Karma qanunları haqqında yayılmış 7 RƏVAYƏT

Karma qanunları haqqında yayılmış 7 RƏVAYƏTKarma haqqında çox danışır və yazırlar. Amma nəyin həqiqət, nəyin rəvayət olduğu həmişə qaranlıq qalır.

Sonxeber.az bu yazıda oxuyucuları karma haqqında yayılmış yalan rəvayətlərlə tanış edib.

1. Karma qisas almağı sevir

Karma ali ədalət yolu ilə balansın və harmoniyanın saxlanılmasına yönəldilmiş universal qanundur. Bu qanun öz mahiyyəti etibarı ilə heç cür qisasçı ola bilməz.

Karma təlimat verir, qisas almır. Onun mahiyyəti cəzalandırmaq deyil, təmizlənməkdir. Karma sərhədləri müəyyənləşdirməyi öyrədir ki, biz sevgiylə bir yerdə yaşamağı öyrənə bilək.

2. Karma taledir

Karma alnımıza yazılmış qədərimiz deyil. Bu, bizə daim təsir edən şəraitin dəyişən seriyasıdır. Bu şərtlər ruhi əzablardan qurtulmaq, harmoniya tapmaq, cahillik və qaranlıqları aradan qaldırmaq üçün bizə nəyin lazım olduğunu müəyyənləşdirir.

Keçmiş həyatlarda qazanılmış yaxşı karma bir insana real həyatda tez böyümək və inkişaf etmək imkanı verir. Lakin keçmiş həyatda qazanılmış pis karmanı şüurlu şəkildə düzəltmək arzusu doğuş vaxtı "mükafatalandırılmış" insanın bədbəxt taleyini dəyişdirə bilər.

Anlayış, məqsədəuyğunluq və güclü iradə bizi karmik körpüləri yandırmağa və taleyimizi inkişaf etdirməyə imkan verir.

3. Keçmiş həyatda qazanılmış yaxşı karma bu günün xoşbəxtliyini təmin edir

Ali qanunlar insanların istək və ehtiyaclarına əsaslanır. Onlar həqiqətə və təmizliyə aparır. Qəlb əvvəlcə göndərilmiş dərsləri mənimsəməməyə, mənəvi baxımdan daha güclü olmağa, əzab çəkməyə və başqasının dərdinə şərik olmağı öyrənməyə icazə verən təcrübə qazanır.

Bəli, yaxşı karma bizə bəzi bonuslar və müəyyən dərəcədə rahatlıq verir. Ancaq bütün bu üstünlüklər, bir qayda olaraq, bütövlükdə ruhun və taleyimizin hədəflərini nəzərə alır.

Məsələn, yaşanmış həyat üçün kral mükafatına layiq olan ruh öz mənəvi başlanğıcını inkişaf etdirmək istəyir. Belə ruh kahin həyatını kral həyatından üstün tuta bilər. Beləliklə, ruhun insanlara daha çox xidmət etmək, müdriklik, mənəvi təcrübə və tərbiyə qazanmaq imkanı olacaq.

4. Çətinliklər və əzablar insanın pis karması olduğunu göstərir

Müdrik qəlbə sahib olan bir çox ruh məqsədyönlü şəkildə sınaqlarla dolu həyatı seçir. Beləliklə, onlar başqa qəlblərin böyüməsinə və inkişaf etməsinə kömək edə bilərlər. Belə əməllər karmanı boşuna xərcləmək yerinə yaxşı karma qazanmağa təsir edir.

Tutaq ki, ruh əlil arabasına məhkum olmuş və ya autizmdən əzab çəkən insanın bədənində doğulmağa qərar verir. Bu ruh onun valideynlərinə səbirli, səxəvətli, mərhəmətli olmağa kömək edəcək, sevməyi öyrədəcək və empatiya hissini aşılayacaq.

