Azərbaycanda işdən çıxarılan, təyinat alan mətbuat katibləri – SİYAHI

Azərbaycanda işdən çıxarılan, təyinat alan mətbuat katibləri – SİYAHIXəbər verdiyimiz kimi Azərbaycanda daha bir nazirliyin mətbuat xidmətində dəyişiklik baş verib. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova işdən ayrılıb. Bu, son iki gündə mətbuat katibləri ilə bağlı aldığımız ikinci belə xəbərdir.

Sonxeber.az Primetime.az il başlayandan nazirliklərə təyin olunan və işdən azad edilən mətbuat katibləri ilə bağlı yazını təqdim edir.

Belə ki, 2019-cu ildə mətbuat katibləri ilə bağlı xəbərlərdən biri Nazirlər Kabinetindən (NK) gəldi. Belə ki, qurumun mətbuat xidmətinin rəhbəri Akif Əli vəzifədən azad olundu. O, mətbuata açıqlamasında baş nazir Novruz Məmmədova təqaüdə göndərilməsi üçün müraciət etdiyini bildirmişdi. Ardınca NK-ya yeni mətbuat katibi təyin edildi. Baş nazir Novruz Məmmədovun müvafiq əmri ilə bu posta tanınmış jurnalist Ayaz Mirzəyev gətirildi.

Bu il Kənd Təsərrüfatı Nazirliyinin (KTN) İctimiayyətlə əlaqələr şöbəsinə də yeni təyinat oldu. Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri vəzifəsinin icrası Vüqar Hüseynova həvalə edildi. Vüqar Hüseynov buna qədər həmin şöbədə müdir müavini vəzifəsində çalışıb. Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin əvvəlki müdiri Anar Hüseynov isə "Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi"nə direktor təyin edildi.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin mətbuat katibi vəzifəsinə Aynur Osmanqızı, nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin mətbuat katibi vəzifəsinə isə Gülnar Əzizova təyin edildilər. Hazırkı vəzifəsinə qədər A.Osmanqızı "Report" İnformasiya Agentliyinin müxbiri, G.Əzizova isə CBC telekanalında "Xəbər" proqramının aparıcısı və müxbiri kimi fəaliyyət göstərib. Daha sonra telejurnalist Şahin Əliyev Nazirliyin tabeliyindəki DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyinin mətbuat katibi vəzifəsinə təyinat alıb. O, bundan öncə AzTV, Lider TV, ARB TV və ATV-də müxtəlif vəzifələrdə çalışıb, bır sıra telelayihələrin rəhbəri və aparıcısı kimi fəaliyyət göstərib. Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi vəzifəsi isə telejurnalist Əsmər Nəcməddinqızına həvalə olunub. O, bu təyinata qədər ATV-nin "Xəbər" proqramının aparıcısı olub.

Həmçinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə yeni mətbuat katibi təyin olundu. Bu vəzifəyə İctimai Televiziyanın "Xəbərlər" proqramının və "Diqqət mərkəzi" verilişinin aparıcısı Ramiz İdrisoğlu gətirildi. O, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat katibi vəzifəsilə yanaşı, İctimai Televiziyadakı işinə də davam edir.

Ardınca Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun müvafiq əmri ilə Yahya Babanlı nazirliyə mətbuat katibi təyin edildi. Lakin onun postdakı fəaliyyəti uzun çəkmədi. Belə ki, ötən gün Y.Babanlı öz ərizəsi ilə işdən ayrıldı. Buna qədər Y.Babanlı "Azərenerji" ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri idi. Qurumun İctimaiyyətlə əlaqələr və mətbuat xidməti ləğv edilərək yerində İctimaiyyətlə əlaqələr və mətbuat mərkəzi yaradıldı və mərkəzə rəhbərlik Teymur Abdullayevə həvalə edildi.

Qeyd edək ki, FHN-nin mətbuat katibi vəzifəsinə hələ ki yeni təyinat olmayıb.

