Bakıda güllələnən avtoritetin "Emin 444"lə bağlılığı var?

Bakıda güllələnən avtoritetin "Emin 444"lə bağlılığı var?Binəqədi rayonunda Mübariz Budaqlının odlu silahdan açılan atəşlə qətli ilə bağlı araşdırmalar davam edir. Rəsulzadə qəsəbəsində avtomobildə güllələnən Mübariz Budaqlının qətlinin kriminal dairələr arasındakı münaqişənin təzahürü ola biləcəyi ehtimalları var.

Sonxeber.az "Yeni-Müsavat"a istinadən xəbər verir ki, qətlin "Emin 444" ləqəbi ilə tanınan kriminal avtoritet Emin Səfərovun qətli ilə əlaqəli olması iddiaları da yayılıb. Həmin iddiaları təsdiq edən məlumatlar ortada yoxdur. Bununla belə, bu xəbərlərin israrlı şəkildə yayılması müşahidə edilir. Mübariz Budaqlının "Emin 444"ün qətlinin 1 ayının tamamına 3 gün qalmış öldürülməsi qətlər arasında əlaqə ola biləcəyi ehtimalını istisna etmir. Hər halda, bu məsələlər hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdır.

Mübariz Budaqlının "Emin-444"ün qəddar qətlinə cavab olaraq öldürülməsi iddiasının nədən yaranması bilinməlidir. Mübariz Budaqovun da, "Emin 444"ün də qətlləri kriminal süjetli filmi xatırladır. Mübariz Budaqovun olduğu avtomobili Binəqədi rayonu ərazində digər avtomobil təqib edib. Təqib edən "BMW"dən "Mercedes"ə atəş açılıb. Sürücünün yanında oturan şəxs güllə yarasından ölüb, sürücü canını qurtarıb.

Картинки по запросу emin 444

Emin Səfərov (Sağda)

İstintaqın qənaətinə görə hadisə baş verən gün Tərtər rayon sakini Vüsal Hüseynov idarə etdiyi "BMW-745" markalı avtomobillə Bakı sakini Nazim Qədirovun idarə etdiyi "Mercedes" markalı avtomobil təqib edilib. Bu zaman həmin avtomobilin sərnişini - Tərtər rayon sakini, əvvəllər məhkum olunmuş Taleh Cəlalov odlu silahdan digər nəqliyyat vasitəsi istiqamətində atəş açıb. Olay zamanı əvvəllər məhkum olunmuş Mübariz Budaqlı qətlə yetirilib. Cinayəti törədən Taleh Cəlalov və Vüsal Hüseynov tutulublar. T.Cəlalovdan lüləsi kəsilmiş "İJ-16" markalı tüfəng götürülüb.

İlkin araşdırmalar zamanı Mübariz Budaqlının 2017-ci ildə "İnterpol" xətti ilə beynəlxalq axtarışa verildiyi məlum olub. 1976-cı il təvəllüdlü Mübariz Budaqlının ictimai təhlükəli cinayətdə ittiham olunduğu bilinsə də, onun konkret olaraq hansı əməllərin sahibi olması haqda rəsmi məlumat yoxdur. Bilinən odur ki, Mübariz Budaqlı da "Emin 444" kimi yenicə həbsdən çıxıb və öldürülüb.

Mübariz Budaqlı ilə T.Cəlalov arasında uzunmüddətli münaqişə olub. Ədavət 2011-ci ildə meydana gəlib. Belə ki, M.Budaqlı və digər 2 nəfər T.Cəlalovun bir ailə üzvü haqda şayiələr yayıb. Söz-söhbətləri eşidən T.Cəlalov digər iki nəfəri bıçaqlayıb və buna görə müəyyən müddət həbs cəzası çəkib. Hadisə baş verən gün isə T.Cəlalov M. Budaqli ilə avtomobil təmiri sexində təsadüfən rastlaşdığını bildirib. Onu avtomobili ilə təqib edib və məlum hadisəni törədib.

Bu qətldən 2 gün sonra "Emin 444"ün anası Məlahət Səfərova oğlunun qətlinə görə həbsə alınan kikboks üzrə dünya çempionu Zaur Yusifovun yaşadığı ünvanın qarşısına gedib. Məlahət Səfərova Yusifovların darvazası önündə oğlunun qətlində iştirak edən hər kəsin cəzalandırılmasını tələb edib.

“Emin 444

"Mənin oğlumun qətlində 6 nəfər işirak edib, 2 nəfəri tutublar. Tələb edirəm ki, oğluma 78 bıçaq vuranlar tutulsun. Əli Yusifov da, onunla bərabər həbs olunanlar tutulmalıdır. Mənim oğlumun bağırsaqlarını yerə tökənlər azadlıqda gəzməli deyil. Oğlumun qətlində Əli Yusifovun özü də iştirak edib. O, Emini aldadaraq qapılarının ağzına aparıb. Orada Zaur, Samir, Vüqar, onun özü oğluma hucum çəkiblər, boynuna kəndir atıblar. Eminin boğazında kəndirin izi də qalıb. Emin tək olub, bunlar 6 nəfər. Oğlumu 6 nəfər öldürüblər, Zaurla Həsəni tutublar. Əli Yusifov, bil ki, əl çəkən deyiləm. Həsən Tağıyev mənim oğluma 78 bıçağı tək vura bilməzdi. Oğluma həmin bıçaqları 6 nəfər vurub" - deyə Məlahət Səfərova "Kanal 14"ə videoaçıqlamasında bildirib.

Məlahət Səfərova oğlunun qətlə yetirildiyi yerin ətrafındakı binalarda videokameraların olduğunu, həmin videokameraların çıxarışlarının istintaqa təqdim edilməməsindən də şikayətlənib. Ölkə rəhbərliyinə müraciət edərək oğlunun qatillərinin hamısının həbs olunmasını istəyib.

