"Ev kirayələyib, talayırdılar" - Bilmədən oğurluqda iştirak edən qadının HEKAYƏSİ – VİDEO

"Ev kirayələyib, talayırdılar" - Bilmədən oğurluqda iştirak edən qadının HEKAYƏSİ – VİDEOARB TV-nin "Rezonans" proqramının növbəti buraxılışında məhkum Vəfa Qaraşovanın həyat hekayəsindən danışılıb.

Vəfa Qaraşova – Cəzası: 5 il: "Məktəbi bitirəndən sonra ata və anamı itirdim. Daha sonra ailə qurdum, 2 övladım oldu. Hazırda övladlarım qaynanamın himayəsindədir. Çörəkbişirmədə, ofisiant kimi və s. bir çox işlərdə çalışdım. İndiki qaynanamla birlikdə işləyirdim. Məni orda görüb bəyənib istədilər, amma ailəm vermədi. Qoşuldum qaçdım və çox xoşbəxt yaşayırdım. Sonralar soyuqluq yarandı və yola getmədik. Uşaqlar dünyaya gələndən sonra dözə bilmədim və onları da götürüb evdən çıxdım. Qaynanam gəldi dedi ki, kirayə qalmaqla uşaq saxlamaq olmaz, ver uşaqları mən saxlayım. Mən də verdim, arada gedib-gəlirdim. Sonra bu haqq-hesab başıma gəldi. Ondan sonra da görmədim. Tutulandan sonra yoldaşım boşandı məndən. Həqiqətən çox peşimanam ki, 2 balamı gözyaşlı qoydum. Heç kəs uşaqlarımın yanına getmir və maraqlanmır. Mən rus dilini bilmirəm, uşaqlarım isə rus bölməsində oxuyur deyə, dillərini başa düşə bilmirəm. Heç nədən xəbərim yoxdur. Mənimlə Xədicə adlı bir qız işləyirdi. Dedilər ki, Binəqədidə "8 mart " küçəsində ev var, gedək oranı təmizləyək , sənə də 50 manat verəcəm. Onlarla getdim, mənə dedilər bu ev satılacaq. 3 gün ərzində evi təmizlədim, qabları yığdım. Sonra öyrəndim ki, bu oğurluqdur, çıxıb getdim. Sonradan ev yiyəsi gəlib evini boş görüb. Evin kənarında müşahidə kamerası var imiş, çıxıb gedəndə o kameraya düşmüşəm. Polisə də ifadəmdə dedim ki, evi talamaq məqsədim yox idi. Bilsəydim ki, belə olacaq heç vaxt etməzdim. 5 gündən sonra Binəqədi Rayon Polis İdarəsi məni həbs etdi. Ardınca 4 aylıq sanksiya tətbiq olundu və Binəqədidə müvəqqəti saxlama məntəqəsinə gətirdilər. Orada da 7 ay qaldıqdan sonra ev dustaqlığına buraxdılar. Sonradan işim Ağır Cinayətlər məhkəməsində qaldırıldı və 5 il müddətinə azadlıqdan məhkum olundum. 6 ay 26 gün yatdığım çıxıldı və 4 il, 5 ay, 4 günlə cəza çəkirəm.Hazırda 1il 2 günüm qalıb. Mənə o soyulan evdən əşyalar vermişdilər ki, bunlar sənə hədiyyədir. Tutulan gecəsi o əşyaları polisə təhvil verdim. Evi İbadov Ruslan tapmışdı. Gedib sənədi ilə evi kirayəyə götürüb, yarıb qaçırmışlar. Mən sonradan bölməyə gətiriləndə bildim. Şəxsiyyət vəsiqəsinin üzü də maklerdə qalırmış. Əgər oğurluğa getdiyimi bilsəydim heç vaxt o evdən yaxınlarıma zəng etməzdim. Zəng etdiyim nömrələrdən məni tapıblar. Yəqinki, ailəm baxacaq. Gəlsələr də, gəlməsələr də sağolsunlar. Valideyinlərimdən üzr istəyirəm, bağışlayın".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 1133   Tarix: 10 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rusiyada azərbaycanlı qadın keçmiş əri tərəfindən bıçaqlandı - VİDEO

Rusiyanın Orenburq şəhərində 40 yaşlı qadın keçmiş əri tərəfindən bıçaqlı hücuma məruz qalıb. portalı məlumat verir ki, hadisə yaşayış binasının təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb. Videoda orta yaşlarında olan kişinin qadını saçlarından tutaraq yerlə sürüdüyü daha sonra isə əlind

2 sentyabr 2021
.

