3 uşaq anasını qaçırıb vəhşicəsinə öldürdülər - Səfirlik işə qarışdı - VİDEO
Qazaxıstanın Almata şəhərində Azərbaycan vətəndaşı, iki uşaq anası Bəturə Məmmədovanın cəsədi tapılıb.
Almatada gözəllik salonlarının birində kosmetoloq kimi çalışan Məmmədova mayın 27-si işdən evə qayıdarkən yoxa çıxıb.
Yaxınlarının sözlərinə görə, o, iş saatından sonra əlaqə saxlayaraq evə gəldiyini bildirib. Üzərində 20 min təngə məbləğində pul və bahalı zinət əşyaları olub. Adətən evə çatmaq üçün avtobus, daha sonra taksidən istifadə edən qadının evə gəlmədiyini görən ailə üzvləri polisə müraciət ediblər.
Və 3 həftə aparılan axtarışlardan sonra 40 yaşlı qadının cəsədi iyunun 15-də İliyskdan Karasay rayonuna gedən yoldakı Bereke qəsəbəsi yaxınlığında aşkarlanıb.
İlkin araşdırmalar zamanı cinayəti fərdi sərnişindaşıma ilə məşğul olan, Almatada yaşayan sürücü ilə arvadının törətdiyi məlum olub. Qeyd olunur ki, B. Məmmədova işdən çıxandan sonra həmin maşına minib.
Belə ki, ər kirayəyə götürdüyü avtomobillə guya, taksi xidməti göstərmək adı altında potensial qurbanlar axtarırmış, arvadı isə özünü müştəri kimi qələmə verirmiş ki, qurban qurulmuş tələni hiss etməsin. Cütlük müştəri kimi maşına oturan Bəturənin üstündəki pulu və qızılları götürərək onu soyuqqanlı şəkildə 8 dəfə bıçaqlayıb qətlə yetirdikdən sonra Bereke qəsəbəsi yaxınlığında basdırıblar.
Hüquq-mühafizə orqanları hər iki şəxsi saxlayıb, onlar cinayəti etiraf ediblər.
Faktla bağlı cinayət işi açılıb.
Bəturə Məmmədovanın cənazasi dəfn olunmaq üçün Bakıya göndərilib.(qafqazinfo)
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada Baxılıb: 8962 Tarix: 18 iyun 2019
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşPolis xilas etməyə getdiyi şəxsi öldürdü - ŞOK OLAY
Rusiyanın Sankt-Peterburq şəhərində polis intihardan xilas etmək üçün gəldikləri şəxsi güllələyib. yerli mediaya istinadla bildirir ki, aprelin 26-da səhər saatlarında Anqliski prospekti 60 ünvanındakı mənzillərdən birində bir nəfər çoxlu həb içərək özünü zəhərləməyə cəhd edib. Bu barədə Admiralteysk
26 aprelAzərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
Rusiyanın Yekaterinburq şəhərindəki "Vtorçermet"də baş verən qarşıdurmanın təfərrüatları məlum olub. Dalida kafesinin yaxınlığında kütləvi dava zamanı bir kişi bıçaqlanaraq öldürülüb. yerli KİV-ə istinadla bildirir ki, münaqişə azərbaycanlı və taciklərdən ibarət qruplar arasında başlayıb. Məlumat
26 aprelAzyaşlı 6-cı mərtəbədən yıxılıb sağ qaldı
Rusiyanın Leninqrad vilayətində beş yaşlı uşaq altıncı mərtəbədən yıxılaraq sağ qalıb. -ın yerli mediaya istinadla məlumatına görə, hadisə Vsevolojsk rayonunun Staraya kəndində baş verib. Valideynlərinin nəzarətsizliyi ucbatından beş yaşlı qız altıncı mərtəbədə açıq pəncərədən yıxılıb. Uşaq təcili xəstəxanay
25 aprelQeyri-etik hərəkətlər edən şəxsi sərnişinlər avtobusdan atdılar - VİDEO
Qeyri-etik hərəkətlər edən şəxsi sərnişinlər avtobusdan atıblar. xarici mediaya istinadən xəbər verir ki, Türkiyədə avtobus oturacağında tək oturmaq istəyən şəxs başqa bir sərnişinin ona yaxınlaşması ilə əsəbiləşib və mübahisə yaratmağa başlayıb. Vəziyyətdən narahat olan digər sərnişinlər həmin şəxs
26 aprelRusiyada 14 futbolçu oyundan əvvəl zəhərlənib
"Soçi" futbolçuları "Axmat"la oyundan əvvəl Qroznıda kütləvi şəkildə zəhərlənib. Baş məşqçi Robert Moreno 14 futbolçunun nahardan sonra halının pisləşdiyini bildirib. Futbolçular meydançaya çıxmağa hazır olmadığı üçün start heyətində dəyişiklik edilib
26 aprelAvtostop çəkdikləri maşında qətliam törətdilər
Türkiyədə səhər saatlarında avtostop ilə iki nəfəri götürən 21 və 20 şəxslər silahlı hücuma məruz qalıb. xarici mediaya istinadən xəbər verir ki, mübahisə naməlum səbəbdən böyüyüb. Avtomobilə minən şübhəli şəxslər atəş açaraq maşında olan digər iki nəfəri yaralayıb. Şübhəlilər avtomobildən düşərək sürətl
25 aprelErmənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Bu barədə Ermənistan parlamentinin deputatı Qarnik Danielyan məlumat verib. Ermənistan Müdafiə Nazirliyindən bildirilib ki, hərbçi mina partlayışı nəticəsində xəsarət alıb. Onun həyatı üçün heç bir təhlükə yoxdur. Hərbçini
25 aprel