Əmrə Bəlözğluna tualet fırçası uzadan jurnalist danışdı - VİDEO

Əmrə Bəlözğluna tualet fırçası uzadan jurnalist danışdı - VİDEOTürkiyə yığmasının üzvü Əmrə Belözoğluna İslandiya səfəri zamanı mikrofon əvəzinə tualet fırçası uzadan jurnalist açıqlama verib. "Qafqazinfo"nun məlumatına görə, 26 yaşlı belçikalı Korentin Siamanq hadisə haqqında şəxsi feysbuk hesabından paylaşım edib.

Siamanq hadisəyə belə izah verib: "Belçikaya getmək üçün hava limanında gözləyirdim. Türkiyə millisinin ora gələcəyini öyrəndim. Jurnalist kimi görünmək üçün çirkli fırçamı çıxardım. Milli komandanın kapitanı ilə müsahibə üçün mühafizədən yayınmağı bacardım. Bundan başqa şansım yox idi. Jurnalistlər kapitanlarına fırça ilə sual verdiyimi düşündülər. Hadisə bütün Türkiyə televiziyalarında və saytlarında gündəm oldu. CNN-nin türkcə versiyasının efirində danışdım, sonra digər medialarda.

Türkiyə Xarici İşlər naziri belə "Tvit" yazdı. Azarkeşlər də məni sorğu-suala çəkdi. Məni tapmaq üçün çox şey edən fanatlar var idi. Yarım milyonluq bir feysbuk səhifəsi günahkar olaraq bir islandiyalı tapdı. Sonunda onun hesabına xeyli mesajlar göndərildi. Bütün bunlara baxmayaraq komandanın hava limanında gözləməsinin mənimlə əlaqəsi yoxdur.

Sakit olmaq lazımdır. Əlimdə tutduğum tualet fırçası deyildi. Bu bir zarafatdır, onu təhqir etməmişəm. Bir insana fırça ilə yaxınlaşmamı qadağan edən qanun da yoxdur".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1401   Tarix: 11 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Beşiktaş" Fernando Santos ilə yollarını ayırdı

"Beşiktaş" baş məşqçi Fernando Santos ilə yollarını ayırıb. Bu barədə klubun rəhbərliyi sosial media hesabından açıqlama verib. Açıqlamada komanda təcrübəli məşqçiyə təşəkkürünü bildirib. "Biz baş məşqçi Fernando Santos ilə yollarımızı ayırdıq. Santosa xidmətlərinə görə təşəkkür edir v

14 aprel
.

"Milan"ın baş məşqçisi mövsümün sonunda klubu tərk edəcək

"Milan"ın baş məşqçisi Stefano Pioli mövsümün sonunda klubu tərk edəcək. Bu barədə insayder Fabritsio Romano sosial şəbəkələrdə məlumat verib. O qeyd edib ki, yaxın həftələrdə "Milan" rəhbərliyi mütəxəssislə əməkdaşlığa vaxtından əvvəl son qoymaq üçün lazımi addımlar atacaq. İtaliy

20 aprel
.

Makqreqor qayıdır: Kiminlə və nə vaxt döyüşəcək?

İrlandiyalı Konor Makqreqor iyunun 30-a keçən gecə Las-Veqasda "Ultimate Fighting Championship" (UFC) turnirində amerikalı Maykl Çandlerlə döyüşəcək. Bu barədə UFC prezidenti Dana Uayt məlumat verib. Döyüş "UFC 303" turniri çərçivəsində baş tutacaq. Qeyd edək ki, Makqreqorun 35 yaş

15 aprel
.

"Neftçi"nin legioneri Rumıniyaya qayıdacaq?

"Neftçi"nin müdafiəçisi Yuri Matias yeni mövsümə Rumıniyada başlaya bilər. Braziliyalı futbolçu "ÇFR Kluj"un maraq dairəsindədir. Rumıniyalı futbol eksperti Mihay Stoyka hesab edir ki, "ÇFR Kluj"un baş məşqçi postuna Dan Petresku təyin olunarsa, Matias yeni sezona həmi

21 aprel
.

Mahir Emreli Hidayət Heydərova forma hədiyyə etdi - Foto

"Dinamo"nun (Zaqreb) hücumçusu Mahir Emreli Zaqrebdə keçirilən Avropa çempionatında Azərbaycan cüdoçularına dəstək olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının rəsmi hesabı paylaşım edib. Paylaşımda, Azərbaycan millisinin üzvünün cüdoçuların yarışların

26 aprel
.

"Formula 1": Çin Qran-prisinin mükafatçıları müəyyənləşib

'Formula 1" üzrə Çin Qran-prisinin mükafatçıları bəlli olub. "Report"un məlumatına görə, "Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen birinci yeri tutub. "Maklaren"in ingiltərəli sürücüsü Landro Norris ikinci, Ferstappenin meksikalı komanda yoldaş

21 aprel
.

Futbolçu formasını 50 avroya satdı - Video

İspaniya 3-cü Liqasında mübarizə aparan "Malaqa"lı Dani Lorenzo öz formasını 50 avroya azarkeşlərə satıb. "Qafqazinfo" xəbər verir ki, çempionat matçından sonra azarkeş 21 yaşlı Dani Lorenzodan formasını istəyib. Futbolçu isə forması qarşılığında 50 avro tələb edib. Tərəfdar 50 avr

16 aprel
.

"Mənə sual verir ki, ata, niyə az oynadın?" - Ağabala qızının pankart açmasından danışdı

"Ümumiyyətlə, qızımın ora gələcəyini bilmirdim. Birdən gözüm pankarta ilişdi, ona baxdım. Bir anlıq olan hər şey gəldi keçdi gözümün önündən". Bu sözləri "Qafqazinfo"ya açıqlamasında "Səbail"in hücumçusu Ağabala Ramazanov deyib. Futbolçu "Araz-Naxçıvan"a 2:0 qali

22 aprel
.

Pikenin ciddi nöqsanları tapıldı, məhkəmə işə qarışdı

İspaniyaya məxsus "Kosmos" şirkətinin bank hesabı məhkəmə tərəfindən bloklanıb. xarici mediaya istinadla bildirir ki, bir ay əvvəl İspaniya Futbol Assosiasiyasının ofisində polis yoxlama aparıb. Söhbət korrupsiya və çirkli pulların yuyulması hallarının araşdırılmasından gedir. Qalmaqaldan sonr

25 aprel