Melkumyan necə cəzalandırıldı? – erməni Allahverdinin oğlu Dağlıq Qarabağda fitnə-fəsad toxumu səpirmiş

Melkumyan necə cəzalandırıldı? – erməni Allahverdinin oğlu Dağlıq Qarabağda fitnə-fəsad toxumu səpirmişBəzi erməni araşdırmaçıların qənaətinə görə SSRİ dövründə Azərbaycanın tabeliyində olan Dağlıq Qarabağ Muxtar vilayətinin ən "milli ruhlu" rəhbəri, vilayət partiya komitəsinin birinci katibi Qurgen (atasının adı Allahverdi) Melkumyan olub. O, 1962-1973-cü illərdə vilayətə rəhbərlik edib.

Qurgen Melkumyanın belə "yüksək" qiymətləndirilməsi, rəhbərliyi dövründə onun millətçilik yönümdə apardığı siyasət, vilayətdə erməni şovinizminin inkişafı üçün yaradılmış şərait, ermənlərin Qarabağ torpaqları ilə bağlı yersiz iddialarına göz yummağı və hətta onlara dəstək olması ilə bağlıdır. Yaxın tariximizdən də məlumdur ki, Dağlıq Qarabağ Muxtar Vilayətində 1960-cı illərin sonlarında, 1970-ci illərin əvvələrində erməni millətçilərinin fəallığı artaraq qabarıq şəkildə özünü büruzə verib. Məhz elə 1967-ci ildə Xankəndi şəhərinin mərkəzində üç nəfər azərbaycanlının diri-diri yandırılması kimi dəhşətli bir hadisə də Melkumyanın vilayətdə birinci katib olduğu dövrə təsadüf edib.

Xankəndi Pedaqoji İnstitutunun dosenti, sonralar qondarma "DQR"-in baş naziri, daha sonralar isə Ermənistanın Rusiya Federasiyasında və Belarusda səfiri olan Oleq Yeseyan Qurgen Melkumyanın fəaliyyətinə qiymət verərək müqayisəli şəkildə təhlil aparıb. O qeyd edib ki, əgər 15 il vilayətə rəhbərlik edən Boris Gevorkov bu illər ərzində cəmi bir dəfə Yerevanda olubsa, Melkumyan 11 il ərzində dəfələrlə rəsmi və qeyri-rəsmi şəkildə Ermənistana getmiş, protokoldan kənar görüşlər keçirib. Bu görüşlərin hansı məqsəd daşıdığı, nəyə xidmət etməsi də aydın məsələdir.

Təbii ki, Qurgen Melkumyanın millətçi fəaliyyəti Azərbaycan rəhbərliyinin diqqətindən kənarda qalmayıb. 1967-ci ilin yayında yuxarıda qeyd etdiyimiz məlum Xankəndi hadisələrində, həmin dövrdə Azərbaycan DTK-nın sədri olan Heydər Əliyev Xankəndi şəhərində olaraq, baş vermiş cinayət hadisəsini araşdırıb. O zaman rəsmi Bakı gərgin mübarizədən sonra sübut və dəlillərlə 39 nəfər erməni canini həbs etdirməyə nail olub. Daha sonra vilayət mərkəzində keçirilən yekun müşavirədə törədilmiş hadisələrə görə vilayətin partiya rəhbərləri də tənqid olunub. Heydər Əliyev həmin toplantıdakı tənqidi çıxışında məhz Qurgen Melkumyanı əsas hədəf seçib.

Nəhayət, 1969-cu ildə Azərbaycan KP MK-nın birinci katibi vəzifəsinə gələn Heydər Əliyev Dağlıq Qarabağ Muxtar Vilayətindəki xoşagəlməz ab-havaya bələd olan bir şəxs kimi Melkumyanı vilayətdən uzaqlaşdırmağı vacib sayıb. Beləliklə, Moskva ilə aparılan danışıqlardan və əldə olunan razılıqdan sonra 1973-cü ildə Qurgen Melkumyan vəzifəsindən kənarlaşdırılıb. O, cümlədən onun yaxın ətrafında olan millətçilər də vəzifələrini itiriblər.

Sözsüz ki, vilayətdə baş verən bu kadr dəyişiklikləri ermənilərin qəzəbinə səbəb olub. Ara-sıra açıq və ya gizli şəkildə etirazlar eşidilib.

1973-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin 50 illik yubileyi qeyd olunanda noyabrın 14 də Heydər Əliyev Xankəndi şəhərinə səfər edib.

Dağlıq Qarabağda bəzi vəzifəli erməni şəxslərin Ermənistanın millətçiləri ilə əlaqəsi haqqında məlumatlı olan Heydər Əliyev iclasda bu məsələ ilə bağlı sərt və barışmaz mövqeyini bildirib.

