Azərbaycanda 4 nəfərin güllələnməsi ilə bağlı YENİ DƏHŞƏTLİ FAKTLAR: demə, 12 il öncə...

Azərbaycanda 4 nəfərin güllələnməsi ilə bağlı YENİ DƏHŞƏTLİ FAKTLAR: demə, 12 il öncə...Bu gün Ağstafada baş verən kütləvi qətlin təfərrüatları məlum olub.

Sonxeber.az APA-ya istinadla xəbər verir ki, hadisə iki nəsil arasındakı qan davasından qaynaqlanıb.

Belə ki, 2006-cı ildə təsərrüfat torpaqlarında suvarma məsələsi ilə əlaqədar Musayevlər ailəsi ilə Süleymanovlar ailəsi arasında münaqişə yaranıb. Fermer təsərrüfatı ilə məşğul olan hər iki ailə həm Sadıqlı kəndində, həm də "Ceyrançöl" adlanan ərazidə qonşu olublar. Ailələr arasında dərinləşən münaqişə 2007-ci ildə 2 nəfərin ölümü ilə nəticələnib.

Daxili İşlər Nazirliyinin 2 iyun 2007-ci ildə bununla bağlı yaydığı rəsmi məlumatda bildirilib: "Ağstafa rayonunun ərazisində "Ceyrançöl" adlanan ərazidə fermer təsərrüfatı ilə məşğul olanlar - rayonun Sadıqlı kənd sakinləri Şəmiddin Musayev, onun qardaşları Rüfət və Novruz, qonşuları Ramiz Süleymanov, onun qardaşı Rasim, əmisi oğlu Taleh, qohumları Eldar Mikayılov və qardaşı Kamilin arasında münaqişə baş verib. Bu zaman Rüfət ov tüfəngindən atəş açaraq Rasimi öldürüb, Talehə və Ramizə isə bıçaqla xəsarət yetirib. Xəsarətlə xəstəxanaya yerləşdirilən Ramiz orada vəfat edib, Talehin vəziyyəti isə ağırdır. Ağstafa Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Şəmsəddin, Novruz və Rüfət Musayev qardaşları tutulub, onlardan bir ov tüfəngi və 1 ədəd bıçaq götürülüb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır".

Bu olaydan 12 il sonra bu gün – iyunun 17-də səhər saatlarında Ağstafa rayonunun Böyük Kəsik kəndində ailələr arasındakı münaqişə yenidən faciə ilə nəticələnib. Belə ki, mərhum Ramiz Süleymanovun 1994-cü il təvəllüdlü oğlu Elnur Süleymanov dəmir yolu stansiyası yaxınlığında az müddət əvvəl həbsxanadan çıxan Şəmiddin və Novruz Musayev qardaşlarını gözləyib. Onları qarşılamağa gələn anaları Şərqiyyə Musayeva oğlanları ilə birgə yaxınlıqdakı bazara girib. Bu zaman Elnur Süleymanov qisas almaq məqsədilə "Kalaşnikov" markalı avtomatla Musayevləri atəşə tutub. Gülləbaran zamanı Şərqiyyə, Novruz və Şəmiddin Musayevlərdən başqa, yaxınlıqda olan Ağgöl kənd sakini Zeynəb Cəlilova da odlu silahın hədəfinə tuş gələrək ölüb. 4 nəfəri qətlə yetirin E.Süleymanovun açdığı güllər daha 4 nəfəri də yaralayıb. Bunlar 1964-cü il təvəllüdlü Əhmədov Lilpar Baba oğlu, 1999-cu il təvəllüdlü Abdullayev İbrahim Rasim oğlu, 1951-ci il təvəllüdlü İsayev Nüsrət Məhəmməd oğlu və 1961-ci il təvəllüdlü Həsənov Rəsul Abbas oğludur.

Sadıqlı kəndindən aldığımız məlumata görə, hadisəni törədən Elnur Süleymanov atası öləndən sonra fermer təsərrüfatını daha da genişləndirib. O, sakit təbiətli, zəhmətkeş adam kimi xarakterizə olunur. Subaydır. Ailədə 2 qardaş, 2 bacıdırlar.

Ölən qardaşlar isə ailəli olublar. Qardaşlardan biri az müddət əvvəl, ötən ilin sonunda həbsxanadan çıxandan sonra ailə qurubmuş. Digər qardaşları Rüfət Musayev isə 2007-ci ildəki qətl hadisəsi ilə bağlı hələ də həbsxanadadır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 13021   Tarix: 17 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Abşeronda ər arvadını QƏTLƏ YETİRDİ

Avqustun 24-də Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində 1995-ci il təvəllüdlü Sultanova Kəmalə Gülmirzə qızının qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur. Abşeron rayon prokurorluğundan -a verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertini

25 avqust 2021
.

Namus üstündə nişanlı qızı boğan dayıdan YENİ XƏBƏR

Göyçayda bacısı qızını boğub öldürən Vüqar Bədəlovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. -a istinadən xəbər verir ki, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Nahid Mirzəyevin icraatına verilib. Qeyd edək ki, bu ilin may ayınd

9 sentyabr 2021
.

Gəncədə qadın qətlinin detalları: Hadisə yun çırpmaq üstündə olub - YENİLƏNİB

Ötən gün Gəncə şəhərində baş verən qətllə bağlı bəzi detallar məlum olub. Hüquq-mühafizə orqanlarından -a bildirilib ki, iki qonşu arasında baş verən mübahisə yun təmizləmək üstündə olub. Belə ki, Gəncə şəhər sakini, 1963-cü il təvəllüdlü Sücayət Məmmədova yaşadığı binanın qarşısında yun çırpırmış. B

1 sentyabr 2021
.

Türkiyə ordusunun iki hərbçisi şəhid oldu - FOTO

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın İdlib bölgəsində həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı türkiyəli hərbçilərə hücuma məruz qalıb. xəbər verir ki, məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb. Hadisə sentyabrın 11-də baş verib. Nəticədə 2 hərbçi şəhid olub, 3-ü yaralanıb. Yaral

11 sentyabr 2021
.

Azərbaycanda dəhşətli qətl - Qardaş bacısını amansızlıqla öldürdü

Sentyabrın 15-i saat 16 radələrində Kürdəmir rayon sakini 1986-cı il təvəllüdlü Dilarə Nəsirovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Kürdəmir rayon Prokurorluğundan -a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin qardaşı 1984-cü il təvəllüdlü Xəya

16 sentyabr 2021
.

Azərbaycanda oğul atasını baltayla öldürdü

2021-ci il iyunun 9-da Quba rayonu Sofikənd kənd sakini Sadıq Ramazanovun qəsdən öldürülməsi faktı əsasında rayon prokurorluğunda istintaq aparılıb. Quba Rayon Prokurorluğunda aparılan istintaqla müəyyən edilib ki, zərərçəkmişin oğlu Rəvan Ramazanov yaşadıqları evin həyətində şəxsi münasibətlər zəminind

1 sentyabr 2021
.

Meşəlik ərazidə narkotik plantasiyası aşkar edildi - Sahibi saxlanıldı

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan -a verilən məlumata görə

28 avqust 2021
.

Narkotik yetişdirən Hacıqabul sakinləri SAXLANILDI

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, eləcə də narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslər müəyyən edilərək məsuliyyətə cəlb olunublar. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan -a verilən məlumata görə, daxi

12 sentyabr 2021
.

Pirallahı sakinlərindən narkotik maddə aşkarlandı

Polis əməkdaşları tərəfindən narkotik vasitə, eləcə də, psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən -a verilən məlumata görə, Pirallahı Rayo

21 avqust 2021