Ruhun real həyatda yaşadığı əzab pis karmanın bir nəticəsi ola bilər. Lakin burada başqa məsələlər var. Əslində, onlar artıq özlərinə gözəl karma qazanmış çox parlaq ruhlardır. Niyə? Çünki belə çətin bir həyat seçmək üçün inanılmaz cəsarət tələb olunur.

5. Pis karma dəyişdirilə bilməz

Həyatın qanunları ilə yaşamağı bacaran insanlar gözəl dərk edir ki, karmik günahları bərpa etmək mümkündür. Bu insanlar pis karmanın nəticələrini nəzarət altında saxlaya biləcəyini başa düşür. Bunun üçün ilk növbədə mənfi düşüncələri ləğv etmək, pis vərdişlərdən imtina etmək, nəfsinə təslim olmamaq, ani istəklərə müqavimət göstərmək, yardım etmək və bağışlamağı öyrənmək lazımdır.

Səhvlərdən dərs çıxararaq öz qüsurlarını nəzarətdə saxlamaqla, təmkinli olmağı və məğlubiyyətini tanımağı öyrənməklə, həmçinin qəbul etmək sənətində ustalaşmaqla insan keçmiş həyatında baş vermiş şərin təsirlərini müəyyən dərəcədə təsirsizləşdirə bilir. Karma müdrik bir müəllimdir.

Əgər lazımlı dəsrləri "tələbə" təkbaşına öyrənsə, onda karma onu keçməli olduğu müəyyən əzablardan qurtaracaq.

6. Mənəvi müəllim pis karmanı sağaldacaq

Müəllim ruha qaranlıqdan çıxmağa və sağalmağa kömək edəcək, amma karmanı düzəltməyəcək. O insanın bəsirət gözünün açılmasına kömək edir.

Karma bizə səbəb və nəticə əlaqələrini dərk etməyə kömək edir. Başlanğıcda yaxşı olmayan motivlər (fikirlərimiz, sözlərimiz və hərəkətlərimiz) bizim üçün pis nəticələrə (əzablar) yol açır.

Müdriklik öyrənilmiş dərslərlə birlikdə gəlir. Bir çoxumuz bu dərsləri yalnız müəyyən əzablar vasitəsilə öyrənirik.

Əgər mənəvi quru karmanı sağaltsaydı, o bizi böyümək və inkişaf etmək imkanlarını məhrum edərdi.

7. Karma aktual deyil

Karma universal bir qanundur. Karma öz aktuallığını yalnız o təqdirdə itirə bilər ki, yer üzündə olan bütün insanlar şərtsiz sevməyi öyrənərlər. Bu gün bu məqsəd bir xəyal olaraq qalır, çünki dünyamız çox tamahkarlıq və iqtidar hərisliyi ilə idarə olunur.

Yüz il əvvəl Anni Bezant demişdi ki, "Həyatın doğru istiqamətləndirilməsi üçün karmanı öyrənmək və bu bilikləri təcrübədə praktikada istifadə etmək azadlığı tapmaq üçün yeganə yoldur". Bu, bizim zamanımızda da aktualdır.

"Publika.az"


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 2537   Tarix: 25 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Avtostop çəkdikləri maşında qətliam törətdilər

Türkiyədə səhər saatlarında avtostop ilə iki nəfəri götürən 21 və 20 şəxslər silahlı hücuma məruz qalıb. xarici mediaya istinadən xəbər verir ki, mübahisə naməlum səbəbdən böyüyüb. Avtomobilə minən şübhəli şəxslər atəş açaraq maşında olan digər iki nəfəri yaralayıb. Şübhəlilər avtomobildən düşərək sürətl

25 aprel
.

İnsanabənzər robotların buraxılış tarixi AÇIQLANDI

"İnsanabənzər robot "Optimus" hələ də "Tesla"nın laboratoriyasında sınaqdan keçirilir, lakin gələn ilin sonunda buraxılmağa hazır ola bilər". Bu barədə "Tesla"nın baş direktoru İlon Maskın bəyanatına istinadən məlumat yayılıb. "Tesla" dünyada potensia

25 aprel
.

