişlik edib.

Əsl həqiqət isə polisdə aparılan təhqiqatdan və ərazidəki müşahidə kameralarının yaddaşına nəzər yetirilməsindən sonra üzə çıxacaq


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 888   Tarix: 23 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Faiq Ağayevə SƏRT QADAĞA - Tədbirlərdə yarımsaat çıxış edəcək - SƏBƏB

Xalq artisti Faiq Ağayev bütov toylara getməkdən müvəqqəti olaraq imtina edib. Bu barədə -ə sənətçinin köməkçisi Cabir Əliyev məlumat verib. O, bildirib ki, bu qərarı meqastar irimiqyaslı konsert layihəsinə hazırlaşdığına görə verib. Cabir Əliyev qeyd edib ki, həkim məsləhəti ilə səsin qorunması üçü

24 aprel
.

Cavanşir Məmmədovun vəsiyyəti: "Mən öləndə..." - VİDEO

Əməkdar artist Cavanşir Məmmədov vəfat edib. BİG.AZ -a istinadən xəbər verir ki, 2 ay öncə iştirak etdiyi verlişdə qalmaqallı fikirlər səsləndirib. O, deyib: "Vəsiyyət etmişəm ki, məni kostyumda dəfn edin". Daha ətraflı videoda:

20 aprel
.

Sərxan Kərəmoğlu məşhur aparıcını "yıxdı, sürüdü"

Aparıcı Kamran Həsənlinin dünən teleaparıcılar haqqında söylədiyi "Efiri bazara çeviriblər. Necə ki, bazarda pomidoru pulla alırsan, efirdə də hər verilişin özünün müəyyən məbləği, verilişlərin aparıcılarının saxlayanı var" fikrinə cavab şoumen aparıcı Sərxan Kərəmoğludan gəlib. xəbər veri

19 aprel
.

Cavanşir Məmmədovun son sözü bu olub - 3 dəfə deyib keçindi - VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. Ölkə.az bildirir ki, bu barədə ATV kanalında yayımlanan "Bizimləsən" verilişinin canlı yayımında açıqlama verilib. Müğənni Firuzə İbadova bildirib ki, həmin vaxt ona zəng gəlib. "Ona kimsə zəng edib. Telefon əlindən düşüb. Deyi

24 aprel
.

"Ölümü 1 saniyə çəkdi" - Cavanşir Məmmədovun həyat yoldaşından AÇIQLAMA

"Cavanşirin ölümü gözlənilmədən baş verdi". xəbər verir ki, bunu "Unikal"a açıqlamasında bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədovun həyat yoldaşı Xalidə Məmmədova deyib. O bildirib ki, Cavanşir Məmmədovun ürəyinə stent qoyulmuşdu:. "Hadisə 1 saniyə içində baş verdi

20 aprel
.

Cavanşirin qudası: "Nəvəsi görüb ki, babası..." - VİDEO

Xəbər verdiyimiz kimi, bu gün günorta saatlarında Əməkdar artist Cavanşir Məmmədov qəfil ürəktutmasından evində vəfat edib. Sənətkarın qudası Bizim.Media-nın əməkdaşı ilə söhbətində bildirib ki, sənətkarın ölümü 5 dəqiqə ərzində baş verib:. "Cavanşir müəllim durduğu yerdə dünyasını dəyişdi. Demə

20 aprel
.

Röya Ayxan ailə quracaq - Toya hazırlaşır - VİDEO

Xalq artisti Röya Ayxan açıqlaması ilə hər kəsi təəccübləndirib. xəbər verir ki, "PrimeTime Elvin Elxanla" yutub layihəsinə danışan ifaçı ailə quracağını bildirib. Röyanın toyu yay aylarında baş tutacaq:. "Ərə gedirəm. Bu yay aylarına təsədüf edəcək. Özüm də demişəm ki, edəcəksən təklifi

18 aprel
.

Talıb Talenin toyu olacaq - VİDEO

Müğənni Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə həyatı quracağını açıqlayıb. xəbər verir ki, müğənni bu barədə ATV-də yayımlanan verilişlərdən birində deyib. O, həyatındakı xanımla hər şeyin yolunda getdiyini, onunla xoşbəxt olduğunu deyib. "Həyatımda olan xanımla aramızda 15 yaş fərq var

26 aprel
.

Əməkdar artist Cavanşir Məmmədov dəfn olundu - YENİLƏNİB

Əməkdar artist Cavanşir Məmmədovin nəşi Qurd qapısı qəbiristanlığına aparılıb. bildirir ki, mərhum sənətçi anasının yanında dəfn olunub. 16:06. Əməkdar artist Cavanşir Məmmədovla evində keçirilən vida mərasimi başa çatıb. bildirir ki, onun nəşi dəfn olunması üçün Qurd qapısı qəbiristanlığına aparılır

20 aprel