İnfarkt olmamaq, ürəyi qorumaq üçün bunları edin - Kardioloq AÇIQLADI

İnfarkt olmamaq, ürəyi qorumaq üçün bunları edin - Kardioloq AÇIQLADI"Azərbaycanda ürək qan-damar sistemi xəstəlikləri ölüm səbəbləri arasında birinci yeri tutur".

e-tibb.az-ın xəbərinə görə, Elmi-Tədqiqat Kardiologiya İnstitutunun arterial hipertenziya şöbəsinin rəhbəri, Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri Tofiq Cahangirov bildirib.

Onun sözlərinə görə, ürək qan-damar xəstəlikləri, ürəyin işemik xəstəlikləri, miokard infarktı ölümlərin 50 faizini təşkil edir: "Amma son illərdə bu faiz azalıb. Bunun da səbəbi odur ki, hazırda respublikada kardiologiyanın səviyyəsi elə bir səviyyəyə gəlib çatıb ki, yalnız ürək transplantasiyasından başqa kardiologiya sahəsində olan bütün müalicələr və əməliyyatlar yüksək səviyyədə həyata keçirilir. Ürək köçürülməsi də prioritet məsələlərdən biridir. Bu istiqamətdə müzakirələr aparılır. Bununla bağlı qanun qəbul edildikdən sonra inanıram ki, Azərbaycanda da ürək transplantasiyası həyata keçiriləcək".

T.Cahangirov bildirib ki, Azərbaycanda yanaşı xəstəliklər, yəni şəkərli diabet, arterial hipertenziya və digər xəstəliklər miokard infarktının, ürək qan-damar xəstəliklərinin gedişatını ağırlaşdırır: "Ürək qan-damar xəstəliklərinin əsas səbəblərindən biri həyat tərzidir. Yəni az hərəkətlilik, bədən çəkisinin artması, siqaret, müəyyən stress faktorları xəstəliklərin gedişatını ağırlaşdırır. Ona görə də biz kardioloq olaraq daimi tövsiyələr tərtib edirik, əhalini maarifləndiririk ki, nələrə fikir vermək lazımdır. Ürək qan-damar xəstəliklərinin, miokard infarktının olmaması üçün gün ərzində hər bir insan 5-6 km məsafəni qət etməlidir, pəhrizə fikir verməlidir, yağlı qidalardan və imkan daxilində stressdən uzaq olmalıdır. Bütün bunlara və vaxtlı-vaxtında müalicələrə əməl edilsə, ürək qan-damar xəstəliklərindən uzaq olmaq mümkün olar bilər".


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 3731   Tarix: 15 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Türkiyə Qara dəniz üzərində PUA-ların mülki aviasiya üçün təhlükəli olması barədə xəbərdarlıq edib

Rusiya və Ukrayna pilotsuz uçuş aparatlarının Qara dəniz üzərində davam edən döyüşləri ticarət gəmiləri və sərnişin təyyarələri üçün ciddi təhlükə yaradır. "Report" TRT-yə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Güler bəyan edib. "Rusiya və Ukrayna arasınd

20 dekabr
.

Zelenski: "Seçki üçün lazımi infrastruktur yaradılır"

Ukrayna Prezidenti Volodimir Zelenski seçkinin iki amildən - təhlükəsizlik və qanunvericilikdən asılı olduğunu qeyd edib. Ukrayna mediasına istinadən xəbər verir ki, dövlət başçısı bu açıqlamanı Portuqaliyanın Baş naziri Luis Monteneqro ilə keçirdiyi mətbuat konfransında verib. "Əlbəttə ki, xaricd

21 dekabr
.

İmran Xan və həyat yoldaşı Büşra Bibiyə HÖKM OXUNDU

Pakistan Korrupsiya Məhkəməsi ölkənin keçmiş baş naziri İmran Xan və onun həyat yoldaşı Büşra Bibini Toşaxan-2 korrupsiya işi üzrə hər birinə 17 il olmaqla həbs cəzasına məhkum edib. Bu barədə nəşrinə istinadən xəbər verir. Məlumata görə, qərar cütlüyün 2021-ci ildə Səudiyyə hökumətindən aldığı dövlə

20 dekabr
.

Rusiya iki yaşayış məntəqəsinə nəzarəti ələ keçirdi

Rusiya ordusu Ukraynanın Sumı vilayətinin iki məntəqəsinə nəzarəti ələ keçirib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, Rusiya Silahlı Qüvvələrinin "Şərq" qüvvələr qrupunun bölmələri Ukraynanın Vısokoye və Donetsk vilayətinin Svetloye kəndlərinə nəzarət

20 dekabr
.

Gəzməyə gedən 4 uşaq YOXA ÇIXDI

Rusiyada uşaqların kütləvi şəkildə yoxa çıxması ilə bağlı müəmmalı hadisə baş verib. xəbər verir ki, dekabrın 21-də Samara vilayətində polislər gəzintidən sonra evə qayıtmayan dörd uşağın axtarışına çıxıblar. Daxili İşlər Nazirliyinin regional bölməsinin məlumatına görə, onlar Bezençuk kəndinin sakinlər

21 dekabr
.

Süni intellekt "həmkarları" tərəfindən yaradılan video və fotoları müəyyən etməyi öyrənib

"Google" şirkəti süni intellekt modelləri tərəfindən yaradılan foto və videoməzmunu tanımaq üçün "Gemini" çatbotuna xüsusi vasitə əlavə edib. bu barədə "The Verge" resursuna istinadən xəbər verir. Məlumata görə, yeni vasitə "SynthID" rəqəmsal nişanına əsaslanır

20 dekabr
.

İran 12 günlük müharibədən sonra ordudakı boşluqları doldurur

İran İsraillə 12 günlük müharibədən sonra ordusunda yaranan bütün çatışmazlıqları aradan qaldırır. "Report" İran mətbuatına istinadən xəbər verir ki, bunu İslam Respublikası Ordusunun briqada generalı Əlirza Şeyx deyib. Onun sözlərinə görə, güc balansını müvəqqəti dəyişdirən texnoloji boşluqları

20 dekabr
.

Yaşar Gülər: "Azərbaycana göstərdiyimiz dəstəyi Suriyaya da göstərə bilərik"

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ölkəsinin terrorla mübarizə və ordunun modernləşdirilməsi istiqamətində Suriyaya dəstək verə biləcəyini deyib. "TRT Haber"ə istinadən xəbər verir ki, Yaşar Gülər illik hesabat toplantısında bu barədə danışıb. "Daha əvvəl mən Suriyaya səfər etmişəm

20 dekabr
.

Çində günəş elektrik stansiyası səhranı "oyandırdı" - Alimlər

Günəş enerjisi bu gün çox perspektivli sayılır, baxmayaraq ki, günəş panellərinin istismarı zamanı və xüsusilə də onların xidmət müddəti başa çatdıqdan sonra ekoloji təsirlər barədə müəyyən narahatlıqlar mövcuddur. Lakin bəzi hallarda günəş panelləri ekologiya üçün əhəmiyyətli müsbət təsir göstərə bilər

18 dekabr