"Prezidentin xanımı bizdən xəbərsiz "talkuçka"ya getmişdi" - Elçibəyin mühafizəçisi

"Prezidentin xanımı bizdən xəbərsiz "talkuçka"ya getmişdi" - Elçibəyin mühafizəçisiMərhum prezident Əbülfəz Elçibəyin şəxsi mühafizə xidmətinin rəisi Oqtay Məmmədov bu günlərdə dünyasını dəyişən Həlimə Əliyeva barədə xatirələrini Teleqraf.com-a danışıb. Müsahibəni təqdim edirik:

- Oqtay bəy, əslində üzdə görünməsəniz də, Elçibəy ailəsinə ən yaxın şəxslərdən biri siz olmuşunuz. Həlimə xanım yaddaşınızda necə qalıb?

- Həlimə xanım yaddaşımda əsl türk xanımı, ailəsi və övladları ilə məşğul olan azərbaycanlı xanımı kimi qalıb. Sizə Həlimə xanımla bağlı maraqlı bir epizod danışım: Bir gün rəhmətlik bəy mənə sual etdi ki, uşaqlara haradan ayaqqabı almaq olar? Məndə soruşdum ki, bu sualı niyə verirsiniz, sizə ayaqqabı lazımdır? Əbülfəz bəy bildirdi ki, uşaqlarının ayaqqabıları köhnəlib və onlara təzə ayaqqabı almaq lazımdır. Sonra bir daha sual etdi ki, camaat ayaqqabını haradan alır? Mən də bildirdim ki, adətən, "talkuçka"dan alırlar. Nəzərə alın ki, o zaman ayaqqabılar ancaq "talkuçka"larda satılırdı. Mən Bəyə dedim ki, uşaqların ayaqqabılarını ölçülərini mənə deyin, bu işlə məşğul olum. Ticarət Nazirliyinə deyəcəyik, ayaqqabıları gətirəcəklər, pulunu da ödəyəcəyik. Bəy dedi ki, qətiyyən elə şey eləmə. Səhəri gün prezidentin ailəsinin sürücüsü mənə dedi ki, Əhmədliyə "talkuçka"ya gedirlər. Dedim, necə gedirsiniz, nə üçün bizə məlumat verməmisiniz? Bildirdi ki, Həlimə xanım onu çağırıb deyib ki, uşaqlara ayaqqabı almaq üçün Əhmədliyə getməlidirlər. Mən məcburi şəkildə mühafizə xidmətinin əməkdaşlarını göndərdim, dedim kənardan prezidentin ailəsini mühafizə edin, amma yaxınlıqlarında əsla görünməyin. Həlimə xanım görməsin ki, ətrafında mühafizəçilər gəzir. Həlimə xanım belə xarakterli qadın idi. Görsəydi ki, ətrafında mühafizəçilər var, bunu deyər və sonra söz-söhbət yaranardı. Biz məcbur idik ki, mühafizəni təşkil edək. Çünki kimsə bilərəkdən onlara yaxınlaşa bilər və beləcə, böyük hay-küy qopa bilərdi. Çox sadə xanım idi, sadə yaşamağı sevirdi. Seyid nəslindən olduğu üçün özünü belə məsələlərdən bir az da qoruyurdu. Ancaq eyni zamanda çox mehriban, ciddi və gülərüz idi.

- Övladlarının qayğıları, gündəlik problemləri ilə daha çox Həlimə xanım məşğul olurdu?

- Bəli, sırf özü məşğul olurdu. Bəy əsasən, uşaqları ilə görüşür, söhbət edir, dərsləri ilə maraqlanırdı. Əslində Əbülfəz bəy daha çox rezidensiyada olurdu, arada uşaqlar ona baş çəkir və ya özü uşaqları görməyə gedirdi. Bəyin vaxtı yox idi ki, uşaqların cari problemləri ilə məşğul olsun. Bu məsələ Həlimə xanımın öhdəsinə düşmüşdü. Adətən, bəy yayda uşaqlarla daha çox məşğul olurdu.

- Həlimə xanım siyasətə heç meyl etmirdi?

- Yox. İnanın ki, Mən heç vaxt onun siyasət haqqında danışdığını görməmişəm.

- Siz prezidentlə xarici səfərlərə gedirdiniz və ya xarici prezidentlər ölkəyə səfərlər edirdi. Bu səfərlərdə Həlimə xanım heç vax iştirak etməyib?

- Xeyr, heç bir səfərdə və qonaq qarşılama mərasimində Həlimə xanım iştirak etmirdi.

- Bu onun şəxsi arzusu ilə belə olurdu?

- Mən bunu deyə bilmərəm. Ailə üzvləri arasında heç vaxt problem olmayıb. Bunun rəhmətlik Bəyin, yoxsa Həlimə xanımın qərarı olduğunu dəqiq deyə bilmərəm. Ancaq siyasətə meyl etməyən xanım idi.

- Hakimiyyətdə olduğunuz müddətdə Həlimə xanım dövlət adamları ilə əlaqə saxlayıb, nəsə soruşur və ya söz deyirdimi?

- Yox. Heç mühafizə onun yaxınlığında görünmürdü.

- Bir illik hakimiyyətiniz dövründə Prezident Aparatına da gəlib-getməyib?

-Mən daima Əbülfəz bəyin yanında olmuşam. Bu müddətdə də Həlimə xanımın aparata gəldiyini görməmişəm. Mən görməsəm belə, əgər gəlsəydi, mənim xəbərim olardı.

- Övladları gəlirdi?

