"Araz" kafesində əxlaqsızlıq yuvası açanlar barəsində qərar
Ali Məhkəmədə əxlaqsızlıq yuvalarının təşkilində təqsirləndirilən Şahin Səfərov və Səid Cəlilovun barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.
Hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, hökm ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.
İttiham aktına əsasən, əxlaqsızlıq yuvası təşkil etmək məqsədilə Ş.Səfərov bir qrup şəxslə qabaqcadan əlbir olub. Belə ki, o, tanışları Səid Cəlilov, Əhməd Şirinov, Elvin Daşdi və Kamal Xanmədovla 2017-ci ilin aprelində Şıxbaba Quliyevə məxsus, Quba-Bakı avtomobil yolunun Quba rayonunun Pirvahid kəndi ərazisindən keçən hissəsində "Araz" adlanan kafeni şifahi razılıq əsasında aylıq 300 manat müqabilində icarəyə götürüb.
Daha sonra fahişəliklə məşğul olmaq üçün oradakı otaqlara çarpayı qoyub, yararlı vəziyyətə gətirib. Dəstənin digər üzvləri Səid Cəlilov, Əhməd Şirinov, Elvin Daşdi və Kamal Xanmədovla birlikdə oranı idarə edib, dekabrın 2-dək əxlaqsız yuvası kimi saxlayıb.
Bu müddət ərzində bir neçə qadın müştəri kimi kafeyə gələn müxtəlif kişilərlə görüşüb. Həmin ilin dekabrın 2-də Quba rayon sakini Tərlan Qəmbərov kəndin içində əxlaqsızlıq yuvası təşkil olunmasına etirazla "Araz" kafesini yandırıb, bundan sonra kafe fəaliyyətini dayandırıb.
"Araz" kafesi yandırıldıqdan sonra Şahin Səfərov dəstənin digər üzvləri ilə birlikdə başqa bir kafeni eyni məqsədlə icarəyə götürüb. Şahin Quba rayonunun Vəlvələ kəndi ərazisində, "Bakı" adlanan kafenin mülkiyyətçisi ilə icarə müqaviləsi bağlayıb və 2017-ci il dekabrın 7-dən həmin obyekti işlətməyə başlayıb.
Bir qədər keçəndən sonra Kamal Xanmədov Quba rayonunun Qəçrəş kəndi ərazisindəki "Dostluq" kafesində intihar edib. Onun intiharı ilə bağlı aparılmış istintaq tədbirləri nəticəsində "Bakı"da yaradılmış əxlaqsızlıq yuvasının fəaliyyəti dayandırılıb.
İstintaq zamanı adı işdə hallanan şəxslərdən yalnız Ş.Səfərov və S.Cəlilovun barəsində cinayət işi başlanıb.
Quba rayon Məhkəməsinin hökmü ilə hər iki təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilərək onlara şərti cəza verilib.
Hökmdən narazı qalan prokuror apellyasiya protesti verib. Sumqayıt Apellyasiya Məhkəməsi prokurorun protestini təmin etməyib. Prokuror daha sonra Ali Məhkəməyə müraciət edib.
oxu.az
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 2011 Tarix: 13 iyun 2019
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Binanın damında 13 yaşlı qıza əxlaqsızlıq edən gəncə - 2 il həbs!
Gəncədə yetkinlik yaşına çatmayan qızla intim münasibətdə olan 2005-ci il təvəllüdlü Ş.Məmmədov (şərti) cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Gəncə Şəhər Məhkəməsi 20 yaşlı gənci Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma
1 dekabrRamiz Mehdiyev vəkilindən imtina etdi - "Boz kardinal" nə düşünür?
İttiham olunduğu xüsusilə ağır cinayətlərlə bağlı ev dustaqlığında saxlanılan Ramiz Mehdiyev dövlət hesabına təyin edilmiş vəkildən imtina edib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, "boz kardinal" bu qərarı şəxsi istəyi ilə verib. Ramiz Mehdiyev müdafiəsinin özünün seçdiyi vəkillə
24 noyabrAzyaşlıya qarşı bir neçə dəfə əxlaqsızlıq edibmiş - 17 il iş aldı
Sabirabadda azyaşlıya qarşı əxlaqsız hərəkətlər edən 64 yaşlı Mərdan Hüseynovun məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub. Təqsirləndirilən şəxs məhkəmədə əməlini etiraf edib. Bildirib ki, həmin
19 noyabrNaxçıvanda uşaq oğrusu peyda olub? - RƏSMİ AÇIQLAMA
Ötən gün sosial şəbəkələrdə Naxçıvanda "uşaq oğrusunun peyda olması" ilə bağlı yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb. -a Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, araşdırmalarla görüntünü sosial şəbəkələrdə yaya
8 dekabrRusiyada tutulan azərbaycanlı ölkəyə gətirildi
Beynəlxalq axtarışa verilmiş Azərbaycan vətəndaşı Əkbər Xəlilov Tariyel oğlu Rusiyadan ölkəmizə ekstradisiya edilib. xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Bildirilib ki, Baş Prokurorluğun vəsatəti əsasında Rusiya Baş Prokurorluğu tərəfindən "Mülki, ailə və cinayət işləri üzr
17 noyabr"Oğlum hələ uşaq idi, meyiti yox etməli idik..." - Tanınmış həkimin qızı
Yeniyetmə oğlunun atasını öldürdüyünü istintaqdan gizlədən ana cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, 39 yaşlı Mətanət Hüseynova xüsusilə ağır cinayəti bilib gizlətmə ittihamı ilə hakim qarşısına çıxarılıb. Bu hadisə elə ötən ilin bu ayı baş verib. Mətanə
4 dekabrGeneralın oğlu və komitənin daha iki əməkdaşı həbs olundu (YENİLƏNİB)
Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Gömrük Baş İdarəsinin əməkdaşları Heydər Eyvazov və Tamerlan Axundzadə saxlanılıb. APA-nın əldə etdiyi məlumata görə, onlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onlara 206.4. (Qaçaqmalçılıq, mütəşəkkil dəstə tərəfində
11 dekabrİtkin balıqçıların axtarışına helikopter göndərildi
Astarada itkin düşən balıqçıların axtarışına helikopter cəlb edilib. "Qafqazinfo" xəbər verir ki, dekabrın-da saat 08-də balıq tutmaq məqsədi ilə Xəzər dənizinə çıxan və itkin düşmüş hesab edilən balıqçılar Turan Həsənov və Ağadədə Həsənovun axtarışları davam etdirilir. Artıq FHN-nə məxsu
11 dekabr