Maaşlar yaxın vaxtlarda yenə qalxacaq - DEPUTATLARDAN ANONS

Maaşlar yaxın vaxtlarda yenə qalxacaq - DEPUTATLARDAN ANONSÖlkə prezidenti son bir il ərzində ikinci dəfədir ki, ölkədə minumum əməkhaqqını artırır, minimum əməkhaqqı 250 manata qədər qaldırılır.

Dövlətdən maliyyələşən təşkilatların hamısında maaşların artırılması cəmiyyətin, demək olar ki, bütün üzvlərinin sosial rifahına ciddi şəkildə təsir edir və edəcək.

Bunu Oxu.Az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

"Ona görə ki, insanlar artan gəlirlərini artıq özlərinin həyatı, yaşayışı, sağlamlığı, gələcək təhsili, gələcək planları ilə bağlı arzularının həyata keçirilməsinə, gerçəkləşməsinə xərcləyəcək", - deyən millət vəkili qeyd edib ki, bu artım çox ciddi rəqəmdir və bunun inflyasiyaya gətirib çıxaracağı real deyil.

"O baxımdan ki, bunlar cənab prezidentin düşünülmüş iqtisadi siyasətinin nəticəsidir.
Aparılan islahatlar büdcəyə böyük pulların gəlməsinə səbəb olur və bu pullar əgər əvvəllər ölkədə infrastrukturun yaranmasına, manatın stabil qalmasına, sahibkarlığın dəstəklənməsinə yönəldilirdirsə, bu, artıq ikinci mərhələdir, bunlar insanların sosial rifahının yaxşılaşmasına yönəlmiş addımlardır. Bu, onu göstərir ki, cənab prezident hər bir azərbaycanlının sosial vəziyyətinin yaxşlaşmasını diqqət mərkəzində saxlayır.

Həmçinin, bu, heç də axırıncı artım, rəqəm deyil, tamamilə gözləniləndir ki, çox yaxın müddətdə yenidən əməkhaqları qalxsın. Bir gündə 17 sərəncam imzalandı və digər sahələrlə bağlı sərəncamların verilməsi gözləniləndir.

Cənab prezidentin inqilabi sərəncamları göstərdi ki, Azərbaycan dövləti öz vətəndaşını düşünür, onun sosial vəziyyətinin yaxşı olmasına çalışır və Azərbaycan vətəndaşlarının güzəranının yaxşılaşması Azərbaycan dövlətinin əsas qayəsi olaraq qalır", - deyə millət vəkili əlavə edib.

Millət vəkili Eldəniz Səlimov hesab edir ki, ölkə rəhbəri son sərəncamları ilə hər bir Azərbaycan vətəndaşının yanında, onun sosial-iqtisadi durumunun yaxşılaşmasında maraqlı olduğunu göstərdi.

Onun sözlərinə görə, 18 iyunda imzalanmış sərəncamlar Azərbaycan əhalisinin, ölkə vətəndaşlarının önəmli bir təbəqəsinin sosial-rifah halının yaxşılaşmasına müsbət təsirini göstərəcək.

"Bu sərəncamlar tarixi və inqilabi sərəncamlardır. Hamısı birbaşa ölkə vətəndaşlarının, Azərbaycan əhalisinin rifahına, həyat şəraitinin yaxşılaşmasına yönəlmiş addımlardır. İnkişaf, tərəqqi edən, çiçəklənən Azərbaycanımıza da məhz bunlar yaraşır.

İnkişaf, tərəqqi, çiçəklənmə birtərəfli ola bilməz, bunlar məhz ilk növbədə həmin ölkənin dayaqları sayılan insanların həyatında, yaşayışında özünü göstərməlidir. Azərbaycanda da məhz belədir, bunlar qoşa qanad kimi birlikdə addımlayır, həm ölkəmiz, iqtisadiyyatımız inkişaf edir, həm də insanlarımızın həyat şəraiti, güzəranı yaxşılaşır.

Hesab edirəm ki, bunlar sonuncu olmayacaq, indiyə kimi olduğu kimi, bundan sonra da bu addımlar davamlı xarakter daşıyacaq. Buna ölkəmizin hər cür potensialı və imkanı var", - deyə E.Səlimov vurğulayıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1687   Tarix: 19 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ofisiantların ölümünə görə tutulan icarədarın həbs müddəti artırıldı

Binəqədidə 4 gəncin elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı həbs edilən "Lake Hotel"in icarədarı Ağasif Verdiyev yenidən məhkəməyə çıxarılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, prokuror cinayət işi üzrə zəruri istintaq hərəkətlərinin davam etməsi ilə əlaqəda

19 dekabr
.

Sabah hava necə olacaq?

Azərbaycanda dekabrın 21-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəz

20 dekabr
.

Ağakərimdən danışan Ağamirzə: "Sonuncu dəfə 5 il bundan əvvəl danışmışıq"

"Biz Ağakərimə mütəmadi olaraq baş çəkirdik. 10-20 gündən bir biz onu ziyarət edirdik. Demək olar ki, hər gün oğlu ya da bacısı oğlanları ilə telefonla danışırdıq". Qaynarinfo xəbər verir ki, bu sözləri "Xəzər axşamı" verilişinə açıqlaması zamanı meyxanaçı Ağamirzə Məmmədov deyib

20 dekabr
.

"Dəyirman"ın Anarı bu qurumda yüksək vəzifədə çalışır - Foto

Məşhur "Dəyirman" qrupunun keçmiş üzvü Anar Abdullayev qurumların birində yüksək vəzifədə çalışır. xəbər verir ki, bununla bağlı məlumat yayıb. Bildirilib ki, o, 2023-cü ildən "AzerGold" QSC-də müşavir kimi fəaliyyət göstərir. Qeyd olunub ki, "Dəyirman" qrupu dağıldıqda

20 dekabr
.

Meyxanaçı Kərim dəfn edilidi (FOTO)

Meyxanaçı Kərim Novruzov Maştağa qəsəbəsində yerləşən Seyidəli qəbiristanlığında dəfn olunub. APA xəbər verir ki, dəfn mərasimində mərhumun ailə üzvləri və sənət dostları iştirak ediblər. Qeyd edək ki, Kərim Novruzovla vida mərasimi yaşadığı evdə keçirilib. Xatırladaq ki, o, dünən uzun sürən xəstəlikdə

20 dekabr
.

Bəzi şəxslər 100 manatlıq bu rüsumu ödəməyəcək

Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmaların əhatə dairəsi genişləndirilir. xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dövlə

19 dekabr
.

Azərbaycanda əsgərlik müddəti azaldılacaq - Ekspert AÇIQLADI

Azərbaycanda hərbi xidmət müddətinin azaldılması məsələsi artıq ictimai müzakirə mərhələsini geridə qoyub və real mexanizmə çevrilmək üzrədir. Bu addım ölkənin ərazi bütövlüyü və suverenliyinin təmin olunmasından sonra gündəmə gələn təbii və zəruri proseslərdən biridir. xəbər verir ki, bu sözləri -

20 dekabr
.

"2 500-dək tibbi avadanlıq, cihaz və tibbi inventarlar satın alınıb" - Vüqar Qurbanov

"2025-ci ilin ötən dövrü ərzində tibb müəssisələrinin fəaliyyətinin optimallaşdırılması, diaqnostik və müalicə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə müxtəlif profilli tibb müəssisələrinin ehtiyacları nəzərə alınaraq, diaqnostik, reanimasiya, laboratoriya, cərrahi, fizioterapiya v

19 dekabr
.

Bu restoranların menyularında "dəvə qutabı" olsa da, özü yoxdur... - Fotolar

Daxil olan müraciətlər əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Sumqayıt şəhəri, Sahil küçəsində fəaliyyət göstərən bir sıra ictimai iaşə obyektlərində reyd keçirib. "Qafqazinfo" xəbər verir ki, yoxlama zamanı "Nicat" restoranı və "Balıqçı" kafesində "dəv

20 dekabr