"Emin 444" mayın 9-dan 10-na keçən gecə Bakının Binəqədi rayonunda qətlə yetirilib. Yaxınları iddia edir ki, 1988-ci il təvəllüdlü Emin Ehtiram oğlu Səfərovun qətlində 1 nəfər deyil, 6 nəfər iştirak edib. Onlar qətldə bir neçə bıçaqdan istifadə olunmasını da bunu təsdiqləyən məqam kimi təqdim edirlər. E.Səfərovun anası Yusifovların darvazası önündə bildirir ki, cinayət işində 1 bıçaq var, digər bıçaqları isə hadisə yerindən aparıblar.

E.Səfərovun qətlindən sonra 1995-ci il təvəllüdlü Həsən Mərdan oğlu Tağıyev tutulub. Sonradan isə onun kikboks üzrə müəllimi olan Zaur Yusifov da həbsə alınıb. Barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Səfərovlar iddia edirlər ki, "Emin 444"ün Həsən Tağıyevlə mübahisəsi olmayıb. Cinayət Həsən Tağıyevin təşəbbüsü ilə törədilməyib. Cinayəti planlaşdıran, təşkilatçısı Zaur Yusifovdur, Eminin hadisədən əvvəl dəfələrlə mübahisəsi onunla olub. Səbəb kimi də Zaur Yusifovun kasıblara sələmə pul verib onları incitməsini göstəriblər.

Binəqədi rayonunda 1 ay fərqlə törədilən hər 2 səs-küylü qətl işləri ilə bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci - qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam edir.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 1091   Tarix: 12 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Binanın damında 13 yaşlı qıza əxlaqsızlıq edən gəncə - 2 il həbs!

Gəncədə yetkinlik yaşına çatmayan qızla intim münasibətdə olan 2005-ci il təvəllüdlü Ş.Məmmədov (şərti) cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Gəncə Şəhər Məhkəməsi 20 yaşlı gənci Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma

1 dekabr
.

Ramiz Mehdiyev vəkilindən imtina etdi - "Boz kardinal" nə düşünür?

İttiham olunduğu xüsusilə ağır cinayətlərlə bağlı ev dustaqlığında saxlanılan Ramiz Mehdiyev dövlət hesabına təyin edilmiş vəkildən imtina edib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, "boz kardinal" bu qərarı şəxsi istəyi ilə verib. Ramiz Mehdiyev müdafiəsinin özünün seçdiyi vəkillə

24 noyabr
.

Azyaşlıya qarşı bir neçə dəfə əxlaqsızlıq edibmiş - 17 il iş aldı

Sabirabadda azyaşlıya qarşı əxlaqsız hərəkətlər edən 64 yaşlı Mərdan Hüseynovun məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub. Təqsirləndirilən şəxs məhkəmədə əməlini etiraf edib. Bildirib ki, həmin

19 noyabr
.

Naxçıvanda uşaq oğrusu peyda olub? - RƏSMİ AÇIQLAMA

Ötən gün sosial şəbəkələrdə Naxçıvanda "uşaq oğrusunun peyda olması" ilə bağlı yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb. -a Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, araşdırmalarla görüntünü sosial şəbəkələrdə yaya

8 dekabr
.

Rusiyada tutulan azərbaycanlı ölkəyə gətirildi

Beynəlxalq axtarışa verilmiş Azərbaycan vətəndaşı Əkbər Xəlilov Tariyel oğlu Rusiyadan ölkəmizə ekstradisiya edilib. xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Bildirilib ki, Baş Prokurorluğun vəsatəti əsasında Rusiya Baş Prokurorluğu tərəfindən "Mülki, ailə və cinayət işləri üzr

17 noyabr
.

"Oğlum hələ uşaq idi, meyiti yox etməli idik..." - Tanınmış həkimin qızı

Yeniyetmə oğlunun atasını öldürdüyünü istintaqdan gizlədən ana cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, 39 yaşlı Mətanət Hüseynova xüsusilə ağır cinayəti bilib gizlətmə ittihamı ilə hakim qarşısına çıxarılıb. Bu hadisə elə ötən ilin bu ayı baş verib. Mətanə

4 dekabr
.

Albaniyada ölən azərbaycanlının valideynləri də 15 il əvvəl bədbəxt hadisə qurbanı olublar

Albaniyada faciəvi şəkildə ölən azərbaycanlının ata və anası da 15 il öncə bədbəxt hadisənin qurbanı olublar. xəbər verir ki, Əvəz Cəfərovun atası Alim Cəfərov və anası 15 il öncə yol-nəqliyyat hadisəsinə düşüblər. Nəticədə ata A.Cəfərov həlak olub, ana isə qəzada aldığı travmalar səbəbindən hadisədə

10 dekabr
.

Generalın oğlu və komitənin daha iki əməkdaşı həbs olundu (YENİLƏNİB)

Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Gömrük Baş İdarəsinin əməkdaşları Heydər Eyvazov və Tamerlan Axundzadə saxlanılıb. APA-nın əldə etdiyi məlumata görə, onlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onlara 206.4. (Qaçaqmalçılıq, mütəşəkkil dəstə tərəfində

11 dekabr
.

İtkin balıqçıların axtarışına helikopter göndərildi

Astarada itkin düşən balıqçıların axtarışına helikopter cəlb edilib. "Qafqazinfo" xəbər verir ki, dekabrın-da saat 08-də balıq tutmaq məqsədi ilə Xəzər dənizinə çıxan və itkin düşmüş hesab edilən balıqçılar Turan Həsənov və Ağadədə Həsənovun axtarışları davam etdirilir. Artıq FHN-nə məxsu

11 dekabr