Heydər Əliyev sonralar bu haqda fikirlərini belə bölüşüb:
"Mən Dağlıq Qarabağ Muxtar Vilayətinin əhalisi ilə dəfələrlə görüşmüşəm, vilayətin bütün rayonlarında olmuşam, ermənilərlə də çox söhbət etmişəm... Bir faktı xatırladım. DQMV-nin 50 illik yubileyi idi, vilayət "Xalqlar dostluğu" ordeni ilə təltif olunurdu. Oradakı çıxışımdakı bəzi məqamları erməni millətçiləri indi də mənə bağışlaya bilmirlər. Mən bəzi əhvali-ruhiyyələri hiss edərək demişdim ki, Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycanın ayrılmaz hissəsidir və ayrılmaz hissəsi olaraq qalacaq...".

Təbii ki, ermənilər Heydər Əliyevin bayram tədbirindəki təbrik çıxışında mövzunun bu səmtə yönələcəyini gözləməyiblər...
Həmin vaxt DQMV-nin partiya komitəsinin birinci katibi olan Boris Gevorkov isə Qarabağ münaqişəsi başalaya qədər vilayətə rəhbərlik etdi. O, özü millətçi olmasa da (bəlkə də gizli millətçi olub, bunu ustalıqla pərdələyib), Yerevandan gələn millətçilərlə mübarizədə məğlub oldu.

Mənbə: Musavat.com


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1948   Tarix: 15 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Gürcüstanın tranzit prosesində yer alması da Azərbaycanın qurduğu yeni regional modelin bir hissəsidir" - AÇIQLAMA

Azərbaycandan neft məhsulları daşıyan ilk yük qatarının Gürcüstan ərazisindən keçməklə Ermənistana yola salınması regionda sülh və əməkdaşlıq prosesinin real nəticəsidir. Bunu Gürcüstan Prezident Administrasiyasının sabiq rəhbəri, siyasi şərhçi professor Petre Mamradze deyib. Onun sözlərinə görə, b

19 dekabr
.

"Ulu Öndər Heydər Əliyev ən ümdə vəzifə kimi torpaqlarımızın işğaldan azad edilməsini qarşıya məqsəd qoymuşdu" - DEPUTAT

"Azərbaycan xalqı 12 dekabr tarixini Ümummilli Lider Heydər Əliyevin anım günü kimi dərin ehtiram və böyük minnətdarlıq hissi ilə yad edir. Bu tarix təkcə xatırlama mərasimi deyil, Azərbaycan xalqının öz xilaskarına olan ehtiramının ifadəsidi". Bu sözləri -a Milli Məclisin deputatı Müşfiq Cəfəro

12 dekabr
.

Prezident xanımı və qızı ilə Fəxri xiyabanda - Fotolar

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 22 il ötür. "Qafqazinfo" xəbər verir ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Fəxri xiyaban

12 dekabr
.

Vitse-prezident Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi - Foto

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib. "Qafqazinfo" paylaşımı təqdim edir:

12 dekabr
.

Ramaldanova ağır itki

Qusarda baş verən ağır qəzada həyatını itirən və xəsarət alan şəxslər tanınmış hərbi ekspert Şair Ramaldanovun ailə üzvləridir. "Qafqazinfo" xəbər verir ki, bu barədə hərbi ekspert Üzeyir Cəfərov sosial şəbəkə hesabında yazıb. O bildirib ki, qəzada həyatını itirən 36 yaşlı Tamilla Ramaldanov

15 dekabr
.

Prezidentdən Heydər Əliyevin anım günü ilə bağlı - Paylaşım

Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib. "Qafqazinfo" paylaşımı təqdim edir:

12 dekabr
.

Ramiz Mehdiyev Gültəkin Hacıbəyliyə "xidmətləri" qarşılığında nələr qazandırıb?

Vətənə xəyanət ittihamı ilə həbs olunan Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin adamı olan Milli Şuranın üzvü Gültəkin Hacıbəylinin Türkiyədən Azərbaycana ekstradisiyası bir reallığı ön plana çıxardı. Heç kim törətdiyi əməllərə görə məsuliyyətdən yayına bilməz. -a istinadən xəbə

19 dekabr
.

İlham Əliyev Avstraliyanın baş nazirinə başsağlığı verdi

Prezident İlham Əliyev Avstraliya İttifaqının Baş naziri Entoni Albanizə başsağlığı məktubu ünvanlayıb. -a istinadən məktubun mətnini təqdim edir:. "Sidneydə Hanuka bayramı ilə əlaqədar keçirilən mərasim zamanı törədilmiş terror aktı nəticəsində çox sayda insanın həlak olması və yaralanması barəd

15 dekabr
.

"Heç kimin şəxsi ambisiyası Azərbaycanın dövlət maraqlarından və milli təhlükəsizliyindən üstün ola bilməz" - DEPUTAT

"Son günlər Ramiz Mehdiyevin Vətənə xəyanət ittihamı ilə ifşa olunması, onun xəyanət məzmunlu məktubunun üzə çıxması cəmiyyətin haqlı hiddətinə səbəb olub. Söhbət dövlətin özülünə, onun suverenliyinə və milli müstəqilliyinə qarşı qəsdən yönəldilmiş, bağışlanmaz xarakter daşıyan təhlükəli və xəyanətka

15 dekabr