Xərçəng olan "Toppuş bacı"ya qayınanası ŞƏRT QOYDU - VİDEO

Xərçəng olan "Toppuş bacı"ya qayınanası ŞƏRT QOYDU - VİDEOƏməkdar artist Tünzalə Əliyeva səhhəti barədə danışıb.

Lent.az -ın canlı yayımında qonaq olan "Toppuş bacı" bildirib ki, ötən növbəti dəfə kimya terapiya qəbul edib: "Mən 3 aydan bir müayinəyə gedirəm. Axırıncı dəfə aprel ayında ora gedəndə həkim dedi ki, 3 ay gözləyin, biz də gözləmədik, 1 ay sonra müayinə olundum. Məlum oldu ki, bədənimin bir neçə hissəsində yayılmalar var. Çanaq, boğaz, mədənin divarı tərəfdə. Şişlər çoxdur. Artıq bu günə qədər 3 kimya qəbul etmişəm. Sonuncunu dünən etdilər. Mən bir kurs müalicəni almışam, bu da 2-ci kursdur. 3-cü kursdan sonra bir daha yoxlanış olacaq. Həkimlər üzərimdə çox çalışırlar. Bu xəstəliyimdə həyat yoldaşım və öz ailəm mənə çox dəstək oldu. Sonradan bildim ki, mənsiz çox stresslər keçiriblər. Üzdə mənə ürək dirək verirlər. Məsələn qardaşım mənlə telefonda belə danışa bilmir. Ancaq analizlərin cavablarını gözləyirlər. Deyirlər ki, təki heç nə olmasın".

Aktrisa daha sonra bildirib ki, başının keçəl qırxdırmasını qızı çox pis qarşılayıb: "Qayınatama zəng edib ağlayaraq dedim ki, dədə, başımı keçəl qırxdırdım. Üstündən 10 dəqiqə keçəndən sonra gördüm ki, qayınatam da saçını keçəl qırxdırıb, şəklini mənə atıb. Qayınanam da mənə dedi ki, əgər bir də sən ağlasan, mən də saçımı keçəl qırxdıracam. Məndən öncə həyat yoldaşım qırxdırdı, daha sonra qardaşım, bacım oğlu da başını keçəl qırxdırdı. Bacım da eləmək istəyirdi, razı olmadım. Təsəvvür edin ki, saçımda rezin var idi, səhər durdum ki, saçlarım o rezinin üstündə qalıb. Əlimi atdım, bütün saçım əlimdə gəldi. Həmin gün də efirə getməli idim. Başıma papaq qoyub efirə getdim. Daha sonra yoldaşımla saçımızı qırxdırıb, evə keçəl gəldik. Uşaq 2 gün stres yaşadı. Baxdı, dedi ki, ana, ata, saç yox. Ona görə də məcbur olub başıma yaylıq qoydum, yoldaşım da papaq. Hətta uşaq bağçada müəlliməsinə də deyirmiş ki, ana, ata saç yox. Yəni o buna çox pis təsir etmişdi".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 2001   Tarix: 18 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Britni Spirs bu şəxslə nişanlandı - FOTO

Amerikalı məşhur ifaçı Britni Spirs 27 yaşlı fitnes məşqçisi Sem Asqari ilə nişanlandığını açıqlayıb. Pop janrın ən məşhur simalarından biri olan 39 yaşlı müğənni öz "Instagram" səhifəsində barmağında üzüklə video paylaşıb. Britni Spirs paylaşımında qeyd edib ki, baş verənlərə hələ də inan

13 sentyabr 2021
.

Könül Xasıyeva bundan sonra bu işlə məşğul olacaq

Xalq artisti Könül Xasıyeva bundan sonra pedaqoq kimi fəaliyyət göstərəcək. xəbər verir ki, xanəndə olmaq istəyənlər Xasıyevanın onlayn dərslərinə qoşulacaq:. "Oktyabrın 1-dən onlayn muğam dərslərinə başlayıram. Yaş fərqi olmadan, tələbəm olmaq istəyənlərə dərs açıqdır. Dərslərin həftədə neçə dəfə

10 sentyabr 2021
.

Kənan MM-ə AĞIR İTKİ - FOTO

Rejissor və aktyor Kənan M.M (Kənan Mahmudov) ağır itki üz baş verib. xəbər verir ki, aktyorun qayınatası koronavirusdan vəfat edib. O, bu barədə məlumatı "Facebook" hesabında paylaşıb

7 sentyabr 2021
.

"Canımı yandırdın" məşhur xanəndə ölən atası haqqında - FOTO

Xəbər verdiyimiz kimi tanınmış xanəndə Tahir Nəbiyev dünyasını dəyişib. -a istinadən xəbər verir ki, xanəndənin qızı Kamilə Nəbiyeva sosial media hesabında atası haqqında paylaşım eib. O, "İnstagram" hesabında atasının fotosunu paylaşaraq: "Canımın içi, canımı yandırdın.Sənsiz mən bu dünyan

3 sentyabr 2021
.

Əməkdar artist AzTV-də aparıcılıq edir

Əməkdar artist Elnur Kərimov aparıcılığa başlayıb. xəbər verir ki, aktyor AzTV-də çalışır. O, Xədicə Sənanqızı lə birlikdə "Gün başladı" proqramına aparıcılıq edir. Veriliş həftəiçi beş gün səhər saatlarından yayımlanır. Qeyd edək ki, XəSənanqəzə ötən mövsüm proqramı tək aparırdı

4 sentyabr 2021
.

Ağadadaş Ağayev yenə Türkiyəyə getdi: "Dualarınıza ehtiyacım var"

Xalq artisti Ağadadaş Ağayev yenidən Türkiyəyə xəstəxanaya yollanıb. xəbər verir ki, müğənni bu haqda özü məlumat yayıb. O, İstanbulda xəstəxanada olduğunu vurğulayb:. "Yoxlamalar üçün gəldim, müayinədən keçdim. Bir həftə sonra nəticələr deyiləcək. Dualarınıza hər zamankı kimi ehtiyacım var"

11 sentyabr 2021
.

Ağır vəziyyətdə olan Səyyad Əlizadə başqa xəstəxanaya köçürülür?

Koronavirusa yoluxan Səyyad Əlizadənin vəziyyəti ağır olaraq qalır. Bu barədə -a müğənninin qohumu Razim Qarayev məlumat verib. O bildirib ki, sənətçini Mərkəzi Gömrük Hospitalına köçürmək istəyirlər:. "Hazırda S.Əlizadə süni koma vəziyyətində saxlanılır. Vəziyyətində heç bir irəliləyiş yoxdur

16 sentyabr 2021
.

Türkiyəli məşhur aktrisa vəfat etdi

Türkiyəli məşhur aktrisa İncilay Şahin vəfat edib. Bu barədə "Oyunçular Birliyi"nin "Twitter" hesabında məlumat verilib. 60 yaşlı sənətçi "Çiçek taksi", "Hayat Bilgisi", "Yasak elma" kimi reytinqli seriallarda rol alıb

7 sentyabr 2021
.

Meyxanaçılar arasında qalmaqal - "Tək onu bilirəm ki, biri vurub, digəri də ölüb"

Mərhum meyxanaçı Məşədibaba Aydəmirovun oğlu Mircəlalın mətbuata son müsahibəsi gündəmə bomba kimi düşüb. O, atasının həmkarı Elçini öldürməsi ilə bağlı bir sıra faktları açıqlayıb. -a istinadən xəbər verir ki, Mircəlal deyib ki, atası Elçini öldürmək üçün deyil, qorxutmaq məqsədilə vurub. Hətta türməd

11 sentyabr 2021