Namus üstündə nişanlı qızı boğan dayıdan YENİ XƏBƏR

Göyçayda bacısı qızını boğub öldürən Vüqar Bədəlovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. -a istinadən xəbər verir ki, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Nahid Mirzəyevin icraatına verilib. Qeyd edək ki, bu ilin may ayınd

9 sentyabr 2021
.

Övladını və gəlinini baltalayan 70 yaşlı kişi: "Oğlanı zorlamışdı..."

Bakıda oğlunu və gəlinini öldürməyə cəhddə təqsirləndirilən Mehdi İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 70 yaşlı Mehdi İsmayılovun oğlunu və gəlinini niyə baltalaması müəmma kimi qalıb. həmin cinayət işi üzrə materialları əldə edib. İttihama görə, hadisə ötən il dekabrın 5-də saa

30 avqust 2021
.

Gəncədə qadın qətlinin detalları: Hadisə yun çırpmaq üstündə olub - YENİLƏNİB

Ötən gün Gəncə şəhərində baş verən qətllə bağlı bəzi detallar məlum olub. Hüquq-mühafizə orqanlarından -a bildirilib ki, iki qonşu arasında baş verən mübahisə yun təmizləmək üstündə olub. Belə ki, Gəncə şəhər sakini, 1963-cü il təvəllüdlü Sücayət Məmmədova yaşadığı binanın qarşısında yun çırpırmış. B

1 sentyabr 2021
.

Bakı sakini döyülərək öldürüldü

Avqustun 31-i saat 07 radələrində paytaxtın Səbail rayonunda 1972-ci il təvəllüdlü Eldar Qurbanovun üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Səbail rayon prokurorluğunda

1 sentyabr 2021
.

Azərbaycanda ailə qətliamı: Nə baş verib? - TƏFƏRRÜAT

Azərbaycanda həyat yoldaşını və qayınatasını qətlə yetirən kişi sonda özünü də öldürüb. "Xəzər TV"yə istinadən xəbər verir ki, dəhşətli hadisə Sabirabad rayonunun Əsgərbəyli kəndində baş verib. Saatlı rayonunun Bəylik kənd sakini, 1963-cü il təvəllüdlü Nizami Məhərrəmov ov tüfəngi ilə həya

22 avqust 2021
.

Azərbaycanda DƏHŞƏT - Arvad ərini öldürüb, kolluqda gizlətdi

Neftçala rayonunda 9 il əvvəl törədilərək bağlı qalmış cinayətin açılması təmin edilmişdir. Baş Prokurorluqdan -a verilən məlumata görə, 09.02.2013-cü il tarixdə Neftçala rayon sakini Mənəfov Mayis Nazim oğlunun Neftçala şəhəri, M.Ə.Sabir küçəsində yerləşən qəbirstanlığın yanındakı kolluq ərazidə çürümü

10 sentyabr 2021
.

İsmayıllıda ƏMƏLİYYAT - Heroin alverçisi saxlanıldı - FOTO

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı əməliyyat tədbiri keçirilib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan  -a verilən məlumata görə, keçirilən əməliyyat zamanı üzərində narkotik vasit

22 avqust 2021
.

Daşkəsəndə 72 yaşlı kişi güllələnib

Daşkəsən rayonunda yaşlı kişi tüfəngdən açılan atəş nəticəsində xəsarət alıb. "Report" xəbər verir ki, hadisə rayonun Zivlən kəndində qeydə alınıb. Kənd sakini, 1949-cu il təvəllüdlü İsmayılov Zahid Əmir oğlu sol ayağından güllə yarası alıb. O, xəstəxanaya yerləşdirilib. Özünün dediyinə görə

31 avqust 2021