Erməni məşhur fransızı Bakıya niyə göndərdi? - İNANILMAZ ETİRAFLAR

Erməni məşhur fransızı Bakıya niyə göndərdi? - İNANILMAZ ETİRAFLARDüşünürəm ki, insanın anadan doğma milli mənsubiyyəti yoxdur. Bəli, hər birimiz planet sakiniyik, 6 milyard insanı bağrımıza basacaq nəhəng ürəyimiz olmalıdır. Amma bu qoca dünyanın elə bucaqları də var ki, lap böyüdükdən, həddi buluğa çatdıqdan sonra suyumuza-çörəyimizə çevrilir, ocağımızı da orada qururuq. Fransanın məşhur musiqiçisi, cazmen Silvan Barunun Azərbaycan sevgisi kimi...

Publika.az-ın müsahibi fransız fleyta ifaçısı, dünyanı qarış-qarış dolaşıb musiqisini səpələyən Silvan Barudur.

- Necə oldu ki, Fransanın ən məşhur fleyta ifaçılarından biri baraban, zurna ifa etməyə qərar verdi?

- Fansanın Bretan bölgəsində doğulub böyümüşəm. Daha çox milli musiqilərə maraq göstərirdim, ifa edirdim. Vaxt keçdikcə klassik musiqi və caza yönləndim. Parisə köçüb təhsilimi davam etdirdim. Fransanın çox məşhur, usta sayacağım sənətkarları ilə bir səhnədə konsertlər vermişəm. Bu siyahıda həmçinin Stinqlə birgə çalışan ifaçılar var. Qrupumla birgə dünya qastrollarına çıxmağa başladım. Qarşımda türk musiqisi adlı yeni dünya açıldı. Coşkun Karademir, Erdal Erzincan kimi ifaçıları dinləməyə başladım. Sonra fars musiqisinin qapısını açdım. Bir çox fars musiqisini repertuarıma daxil etdim. Bu yolla Azərbaycan etnik musiqisinə nüfuz etdim. Alim Qasımov Fransada konsert proqramı ilə çıxış edirdi. İfalarını dinləyib sanki sehirləndim. Ən maraqlısı da odur ki, Alim Qaımovun balaban ifaçısı Rafael Əsgərovun ifasını təkrarlamaq istəyirdim.

- Xüsusən də balaban ifa etməyin, hissələrini tapmağın mümkünsüz olduğu ölkədə...

- Doğrudur. Amma bu alətdə muğam ifa etməyi öyrənmək üçün qanım qaynayırdı. Parisdə yaşayan erməni musiqiçiyə müraciət etdim. O, duduk ifaçısıdır, universitetdə müəllim kimi çalışır. Bir müddət mənə alətin texnikasını, öyrətdi. Amma dönə-dönə vurğuladı ki, əgər balabanda gözəl ifa etmək, muğamın sirlərini dərindən mənimsəmək istəyirsənsə, mütləq Azərbaycana getməlisən.

- Çox təəccüblüdür. Bu etirafı sizə bir erməni etdi?

- Bəli, bəli. O dedi ki, mən sənə bundan artığını öyrədə bilməyəcəm. Azərbaycan bu alətin də, musiqinin də vətənidir.

- Və siz buradasınız.

- Bəli. Azərbaycanın məşhur xanəndəsi Qoçaq Əsgərovla tanış olduq. İfasına vurulduğum Rafael Əsgərovla görüşdük. Səfərimin əsas məqsədi balaban, zurna və digər milli nəfəs alətlərinizdə peşəkar səviyyədə ifanın dərinliklərini öyrənməkdir. Həmçinin mən qrupumla birgə dünya musiqilərini sintez edirəm. Fransız etno musiqisi ilə muğam ifasının vəhdəti yəqin ki, hər kəsin zövqünü oxşayacaq. Fransada Azərbaycan muğamının təbliği üçün bu gözəl fürsətdir.

- Kifayət qədər məşhur musiqiçisiniz. Sırf öz ölkənizdə yaşayıb, caz ifa edərək də kifayət qədər böyük auditoriya tərəfindən sevilə bilərsiniz. Sizsə şərq musiqisini sıfırdan öyrənib daha çətin yola əl atmısınız. Bu istəyinizin kökündə mütləq ali səbəb durur...

- Bilirsiniz, Avropa musiqisi gözəldir, yüksək zövqün məhsuludur, amma təəssüf ki, artıq musiqinin modeli itmək üzrədir. Əsrlər keçdikcə daha da yüngülləşir, sadələşir, ənənələr itir. Milli ifalar edən musiqiçilərin sayı azalır. Muğamda isə hər şey fərqlidir. Sən artıq keçmişlə əlaqə qurduğunun fəqinə varırsan. Bu sevdiyin əcdadlarının yadigarıdır, onu şəklini dəyişdirmirik, çətin də olsa, olduğu kimi saxlayaraq bir az da bəzəmək istəyirsən. Bu, tam başqa dünyadır. Yəqin ki, mən də o dünyanın bir parçasıyam.

- Qəlbinizdəki dərin muğam sevgisini də götürüb ölkəmizə gəldiniz. Maraqlıdır, Bakıya ayaq basanda məyus olmadınız?

- Əsla. Şəhəriniz, insanlarınız, mətbəxiniz, hətta çayınız da doğmadır. Tam da arzuladığım məkana qovuşdum.

