Gürcüstandakı azərbaycanlılar bu ağacların gücünə niyə inanırlar?

Gürcüstandakı azərbaycanlılar bu ağacların gücünə niyə inanırlar?Gürcüstanın Marneuli rayonunun Candar kəndində müqəddəs sayılan bir ağac var.

Etnik azərbaycanlılar bu çinar ağacını ziyarət etmək və Novruzun ilk günündə arzu tutmaq üçün regionun hər yerindən bu kəndə gəlirlər. Ziyarətçilər dilək tutaraq ağacın budaqlarına qırmızı lentlər bağlayır, milli musiqi sədaları altında rəqs edir, bir-birlərinə xoşbəxtlik arzulayırlar.

Ənənəyə görə, əsasən çinar, dəmirağac, palıd, söyüd, alma, alça, tut, zoğal kimi ağaclar ziyarətgah sayılır. Əkildikləri yerlər "Pir" və "Ocaq" kimi çağırılır.

Əsrlər boyu - bu ənənə hətta İslam öncəsi tarixə gedib çıxır - azərbaycanlılar bu ağacların gücünə inanır və onları qoruyur.

Deyirlər ki, ağaca balta vurulanda ondan qan çıxır və onu kəsənlər lənətlənir. Hətta indi dua ağacı və digər nadir növ ağaclar qorunub saxlanılır, çünki onların müqəddəsliyinə inam nəsildən-nəslə ötürülür.

76 yaşlı Səmayə Abdullayeva Candar kəndində bu ağacın yanında yaşayır. O, bütün ömrü boyu insanların ağaca olan inamını müşahidə etdiyini deyir.

"Mən gözümü açandan bu ağaca inam olduğunu görmüşəm. Heç kim burada inamın necə başlaması haqqında dəqiq bilmir. Amma hər kəs inanır ki, insanlar üçün xeyirlidir. Rəvayətə görə, keçmişdə bir hərbçi ağacı kəsib aparmaq istəyib. Lakin o, yolda ölüb. Bu tip rəvayətlərə görə deyirlər ki, o ağac müqəddəsdir, kəsmək olmaz. İndiki dövrdə ağaclar qurusa belə, ona əl dəymirik, işlətmirik. Gözləyirik ki, tam çürüsün və torpağa qarışsın".

Arxeoloq və etnoqraf Kərəm Məmmədovun fikrincə, bu inanc əsrlər boyu ağacları qoruyub.

"Qədim inanclarda xüsusən də meşədən kənarda tək bitən, uzunömürlü ağacların məhvi yolverilməz idi. Meşənin müəyyən kiçik hissəsindəki ağacları kəsmək olardı, amma düzənliyin ortasında tək qalmış ağaca toxunmaq qadağan idi.

İndiki dövrdə də ağac ziyarətgahların çoxu tək ağaclar sayılır.

İslamın gəlişindən sonra isə bu inancları qorumaq üçün islamlaşdırdılar. İslamın bəzi adətləri də bu inanclara əlavə olundu və bu həmin ziyarətgahları məhv olmaqdan qorudu.

Ərəb xəlifəsi Əbu Bəkr yürüşlər zamanı ordusuna tapşırmışdı ki, işğal olunan yerlərdə islama zidd olmayan, yerli sakinlərin inandığı məbəd, ağac kimi inanc yerlərinə toxunmasınlar" - deyə o bildirir.

İslamın bu coğrafiyada yayılmasına və daha sonra Sovet hökumətinin ateist siyasətinə baxmayaraq, bu ənənə hələ də öz gücünü qoruyur.

Ağaclarla bağlı bəzi qədim inanclar islamla ziddiyyət təşkil etsə də, Candarın yerli əhalisi onu şiə inancının bir hissəsi kimi qəbul edir.

Məsələn, ağacın altına qoyulan Novruz şirniyyatlarına əlavə olaraq, İmam Əli və İmam Hüseyn kimi müqəddəs İslam fiqurlarının şəkillərini də görmək mümkündür.

Bəziləri buranı "Allahın müqəddəs məkanı" adlanır, başqaları isə İslamın müqəddəs 12 imamından ağacın altında etdikləri duaların həyata keçməsini diləyir. "Ya Əli, Ya Hüseyn, ya 12 imam, sən arzumu çin elə" dualarını 23 Martda Candarda ağacın ətrafında toplaşan insanlardan eşitmək olar.

Gürcüstanda etnik azərbaycanlılarla yanaşı Azərbaycanda və Rusiyada yaşayan azərbaycanlılar da Novruzun ilk günündə Candar kəndinə yola düşür və çinar ağacını ziyarət etməyə gəlirlər. Onlar ağacın budaqlarına qırmızı lentlər bağlayır və bir-birinə xoşbəxtlik arzulayırlar.

Ənənəyə görə, dua qəbul olunursa qırmızı lent ağacdan qırılır və yerə düşür. Bundan əlavə, dua edən insanlar ağacdan bir budaq qopardır və istəkləri həyata keçirsə, gələn il budağı geri qaytarırlar.

Bu il Bakıda yaşayan yaşlı cütlük Səkinə və Nəriman da Candara, ağac ziyarətinə gəlib və özlərilə "dua ağacı"ndan kiçik bir hissəsini geri gətiriblər. Bakıda müəllim işləyən Nəriman deyir ki, ötən il bura gələrək oğlunun iş tapması üçün dilək tutmuşdu. Dilək yerinə yetdiyinə görə təşəkkür üçün yenidən ziyarətə gəlib.

20-ci əsrin tanınmış yazıçılarından Manaf Süleymanov Azərbaycanda ağacın şərəfinə bayram keçirmək və toxumalarını şöbələrinə bağlamaq ənənəsi haqqında belə yazırdı:

"Bir vaxtlar Niyaldağın ətəyində əzəmətli "Təkağac" ucalırdı. Hələa uşaqlıqdan eşitmişdim ki, "Təkağac" piri qocalı, cavanlı, uşaqlı bir çox xəstələrə şəfa verib. Min dərdə düçar olanları, gec dil açan uşaqları, yeriyə bilməyənləri bura gətirib budaqlardan yelləncək - nənnilər asıb yelləyə-yelləyə pirə yalvarıb şəfa umardılar və bir çoxları məramlarına çatardı. Bu məqsədə çatmağa başqa səbəblər olsa da, hamı "Təkağac" pirinin kəraməti hesab edərdi".

Süleymanov kitab yazıb bitirdiyində məscid və kilsə kimi dini məkanlar sovet hökuməti tərəfindən məhv edilmişdi. Müəllif "Təkağac"ın taleyi haqqında yaşlı bir qadından soruşduqda, ağacın kəsildiyini öyrənib.

"Allah ağac kəsən adamı cəzalandırdı, həbslər zamanı öldü (1937-ci il kütləvi repressiyaları).

Şahidlər deyir ki, hər dəfə ağaca balta vurduqda, ağacdan qan axırmış. İnsanlar "Təkağac"a üç gün yas saxladı".

Candarda yaşayan filoloq Vahid Namazov, ənənənin nə zaman başladığını heç kimin dəqiq bilmədiyini, ancaq insanlara təbiətin əhəmiyyətini öyrətmək üçün ağacın yaxşı bir vasitəyə çevrildiyini deyir. Müqəddəs ağacları qoruyub saxlamaq ənənəsi nəsildən-nəsilə ötürülüb - təkcə çinar ağacı deyil; əncir, qoz və ya digər meyvə ağaclarını kəsmirlər, qoruyurlar.

Görünən odur ki, keçmişdə insanlar təbiəti, xüsusilə də yetkin, bar verən ağacları qorumaq üçün bu cür ənənə yaradıblar.

"Qədim vaxtlarda savadsız, dünya görüşü olmayan kəndlilərə ekologiyadan danışsaydın, səni başa düşə bilməzdilər. Amma bu adətləri din və müqəddəsliklə əlaqələndirib belə bir sistem yaradıblar", o ehtimal edir.

Namazov əlavə edir ki, zaman keçdikcə bu ənənələr yerli təbiətin mühafizəsinə xidmət edir. "İnsanların bu adətləri indiyənə qədər qoruması da kənddəki qədim, qiymətli ağacların günümüzə gəlib çatmasına xidmət edib".


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 2027   Tarix: 12 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

ABŞ-də qalmaqallı "Epşteyn işi" ilə bağlı sənədlərin bir hissəsi dərc olundu

ABŞ Ədliyyə Nazirliyi qalmaqallı maliyyəçi Ceffri Epşteynin işi üzrə sənədlərin bir hissəsini dərc edib. xəbər verir ki, bu barədə "CBS News" məlumat yayıb. Nazirlikdən bildirilib ki, burada məxfi sayılan şəxsi məlumatlar və ya cinsi məzmunlu materiallar da yer ala bilər. Qeyd edək ki, Epştey

20 dekabr
.

Rusiyada Mərkəzi Asiyadan qazın nəql olunduğu magistral qaz kəməri yenidən sıradan çıxıb

Rusiyanın Volqoqrad vilayətində "Mərkəzi Asiya - Mərkəz" magistral qaz kəməri sıradan çıxıb. "Report"un məlumatına görə, bu barədə "RBK-Ukrayna" öz mənbələrinə istinadən məlumat yayıb. Hadisəyə dekabrın 19-da baş verən torpaq çökməsinin səbəb olduğu bildirilib. Hadisə yerin

20 dekabr
.

Tramp ABŞ-də yenidən şatdaun olacağını istisna etmir

ABŞ Prezidenti Donald Tramp hökumətinin yanvarın sonunadək büdcəni razılaşdıra bilməyəcəyini və növbəti şatdaunun gözlənildiyini proqnozlaşdırıb. "Ren TV"yə istinadən xəbər verir ki, bu barədə D.Tramp dekabrın 19-da Şimali Karolinada tərəfdarları qarşısında çıxış edərkən bildirib. "Yanvarı

20 dekabr
.

İran nəqliyyatda vahid idarəetmə sistemi yaratmaq istəyir

İran rəsmiləri ölkənin nəqliyyat və infrastruktur şəbəkəsinin gücləndirilməsi üçün əlaqələndirilmiş, perspektivli səylər göstərməyə çağırıblar. "Report" xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Dekabrın 20-də Tehranda "Nəqliyyat Həftəsi"nə həsr olunan tədbirdə çıxış edə

20 dekabr
.

İran 12 günlük müharibədən sonra ordudakı boşluqları doldurur

İran İsraillə 12 günlük müharibədən sonra ordusunda yaranan bütün çatışmazlıqları aradan qaldırır. "Report" İran mətbuatına istinadən xəbər verir ki, bunu İslam Respublikası Ordusunun briqada generalı Əlirza Şeyx deyib. Onun sözlərinə görə, güc balansını müvəqqəti dəyişdirən texnoloji boşluqları

20 dekabr
.

Planetin indiyə qədər gördüyü ən mürəkkəb sistem: Çin onu gizlicə qurur

Tibetin sərt qayalıqları arasında, quşun belə uçmadığı, karvanın keçmədiyi bir nöqtədə dünyanın ən iri layihələrindən biri yüksəlir. Çinin böyük gizliliklə həyata keçirdiyi 168 milyard dollarlıq bu addım təkcə bir su bəndi deyil: Asiyanın bütün su balansını vahid mərkəzdən idarə edə biləcək bir güc nümayişidir

18 dekabr
.

Trampın oğlu nişanlandı

ABŞ prezidenti Donald Tramp dekabrın 15-də Ağ evdə oğlu Donald Tramp və influnser Bettina Andersonun nişanlandığını açıqlayıb. xarici mediaya istinadla xəbər verir ki, kiçik Donald Tramp çıxışında Bettina Andersonun evlilik təklifinə "bəli" cavabı verdiyini bildirib. Bettina Anderson isə b

16 dekabr
.

Sualtı "fırtınalar" Qiyamət buzlağını məhv edir: Alimlər nəticələri proqnozlaşdırdı

Güclü burulğanlı sualtı "fırtınalar" Antarktidada yerləşən iki əsas buzlağın şelf buzlarını sürətlə əridir. Alimlərin fikrincə, bu proses qlobal dəniz səviyyəsinin yüksəlməsi baxımından "uzaqmənzilli nəticələrə" səbəb ola bilər. Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, söhbət Pаyn-Aylen

18 dekabr
.

Dünyanın ən böyük hava qüvvələrinə malik 10 ölkəsi (SİYAHI)

Güclü hava qüvvələri istənilən ölkənin müəyyənedici xüsusiyyətidir və onun dünya siyasətinə təsiri haqqında çox şey deyə bilər. Bu, bir çox ölkənin qırıcı təyyarələrin və digər təyyarələrin təkmilləşdirilməsinə investisiya qoymasının səbəblərindən biridir. Qaynarinfo xəbər verir ki, "Slash Gear"

17 dekabr