Cənubi Koreya məmurlarını hürən itlə müqayisə etdi

"Cənubi Koreya Şimali Koreyaya qarşı güc tətbiq etməyə cəhd edərsə, məhv ediləcək". "Qafqazinfo" Koreyanın Mərkəzi Teleqraf Agentliyinə istinadən xəbər verir ki, bu barədə Şimali Koreya liderinin bacısı, Koreya İşçi Partiyasının təşviqat bölməsinin rəisinin müavini Kim Yo Çjon danışıb

24 aprel
.

Səhvən ayağını əzdiyi şəxsin xəstəxana xərclərini ödəmədi, ÖLDÜRÜLDÜ - VİDEO

Səhvən ayağını əzdiyi şəxsin xəstəxana xərclərini ödəməkdən imtina edən dükan sahibi bıçaqlanaraq öldürülüb. xarici mediaya istinadən xəbər verir ki, İstanbulda baş verən hadisədə mağaza sahibi həmin küçədə mebel satışı ilə məşğul olan şəxsin oğlunun ayağını maşını ilə əzib. Mağaza sahibi xəstəxana xərclərin

25 aprel
.

Cümə namazında Atatürkü təhqir edən gəncə 3 il 9 ay həbs verildi

Türkiyənin İstanbul şəhərinin Qayrettəpə rayonundakı cümə namazında iştirak etmiş və Mustafa Kamal Atatürkü barədə təhqirlərə yol verən gənclərdən biri barəsində məhkəmə qərar çıxarıb. İHA-ya istinadən xəbər verir ki, onun barəsində 3 il 9 ay müddətinə həbs cəzası verilib. Qeyd edək ki, məsciddə Atatür

26 aprel
.

Qadın dovşana görə kişini vurub öldürdü

Rusiyanın Sevastopol şəhərində qadın ev heyvanı olan dovşana görə dostunu daşla öldürüb. yerli mediaya istinadla bildirir ki, qadın ev heyvanı ilə şəkil çəkdirən turistlərdən pul qazanıb. O, bir kişi ilə tanış olub və onu spirtli içki içmək üçün evə gətirib. Bir müddət sonra evin xanımı yeni tanışın

26 aprel
.

Dəhşət! Qaçırıldığı deyilən 14 yaşlı qızı "başlıq parası" ilə EVLƏNDİRİBLƏR - VİDEO

Türkiyədə ana 14 yaşlı qızının qaçırıldığını söyləyərək kömək istəyib. xarici mediaya istinadən xəbər verir ki, ailənin qızı 100 min TL "başlıq parasına" qarşılığında uşaqlarını yaxınlarına verdiyi məlum olub. Türkiyənin ATV kelekanalında yayımlanan Esra Erol verilişində uşaq gəlin qalmaqal

26 aprel
.

40 gün ərzində təkcə portağal yedi – "Özümü heç vaxt belə hiss etməmişdim"

Avstraliyanın Kvinslend şəhərindən olan Enn Osbourn 40 gün ərzində yalnız portağal yeyib və portağal şirəsi içib. xəbər verir ki, Enn Osbourn "Instagram"dakı səhifəsində yalnız meyvə əsaslı pəhrizlərini paylaşır. Bu yaxınlarda 40 gün portağal yeyəcəyini açıqlayan Osbourn bir çox insanın diqqətin

25 aprel
.

Ana və ögey atası 12 yaşlı qıza cəhənnəmi yaşatdılar: Narkotik verib, təcavüz etdi

Valideynləri ayrı yaşayan 2011-ci il təvəllüdlü qız sözün əsl mənasında dəhşət yaşadıb. xarici mediaya istinadən xəbər verir ki, 12 yaşlı uşağa anasının imam nikahlı əri təcavüz edib. Hadisə Türkiyədə baş verib. 12 yaşlı uşağa anasının imam nikahlı əri təcavüz edib. Həmin an isə doğma anası sadəcə olara

25 aprel