- Bizdə belə bir deyim var ki, muğamı dinləyən, sevən insan heç vaxt bəsit düşünə bilməz. Muğamdan öncəki Silvanla sonrakı Silvan arasında nə kimi fərq duyursunuz?

- Əvvələr həyatım daha səs-küylü idi. Şəhərin mərkəzində yaşayırdım, dostlarımla tez-tez görüşürdüm. Zurna və balaban ifa etməyə başlayandan sonra isə meşədə bir evə köçüb orada studiya qurdum. Tək yaşayıram, ətrafım isə canlı təbiətlə əhatə olunub. Həm də əminəm ki, lap gecənin bir aləmində oyanıb zurna ifa etsəm, heç kimi narahat etməyəcəm.

- Xüsusən də Fransa kimi ölkədə...

- (Gülür) Bəli.

- Azərbaycan qadını ilə fransız qadınını nota çevirsək hansı janrlar yaranacaq?

- Çox çətin bir o qədər də gözəl sualdır. Çox düşünmək lazımdır... Məncə, fransız qadını caz kimi, şeir kimi həzindir. Amma Azərbaycan qadını mütləq muğam üzərində köklənib. Orada avaz da var, gözəl eşq misraları da. Səs isə lap qədimdən gəlir.
Erməni məşhur fransızı Bakıya niyə göndərdi? - İNANILMAZ ETİRAFLAR


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1291   Tarix: 19 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ofisiantların ölümünə görə tutulan icarədarın həbs müddəti artırıldı

Binəqədidə 4 gəncin elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı həbs edilən "Lake Hotel"in icarədarı Ağasif Verdiyev yenidən məhkəməyə çıxarılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, prokuror cinayət işi üzrə zəruri istintaq hərəkətlərinin davam etməsi ilə əlaqəda

19 dekabr
.

Sabah hava necə olacaq?

Azərbaycanda dekabrın 21-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəz

20 dekabr
.

Ağakərimdən danışan Ağamirzə: "Sonuncu dəfə 5 il bundan əvvəl danışmışıq"

"Biz Ağakərimə mütəmadi olaraq baş çəkirdik. 10-20 gündən bir biz onu ziyarət edirdik. Demək olar ki, hər gün oğlu ya da bacısı oğlanları ilə telefonla danışırdıq". Qaynarinfo xəbər verir ki, bu sözləri "Xəzər axşamı" verilişinə açıqlaması zamanı meyxanaçı Ağamirzə Məmmədov deyib

20 dekabr
.

"Dəyirman"ın Anarı bu qurumda yüksək vəzifədə çalışır - Foto

Məşhur "Dəyirman" qrupunun keçmiş üzvü Anar Abdullayev qurumların birində yüksək vəzifədə çalışır. xəbər verir ki, bununla bağlı məlumat yayıb. Bildirilib ki, o, 2023-cü ildən "AzerGold" QSC-də müşavir kimi fəaliyyət göstərir. Qeyd olunub ki, "Dəyirman" qrupu dağıldıqda

20 dekabr
.

Meyxanaçı Kərim dəfn edilidi (FOTO)

Meyxanaçı Kərim Novruzov Maştağa qəsəbəsində yerləşən Seyidəli qəbiristanlığında dəfn olunub. APA xəbər verir ki, dəfn mərasimində mərhumun ailə üzvləri və sənət dostları iştirak ediblər. Qeyd edək ki, Kərim Novruzovla vida mərasimi yaşadığı evdə keçirilib. Xatırladaq ki, o, dünən uzun sürən xəstəlikdə

20 dekabr
.

Bəzi şəxslər 100 manatlıq bu rüsumu ödəməyəcək

Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmaların əhatə dairəsi genişləndirilir. xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dövlə

19 dekabr
.

Azərbaycanda əsgərlik müddəti azaldılacaq - Ekspert AÇIQLADI

Azərbaycanda hərbi xidmət müddətinin azaldılması məsələsi artıq ictimai müzakirə mərhələsini geridə qoyub və real mexanizmə çevrilmək üzrədir. Bu addım ölkənin ərazi bütövlüyü və suverenliyinin təmin olunmasından sonra gündəmə gələn təbii və zəruri proseslərdən biridir. xəbər verir ki, bu sözləri -

20 dekabr
.

"2 500-dək tibbi avadanlıq, cihaz və tibbi inventarlar satın alınıb" - Vüqar Qurbanov

"2025-ci ilin ötən dövrü ərzində tibb müəssisələrinin fəaliyyətinin optimallaşdırılması, diaqnostik və müalicə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə müxtəlif profilli tibb müəssisələrinin ehtiyacları nəzərə alınaraq, diaqnostik, reanimasiya, laboratoriya, cərrahi, fizioterapiya v

19 dekabr
.

Bu restoranların menyularında "dəvə qutabı" olsa da, özü yoxdur... - Fotolar

Daxil olan müraciətlər əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Sumqayıt şəhəri, Sahil küçəsində fəaliyyət göstərən bir sıra ictimai iaşə obyektlərində reyd keçirib. "Qafqazinfo" xəbər verir ki, yoxlama zamanı "Nicat" restoranı və "Balıqçı" kafesində "dəv

20 dekabr