Bu il Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində də dəyişiklik oldu. Nazirliyin mətbuat katibi Zamirə Adilova 11 illik iş yerindən ayrıldı. O, bunun öz istəyi ilə reallaşdığını bildirdi. Z.Adilovanın yerinə isə tanınmış jurnalist və teleaparıcı Günel Gözəlova gətirildi. Bu təyinata qədər Günel Gözəlova "Azərpoçt" MMC-nin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri olub.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1543   Tarix: 12 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Çernobıl qəzasından 38 il ötür

Bəşəriyyət tarixində ən böyük qəzalardan hesab edilən Çernobıl faciəsindən 38 il ötür. 1986-cı ilin bu günü yəni, aprelin 26-da Ukraynanın Kiyev vilayətində yerləşən Çernobıl atom-elektrik stansiyasının dördüncü enerji blokunda yanğın baş verib. Alov genişlənərək üç bloku bürüyüb. Hadisədən sonra həya

26 aprel
.

Bakıda 21 yaşlı model bədbəxt hadisədə öldü - Foto

Bakıda gənc qız dəm qazından boğulub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Nəsimi rayonu Moskva prospektindəki evdə yaşayan 2003-cü il təvəllüdlü Kamilə Həsənova dəm qazından boğularaq vəfat edib. Bildirilib ki, K.Həsənova aktrisa-model kimi də fəaliyyət göstərirmiş. O, həm də Moskv

26 aprel
.

Övladlarını məktəbə göndərməyən valideynləri hansı cəza gözləyir?

Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər bir Azərbaycan vətəndaşının təhsil almaq hüququ var. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Ölkəmizdə I və IX siniflərdə təhsil almaq məcburi olsa da, bəzən təhsildən yayınan və ya yayındırılan şagirdlərə rast gəlinir. Bəzə

26 aprel
.

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

"Karvan İstehsalat Kommersiya Şirkəti" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib. Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində məhkəməyə Namiq Abdullayev Nurəddin oğlu müraciət edib. O, şirkət rəhbərliyi barəsində "Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələ

26 aprel
.

"Bu bəyanat anti-Azərbaycan qüvvələrinin ölkəmizə olan hikkəsidir" - ŞƏRH

Məlumdur ki, Avropa Parlamenti Azərbaycanla bağlı qətnamə qəbul edib. Qətnamədə qeyd olunur ki, Avropa Komissiyasının Azərbaycanla enerji sahəsində strateji tərəfdaşlığın dayandırılması məsələsinə baxması istənilir. O cümlədən qətnamadə Azərbaycana qarşı bir sıra sanksiyaların tətbiq edilməsi təkli

26 aprel
.

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib. Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqlarında toz və kir olduğunu qeyd edir. Onlar bu kimi halların xəstəlik mənbəyi olduğunu bildirərək məsələnin tezliklə həll edilməsini istəyiblər. Məsələ ilə bağl

25 aprel
.

11 gün əvvəl zəhərlənmişdi - Xəstəxanada öldü

Dünən gecə saatlarında Kliniki Tibbi Mərkəzdə ölüm hadisəsi qeydə alınıb. "Qafqazinfo"nun məlumatına görə, Zaqatala rayon Yuxarı Tala kənd sakini 62 yaşlı Murad Ramazanov sözügedən vəfat edib. M. Ramazanov təxminən 11 gün əvvəl pomidor turşusundan zəhərlənmişdi

26 aprel
.

Rusiyada silahlı insident: Yaralananlar var - ANBAAN VİDEO

Rusiyanın Primorye diyarının Dalneqorsk şəhərində silahlı insident yaşanıb. Primorye diyarının prokurorluğundan verilən məlumata görə, hadisə nəticəsində üç nəfər güllə yarası ilə xəstəxanaya çatdırılıb. Qeyd olunur ki, atəş açan bir neçə nəfər dərhal ərazidən uzaqlaşıblar. Hüquq-mühafizə orqanları onları

26 aprel
.

Evlilik üçün ideal yaş fərqi neçə olmalıdır? - AÇIQLAMA

Bildiyimiz kimi, bu gün ölkəmizdə erkən yaşda qızların evləndirilməsi halları ilə tez-tez rastlaşırıq. Əlbəttə ki, bu nikahların baş tutması qəbulolunmazdır. Digər tərəfdən, Azərbaycanda 22 yaşlı oğlanın 40 yaşlı qadınla evlənməsi ilə bağlı hallarda mövcuddur. Araşdırmalar onu göstərir ki, tərəflər arasınd

26 aprel