-Yox, uşaqları da heç vaxt Prezident Aparatına gəlməyib. Uşaqlar adətən, rezidensiyaya gəlirdi. Bu da nadir hallarda olurdu. Həm də nəzərə alın ki, o zaman Bəyin uşaqları çox kiçik idi. Ərturqutun 5-6 yaşı olardı. Çilənay bir az böyük idi, 12-13 yaşında olardı.

- Əbülfəz bəy, rezidensiyada tək qalırdı?

- Bəli, tək qalırdı.

- Buna səbəb nə idi?

- Bəy işləyirdi. Hələ Elmlər Akademiyasında işləyən dövrdə onda bir iş vərdişi yaranmışdı. Gecə saat üçə, dördə qədər sənədlərlə işləyirdi. Həm də sənədləri özü işləməyi sevirdi, kiməsə tapşırmırdı. İş qrafiki çox ağır idi. Bəlkə də buna görə uşaqlarına əziyyət vermək istəmirdi.

- Həlimə xanım Kələki dövründə də Bəyin yanında deyildi?

- Yox, Kələkidə birgə yaşadılar. Həlimə xanım Kələki dövründə Bəyin yanında idi və bir çox şeyləri özü hazırlayırdı. Bakıya qayıtdıqdan sonra da buradakı evdə birgə yaşadılar. Amma Ankarada xəstəxanada Həlimə xanım yox idi. Həlimə xanım mənim yaddaşımda bizim dədə, baba xanımlarımız kimi qalıb.

- Həlimə xanım son 30 ildə bir dəfə də olsun, mətbuata açıqlama, müsahibə verməyib. Buna səbəb nə ola bilərdi?

- Məncə, bu onun şəxsi qərarı idi. Kimsə onu məcbur edə bilməzdi ki, mətbuata danış və ya danışma. Bildiyiniz kimi, Həlimə xanım bəyin vəfatından sonra heç vaxt mətbuata danışmadı. Əsasən, oğlu Ərturqut və ya kürəkəni Aqil Səmədbəyli danışardı. Qızı Çilənay nadir halalrda danışıb.

- Prezidentin xanımı olasan siyasətə, mətbuata meyl etməyəsən. Bu, qəribə deyilmi?

- Prezidentin özü də çox sadə idi. Məsələn, biz bir il prezidentlə hər gün bir yerdə olmuşuq. Ancaq siz mənim fotomu çox nadir hallarda görə bilərsiniz. Yəni nə kadrlarda, nə də fotolarda məni görmək çətin məsələdir. Biz əməkdaşlarımıza da deyirdik ki, gözə görünməyin, vəzifəmiz fotolara düşmək deyil. Mühafizə çalışırdı ki, diqqət cəlb etməsin. Rəhmətlik Bəyin özü də gözə girməyi, diqqət mərkəzində olmağı çox sevmirdi. Məsələn, bir dəfə təklikdə dedim ki, Bəy, niyə müsahibələr vermirsiniz. Dedi ki, Oqtay, axı biz nə iş görmüşük ki, durub müsahibələr verək, televiziyalardan düşməyək? Dedi, əvvəl ciddi bir iş görüb başa çatdırmalı, sonra xalqın qarşısına alnıaçıq çıxmalıyıq. İndi mən çıxıb nə deyəcəyəm? Onsuz da işimizi hələ başa çatdırmamışıq. Ancaq görünür, topluma belə sadə insanlar lazım deyildi.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2323   Tarix: 18 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE

Naxçıvan Ali Məclisinin qərarı ilə muxtar respublikanın yeni Baş naziri Ceyhun Cəlilov təyin olunub. yeni baş nazirin dosyesini təqdim edir:. Ceyhun Ramiz oğlu Cəlilov 1987-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz şəhərində anadan olub. 2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxal

25 aprel
.

Qırğızıstan Ağdamda məktəb binası inşa edəcək

Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovla mətbuata bəyanatında bildirib. Dövlətimizin başçısı qeyd edib ki, Qırğızıstanın vəsaiti hesabına Ağdamda orta məktəb binası tikiləcək və hər iki Preziden

24 aprel
.

"COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir"

"COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir". "Qafqazinfo" xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində çıxışında deyib. Bu qlobal tədbi

26 aprel
.

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi quraşdırılıb - YENİLƏNİB + VİDEO

"Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi quraşdırılıb". AZƏRTAC xəbə

26 aprel
.

Azərbaycan-Qırğızıstan münasibətləri türk dünyasının birliyinə mühüm töhfələr verir

Bu gün Azərbaycanın Mərkəzi Asiya, o cümlədən regionun türkdilli dövlətləri ilə kəmiyyət və keyfiyyətcə intensivləşən münasibətləri yeni geosiyasi reallıqlara uyğun olaraq inkişaf etdirilir və strateji xarakter alır. Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Türkmənistanla münasibətlərimiz çoxşaxəli olmaql

24 aprel
.

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Konfrans Mərkəzi ilə tanış olublar. Bu barədə AZƏRTAC məlumat yayıb

25 aprel
.

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib. Report-a istinadən xəbər verir ki, əklil mərhumənin məzarı üstünə qoyulub

25 aprel
.

İlham Əliyevin Berlində Olaf Şolts ilə geniş tərkibdə görüşü başlayıb

Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə geniş tərkibdə görüşü başlayıb. Bununla bağlı AZƏRTAC məlumat yayıb

26 aprel
.

İlham Əliyev: "COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək"

"Ümidvaram, bu beynəlxalq platforma (COP29 – red.) bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək, eyni zamanda, Avropa ölkələri ilə də əlaqələri uğurla inkişaf etdirək". AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-d

26 aprel