"Maaşlar artırsa bazarlarda qiymətlər qalxacaq" iddialarına - CAVAB
2019-cu ilin əvvəlindən əməkhaqları, pensiyalar, təqüdlər artırılır, nəticədə əhalinin gəlirləri artır. Dünən Prezidentin imzaladığı sərəncamlar ilə də, müəllimlərin, hərbiçilərin, dövlət büdcəsindən maliyyələşən bəzi təşkilatlarda çalışanların əməkhaqları artırılıb. Bu məqsədlə büdcədən illik əlavə 1 milyard manat xərclənəcəkdir. Bir çoxları hesab edir ki, əhalinin gəlirlərinin artması inflyasiyanı yüksəldəcəkdir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı iddialara cavab verib. Onun sözlərinə görə, indiki halda əhalinin gəlirlərinin artması inflyasiya təhlükəsi yarada bilməz:
"Həmişə iqtisadçıları qorxudan bir məsələ var: Əhalinin gəlirləri artırsa inflyasiya yüksələ bilər. Onda sual ayarana bilər ki, əhalinin gəlirləri artırsa, bəs nə üçün inflyasiya 2,4%-dir və getdikcə aşağı düşür?! Səbəb ondan ibarətdir ki, bu sosial paketlərin emissiya effekti yoxdur (əlavə pul çap edilib dövriyyəyə buraxılmır - red). Biz iqtisadiyyatdan qazandığımız pulu xərcləyirik. Əgər qazanılmamış pul xərcləsəydik, iqtisadi artımdan çox gəlirləri artırsaydıq inflyasiya yüksələ bilərdi. Bu il təqdim edilən sosial paketlər 2019-cu ilin büdcəsində artıq oturub. Bu xərclərin gəlirləri təmin olunub. Gəlir təmin edilmədən xərclər artırılsa dövlət büdcəsinin kəsiri yaranar. Bu kəsir avtomatik inflyasiyaya gətirib çıxarda bilər. İndiki halda əhalinin gəlirlərinin artması inflyasiya təhlükəsi yarada bilməz. Əksinə inflysiya 2,4%-dir. İnflyasiyanın bu həddə olması iqtisafi inkişafa və sosial rifaha uyğun səviyyədir".
Mənbə: Marja.az
Vüsal Qasımlı əlavə edib ki, bu il Azərbaycanda iqtisadi artım tempi 3% civarındadır. Amma dövlət büdcəsinin gəlirləri qeyri-neft sektorunun hesabına dah çox - 15-20% çox artır.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşToylara icazənin verilməsi qızıl bazarına necə təsir edəcək? - AÇIQLAMA
Xəbər verdiyimiz ki, iyulun 1-dən ölkəmizdə toylara icazə verilib. Bu, təbii ki, qızıl satışının artımı deməkdir. Bəs qızıl satışında uzunmüddətli durğunluqdan sonra bahalaşma ola bilərmi?. Məsələ ilə bağlı -a açıqlama verən iqtisadçı-ekspert Elmir Səfərli bildirib ki, qızıl satışında bahalaşma gözlənilmir:
6 iyul 2021Azərbaycanlılar 1 ayda bu ölkədə 131 MƏNZİL ALIB
2021-ci ilin yanvar-aprel aylarında azərbaycanlılar Türkiyədə 382 mənzil alıblar. 2020-cu ilin eyni dövründə azərbaycanlılar Türkiyədə 319 mənzil almışdılar. istinadən xəbər verir ki, azərbaycanlılar Türkiyədə 2021-ci ilin yanvar ayında 68 mənzil, fevral ayında 77 mənzil, Mart ayında 106 mənzil, Apre
13 may 2021Azərbaycanın əsas ixrac-idxal tərəfdaşları AÇIQLANDI
2021-ci ilin yanvar-mart aylarında Azərbaycanın məhsul ixrac və idxal etdiyi əsas ölkələr məlum olub. xəbər verir ki, qeyd olunan müddət ərzində ixracın 35,5 faizini İtaliyaya, 17,9 faizini Türkiyəyə, 8,4 faizini Hindistana, 6,3 faizini Gürcüstana, 4,4 faizini İspaniyaya, 3,3 faizini Rusiyaya, hər bir
16 may 2021Türkiyə Azərbaycana və Orta Asiyaya yeni nəqliyyat marşrutu açır
Türkiyə Azərbaycanla və Orta Asiyanın türk cümhuriyyətləri ilə əlaqəni təmin edən yeni nəqliyyat marşrutu açır. "Report" Türkiyə mətbuatına istinadən xəbər verir. Məlumatda deyilir ki, beynəlxalq "P&O Maritime Logistics" şirkətinin yeni gəmiçilik marşrutu Xəzər dənizi vasitəsil
22 may 2021Bitkoin yenə bahalaşdı
Dünyanın ən bahalı kriptovalyutası olan bitkoinin qiyməti bahalaşıb. xəbər verir ki, bu barədə "CoinMarketCap" məlumat yayıb. Məlumata görə, bitkoinin dəyəri 1.79 faiz artaraq 44.55 min dollar olub
8 avqust 2021Azərbaycan nefti kəskin ucuzlaşdı
Azərbaycan neftinin qiyməti kəskin ucuzlaşıb. "Azeri Light" markalı neftin bir bareli 4,78 ABŞ dolları və ya 6,45 faiz ucuzlaşıb. Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 69,33 ABŞ dolları təşkil edib. Qeyd edək ki, "Azeri Light" markalı neftin bir barelini
20 iyul 2021İran azad olunan Azərbaycan ərazilərinə yaxın məkanda bazar yaradır
İran Azərbaycanın işğaldan azad olunan ərazilərində yaxın məkanda tikinti materialları bazarının yaratmaq niyyətindədir. Bunu Trend-ə açıqlamasında İranın Şərqi Azərbaycan valisinin iqtisadi məsələlər üzrə müavini Əli Cahangiri deyib. Ə.Cahangirinin sözlərinə görə, İranın Şərqi Azərbaycan vilayətind
13 iyul 2021