Deputatlar səs-küylü layihəni müzakirə etdi - Hüquqlar məhdudlaşdırılır?

Deputatlar səs-küylü layihəni müzakirə etdi - Hüquqlar məhdudlaşdırılır?Mayın 23-də Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında "Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında" qanun layihəsi müzakirə olunub.

Qanun Azərbaycan vətəndaşının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydasını müəyyən edir və həmin sahədə yaranan münasibətləri tənzimləyir.

Yekunda qanun layihəsi plenar iclasa tövsiyə olunub.

Bu qanun layihəsi isə səs-küysüz ötüşməyib. Bəziləri sözügedən layihənin ölkə vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydasını məhdudlaşdıracağını dilə gətirib.

Adıçəkilən komitənin üzvü Fəzail Ağamalı Oxu.Az-a açıqlamasında qanun ətrafında gəzən söz-söhbətlərə aydınlıq gətirib. O, hər hansı məhdudlaşdırılmanın nəzərdə tutulmadığını deyib:

"Bu, qeyri-obyektiv, qərəzli yanaşmadır. Əslində, təqdim edilmiş, ilkin müzakirəyə çıxarılmış qanun layihəsi vətəndaşların təkcə seçib-seçilmək hüquqlarını Azərbaycan qanunvericiliyi baxımından tənzimləməklə, şərtləndirməklə kifayətlənmir, eyni zamanda, bu sənəd özlüyündə imkan verir ki, vətəndaşlarımız qanunvericilik təşəbbüsü ilə də çıxış etsin.

Qanun layihəsi belə bir təşəbbüs qrupunun formalaşdırılması ilə bağlı hər hansı bir məhdudiyyət qoymadan şəraitin yaradılması üçün tam əsas verir. Onu da deyim ki, qanun layihəsinin geniş ictimai müzakirəsi iyunun əvvəllərində keçiriləcək.

Biz özümüz isə komitədə bir saatdan yuxarı müzakirələr apardıq və müzakirələrdə hər bir millət vəkili qanun layihəsinin təkmilləşdirilməsi üçün fikirlərinin söylədi. İşçi qrupu isə, heç şübhəsiz ki, bunları da nəzərə alaraq, bitkin bir qanun layihəsini ictimai müzakirələrə təqdim edəcək.

Ümidvaram ki, ictimai müzakirələrə seçki proseslərində bu və ya digər şəkildə yeri olan, rol oynayan, müəyyən təcrübəyə malik qurumlar dəvət ediləcək və onların konstruktiv xarakter daşıyan, sənədin təkmilləşməsinə xidmət edən tövsiyələri, təklifləri nəzərə alınacaq.

İşçi qrupu bu müzakirələrdən sonra tam təkmil sənədi komitəmizə, komitəmiz də öz növbəsində plenar iclasa tövsiyə edəcək. Eyni zamanda, ümidvaram ki, bu, vətəndaş cəmiyyətinin qorunması prosesində vətəndaşların rolunun artırılmasında ciddi bir qanun olacaq".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1047   Tarix: 23 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda özəl klinikada əməliyyat olunan uşaq öldü

Bakıda özəl klinikada əməliyyat olunan uşaq ölüb. xəbər verir ki, Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Xalid Səmədov hüquq-mühafizə orqanlarına şikayət ünvanlayıb. O, şikayətində 13 yaşlı oğlu Murad Səmədovun "Kəpəz" hospitalında ürəyindən əməliyyat olunduğunu və əməliyyatdan sonra vəfa

26 aprel
.

DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI

Havaların qızmasına baxmayaraq, son zamanlarda uşaqlar arasında yeni virus yayılıb. Bu virus özünü yüksək hərarət, səpkilərlə biruzə verir. Bəziləri isə bu virusun rozeola xəstəliyi olduğunu iddia edir. Maraqlıdır, görəsən, uşaqlar arasında yayılan bu viruslar hansılardır?. Məsələ ilə bağlı pediatr Elşə

25 aprel
.

Gecələr insanlara qorxu yaşadan qadın kameraya düşdü - Video

Mingəçevirdə naməlum şəxsin gecələr qapıları döyüb insanları narahat etməsi, həyəcan yaratması barədə polisə müraciətlər daxil olub. "Qafqazinfo" xəbər verir ki, şəhərin M.Hüseyn küçəsində yaşayan sakinlər gecə yarısı həmin şəxsin qapıları döydüyünü, sonra qaranlıq yerlərdə gizləndiyini, qeyri-adekva

26 aprel
.

"Kəpəz" hospitalında əməliyyat olunan yeniyetmə öldü

Bakıda özəl klinikada əməliyyat olunan yeniyetmə ölüb. -a istinadən xəbər verir ki, Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Xalid Səmədov hüquq-mühafizə orqanlarına şikayət ünvanlayıb. O, şikayətində 13 yaşlı oğlu Murad Səmədovun "Kəpəz" hospitalında ürəyindən əməliyyat olunduğunu və əməliyyatda

26 aprel
.

Xıdırlıda inşa edilən məktəb belə olacaq

Xəbər verdiyimiz kimi, aprelin 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, Xıdırlı kənd tam orta məktəbinin inşas

26 aprel
.

İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO

İkinci əl məhsullar, adətən, ucuz olduğundan vətəndaşların onlara marağı da yüksək olur. Ancaq bəzən bu məhsullar alındıqdan bir müddət sonra oğurluq olduğu ortaya çıxır. Bu barədə ARB TV-nin süjetində deyilir. Qeyd olunan məsələ ilə bağlı fikrini bildirən hüquqşünas Fərhad Mehdiyevin sözlərinə görə

25 aprel
.

Millət vəkilinə ağır itki

Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanova ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, millət vəkilininin qardaşı Vaqif Əmiraslanov vəfat edib. Qeyd edək ki, Vaqif Əmiraslanov Bakı Humanitar Kollecinin sabiq direktoru olub

25 aprel
.

Şoyqu "Crocus"da törədilən terror aktının təfərrüatını açıqlayıb

"Bu ilin martında Moskva yaxınlığındakı Krasnoqorskda "Crocus City Hall" konsert zalında törədilən terror aktının izləri Ukraynaya aparır". Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Müdafiə Nazirliyi rəhbərlərinin görüşündə deyib

26 aprel
.

Daha bir alim Ali Attestasiya Komissiyasına qarşı

Fəlsəfə üzrə elmlər doktoru, dosent Aydın Əlizadə Ali Attestasiya Komissiyası arasında məhkəmə çəkişməsi gedir. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, iş hazırda Ali Məhkəmədədir. Aydın Əlizadə məhkəmə çəkişməsində iddiaçı qismində çıxış edir. Birinci məhkəmə instansiyası onun iddiasını təmnin etməyib

26 aprel