Arvadının bibisi oğlunun üstünə benzin töküb yandırdığı 2 uşaq atası öldü

Arvadının bibisi oğlunun üstünə benzin töküb yandırdığı 2 uşaq atası öldüÜzərinə benzin tökülərək yandırılan İsmayıllının Mücəftaran kənd sakini Rəcəbəliyev Ramil Nazim oğlu dünyasını dəyişib.

Sonxeber.az qafqazinfo-ya istinadən xəbər verir ki, həyat yoldaşından ayrılan 1984-cü il təvəllüdlü Ramil uşaqlarını görmək üçün rayon mərkəzinə qayınatasıgilə gedib.

Mərhumun qardaşı Elşən Rəcəbəliyevin açıqlamasına görə, orada mübahisə yaşanıb və gəlinin bibisi oğlu Natiq onu vurub.

Daha sonra isə Ramilin üzərinə benzin töküb yandırıblar.

Qeyd edək ki, əvvəlcə R.Rəcəbəliyevin intihar etmək məqsədilə özünü yandırdığı iddia edilirdi.

Faktla bağlı araşdırma aparılır.

Hadisə   Baxılıb: 896   Tarix: 11 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 055 6620257

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR