Əxlaqsızlıq yuvasının işi yenidən araşdırılacaq – Hökm ləğv edildi

Əxlaqsızlıq yuvasının işi yenidən araşdırılacaq – Hökm ləğv edildiƏxlaqsızlıq yuvalarının təşkilində və qadınları fahişəliyə cəlb etməkdə təqsirləndirilən Tərtər rayon sakini, 1983-cü il təvəllüdlü Şahin Səfərov və Xaçmaz rayon sakini, 1986-cı il təvəllüdlü Səid Cəlilovun barəsində olan məhkəmə qərarından verilən kasasiya protestinə baxılıb.

Sonxeber.az Teleqraf.com-a istinadən xəbər verir ki, Ali Məhkəmədə hakim Fərhad Kərimovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

Prokurorun təqsirləndirilən şəxslərin barəsində Sumqayıt Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edilməsi barədə verdiyi kasasiya protesti təmin edilib.

Sumqayıt Apelyasiya Məhkəməsinin qərarı tamami ilə ləğv edilib, işin yenidən araşdırılması üçün apelyasiya instansiyasına göndərilməsi barədə qərar qəbul edilib.

İttihama görə, əxlaqsızlıq yuvası təşkil etmək məqsədi ilə Şahin Səfərov bir qrup şəxslə qabaqcadan əlbir olub.

O, tanışları Səid Cəlilov, Əhməd Şirinov, Elvin Daşdi və Kamal Xanmədovla 2017-ci ilin aprelində Şıxbaba Quliyevə məxsus, Quba-Bakı avtomobil yolunun Quba rayonunun Pirvahid kəndi ərazisindən keçən hissəsində "Araz" adlanan kafeni şifahi razılıq əsasında aylıq 300 manat müqabilində icarəyə götürüb.

Daha sonra fahişəliklə məşğul olmaq üçün oradakı otaqlara çarpayı qoyub, yararlı vəziyyətə gətirib. Dəstənin digər üzvləri Səid Cəlilov, Əhməd Şirinov, Elvin Daşdi və Kamal Xanmədovla birlikdə oranı idarə edib, dekabrın 2-dək əxlaqsız yuvası kimi saxlayıb.

Bu müddətdə Vəfa Məmmədova, Səbinə Əliyeva, Könül Səlimova (cinayət işində qadınların ad-soyadı şərtidir – red.) və istintaqa adları məlum olmayan digər qadınlar müştəri kimi kafeyə gələn müxtəlif kişilərlə görüşüblər.

Adıçəkilən qadınların kişi müştərilərlə görüşməsini dəstə üzvləri Kamal Xanmədov, Əhməd Şirinov təşkil ediblər. Onlar bar otağında tanış olanları xüsusi ayrılmış və çarpayılarla təchiz olunmuş yataq otaqlarına gətiriblər.

Məlum olub ki, qadınların kişi müştərilərlə görüşü üçün otağın hər 20 dəqiqəsi 25 manata verilib.

Elvin Daşdi isə cinsi əlaqədə olanların otağı tərk etmələrinə, otağın boşaldılaraq səliqəyə salınmasını təmin edib.

Dekabrın 2-də Quba rayon sakini Tərlan Qəmbərov kəndin içində əxlaqsızlıq yuvası təşkil olunmasına etirazla "Araz" kafesini yandırıb, bundan sonra kafe fəaliyyətini dayandırıb.

"Araz" kafesi yandırıldıqdan sonra Şahin Səfərov dəstənin digər üzvləri ilə birlikdə başqa bir kafeni eyni məqsədlə icarəyə götürüb.

Şahin Quba rayonunun Vəlvələ kəndi ərazisində, "Bakı" adlanan kafenin mülkiyyətçisi ilə icarə müqaviləsi bağlayıb və 2017-ci il dekabrın 7-dən həmin obyekti işlətməyə başlayıb.

Fahişəliklə məşğul olmaq üçün oradakı üç otağın hər birinə çarpayı, bir otağa isə iki çarpayı qoyulub.

Bundan sonra Şahin Səfərov digərləri – Səid Cəlilov, Əhməd Şirinov, Elvin Daşdi, Kamal Xanmədov, Kamal Bəxtiyar oğlu ilə birlikdə oranı işlətməyə başlayıb.

Onlar 2018-ci il fevralın 4-dək kafeni əxlaqsızlıq yuvası kimi saxlayıblar. Vəfa Məmmədova, Səbinə Əliyeva, Könül Səlimova və digər qadınlar burada yüngül həyat tərzi keçirib, "Bakı" kafesində kişi müştərilərə intim xidmət göstəriblər.

Bu kafedə də Elvin Daşdı hər 20 dəqiqəsi 25 manat pul müqabilində müştərilərə şərait yaradıb.

Elvin Daşdı müştərilərdən aldığı pulu bar otağındakı dəftərdə müvafiq qeydiyyat aparan Səid Cəlilov və Əhməd Şirinova verib.

Əhməd Şirinov əxlaqsızlıq yuvasının xəzinəsinin "qara mühasibatlığı"nı aparıb və pulları Şahin Səfərova təhvil verib.

Şahin Səfərov əldə olunan gəlirin bir hissəsini gördükləri işə görə əməkhaqqı kimi Səid Cəlilov, Əhməd Şirinov, Elvin Daşdi və Kamal Xanmədova verib, qalan hissəsini özünə götürüb.

Fevralın 4-də Kamal Xanmədov Quba rayonunun Qəçrəş kəndi ərazisindəki "Dostluq" kafesində intihar edib.

Onun intiharı ilə bağlı aparılmış istintaq tədbirləri nəticəsində "Bakı"da yaradılmış əxlaqsızlıq yuvasının fəaliyyəti dayandırılıb.

İstintaq zamanı adı işdə hallanan şəxslərdən yalnız Şahin Səfərov və Səid Cəlilovun barəsində cinayət işi başlanıb.

İşdə adıçəkilən digər şəxslər inzibati qaydada cərimə olunublar.

İstintaq orqanı tərəfindən Şahin Səfərov və Səid Cəlilovun barəsində Cinayət Məcəlləsinin 244.2.1-ci (təkrar əxlaqsızlıq yuvaları saxlama) və 244.2.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən əxlaqsızlıq yuvaları saxlama) maddələri ilə ittiham elan edilib.

Quba rayon Məhkəməsinin hökmü ilə hər iki təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib.

3 il sınaq müddəti olmaqla Şahin Səfərov 3 il 5 ay 19 gün, Səid Cəlilov isə 3 il 3 ay 20 gün müddətinə şərti cəza alıblar.

Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib.

O, təqsirləndirilən şəxslərin barəsində təyin edilmiş Cinayət Məcəlləsinin 70-ci maddəsinin hökmdən xaric edilməsini, hər iki təqsirləndirilən şəxsin həbs olunmasını istəyib.

Prokurorun protesti baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Elman Əhmədovun icraatına verilib.

Prokurorun protestini araşdıran hakim heyəti sonda qərar elan edib.

Protest təmin olunmayıb.

Bu qərardan narazı qalan prokuror kasasiya protesti verib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 1391   Tarix: 13 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda ər qrup şəklində cinsi əlaqə təklif edən arvadına 18 bıçaq zərbəsi vurub – İSTİNTAQ MATERİALLARI

Boşanmış şəxslərin və ya boşanmaq istəyən insanların bir-birinə ədavətinin davam etməsi, bunun qanlı nəticələri haqqında kriminal təcrübədə sonsuz sayda nümunələr var. Xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla adam öldürmə ilə nəticələnən belə bir nümunə ilə sizi tanış edəcəyik. Mətbuatda bununl

13 sentyabr 2021
.

Rusiyada azərbaycanlı qadın keçmiş əri tərəfindən bıçaqlandı - VİDEO

Rusiyanın Orenburq şəhərində 40 yaşlı qadın keçmiş əri tərəfindən bıçaqlı hücuma məruz qalıb. portalı məlumat verir ki, hadisə yaşayış binasının təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb. Videoda orta yaşlarında olan kişinin qadını saçlarından tutaraq yerlə sürüdüyü daha sonra isə əlind

2 sentyabr 2021
.

DTX-nin şöbə rəisi də qadının qətlinin sifarişinə görə həbs edilib

2018-ci ildə Şirvan şəhərində itkin düşən 62 yaşlı Sarayxanım Abdullayevanın qətlə yetirilməsinə görə Dövlət Təhlükəsizlik Xidmətinin Şirvan şöbəsinin baş əməliyyat müvəkkili, kapitan Rövşən Ağayev, Şirvan sakini Mətləb Əmirovun həbsi ilə detallar məlum olub. "Qafqazinfo"ya istinadən xəbə

17 sentyabr 2021
.

Namus üstündə nişanlı qızı boğan dayıdan YENİ XƏBƏR

Göyçayda bacısı qızını boğub öldürən Vüqar Bədəlovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. -a istinadən xəbər verir ki, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Nahid Mirzəyevin icraatına verilib. Qeyd edək ki, bu ilin may ayınd

9 sentyabr 2021
.

Daşkəsəndə 72 yaşlı kişi güllələnib

Daşkəsən rayonunda yaşlı kişi tüfəngdən açılan atəş nəticəsində xəsarət alıb. "Report" xəbər verir ki, hadisə rayonun Zivlən kəndində qeydə alınıb. Kənd sakini, 1949-cu il təvəllüdlü İsmayılov Zahid Əmir oğlu sol ayağından güllə yarası alıb. O, xəstəxanaya yerləşdirilib. Özünün dediyinə görə

31 avqust 2021
.

İmişlidə mübahisə qanlı bitdi: 32 yaşlı kişi bıçaqlandı

İmişli rayonunda bıçaqlanma hadisəsi baş verib. -ın məlumatına görə, hadisə Şahverdili kəndində qeydə alınıb. Belə ki, 1989-cu il təvəllüdlü Hüseynov Səbuhi Sabir oğlu mübahisə zəminində bıçaqlanıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsinin kəsilmiş-deşilmi

5 sentyabr 2021
.

Bu rayonda 15 gün ərzində 12 koronavirus xəstəsinə cinayət işi açıldı

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq yoxlamalar zamanı yaşayış yerini tərk edən aktiv koronavirus infeksiyası daşıyıcısı aşkarlanıb. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan -a verilən məlumata görə, Cəlilabad rayon sakini T.Əliyarlıya COVID-19 infeksiyası testini

25 avqust 2021
.

Meşəlik ərazidə narkotik plantasiyası aşkar edildi - Sahibi saxlanıldı

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan -a verilən məlumata görə

28 avqust 2021
.

Şirvanda narkoman avtomobili oğurlayaraq yandırdı – FOTO

Şirvan sakini oğurladığı avtomobili yandırıb, saxlanılan zaman onun üzərində narkotik vasitə olan heroin aşkar edilib. xəbər verir ki, avqustun 20-də əvvəllər məhkum olunan Şirvan sakini, 1997-ci il təvəllüdlü Qasımzadə Sakit Qasım oğlu saat 5.00 radələrində avtomobil təmiri sexindən Şirvan sakini, F.Namazov

22 avqust 2021