Gözmuncuğu, at nalı… - İnsanların əşyalarla bağlı İNANCLARI

Gözmuncuğu, at nalı… - İnsanların əşyalarla bağlı İNANCLARIGözmuncuğu İslamdan əvvəl də var idi. Cahiliyyə dövründə uşaqların çiyninə, yaxasına çoxlu gözmuncuğu asılırdı və elə düşünürdülər ki, həmin muncuqlar uşağı xata-baladan qoruyur. Halbuki, gözmuncuğu adlanan rəngli daşlar, şüşələr adi əşyadan başqa bir şey deyil. Həmin əşyalar isə nə bir ziyanın qarşısını almaq, nə də bir xeyir gətirmək xassəsinə malikdir.

Bəzi alimlər gözmuncuğundakı mavi rəngin gözdən və ya beyindən şüalanan dalğaları udduğunu iddia edirlər. Ancaq təəssüf ki, bu iddianın heç bir elmi əsası yoxdur və sadəcə olaraq, bir iddia kimi qalır.

Dinşünas Hacı Şahin Həsənli də Modern.az-a açıqlamasında bu kimi inancların möhfumatdan ibarət olduğunu bildirib:

"İnsanların əşyalar tərəfindən qorunması tamamilə yanlışdır. Bunun dini və məntiqi statusu yoxdur. İnsan qorunmaq üçün Allaha sığınmalı, ona təvəkkül etməlidir. Gözmuncuğu və bu kimi əşyalardan kimlərsə qazanc kimi istifadə edirlər, satışa çıxarıb pul qazanırlar. Gözmuncuğu ilə yanaşı, at nalından da geniş istifadə olunur. İnsanlar evlərindən at nalını asmaqla evlərini, özlərini nəzərdən qoruduqlarına inanırlar. İnsanlar əşyalara sığındıqda Allaha şərik qoşmuş olurlar. Heç bir əşyanın insanı qorumaq iqtidarı, qabiliyyəti yoxdur və bu kimi inanclar insanların Allaha olan inancını süni istismar etmək deməkdir".

AMEA-nın Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin elmi işçisi Atif İslamzadə qeyd edir ki, inanclarımız xalq mədəniyyətimizdə mühüm yer tutur:
"İnsanların inancaları olmasa, həyata baxışı zəif olur, təbiət etibarı ilə kamil insan deyil, naqis insan hesab olunur. İnanclar müxtəlif cür olur. Onlardan biri də nəzərdəymə məsələsi ilə bağlıdır. Bu, həm folklorumuzda, həm də yazılı ədəbiyyatımızda geniş yer tapıb. Bu barədə mənim düşüncəm tamam fərqlidi. Ümumiyyətlə, bu inanclar bütpərəst mədəniyyətindən gələn inanclardır. Bunlar əşyalara pərəstişdən mədəniyyətə çevrilmiş məsələlərdir.
Gözmuncuğu və bu kimi inanclarla zəif şəkildə insanları İslamdan ayırıb Allahın buyurduqlarından uzaqlaşdırmağa çalışırlar".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2279   Tarix: 19 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Dünyanın ən böyük təyyarəsi yaradılacaq

"WindRunner" yük təyyarəsi yaradıcılarının planlaşdırdığı kimi, dünyanın ən böyük təyyarəsi olacaq. Onun ölçüləri futbol meydançasının ölçüsünü üstələyir. Belə bir təyyarəyə iki kilometr uzunluğunda uçuş-enmə zolağı lazımdır. "WindRunner" nəhəng külək turbinli qanadları ilə bərp

17 mart
.

Ramazan ayı ilə bağlı suallara cavab: Azan oxunarkən yemək olar? - VİDEO

Martın 11-dən dünya müsəlmanlarının müqəddəs ayı olan Ramazan başlayıb. Bəs müsəlmanların həyatında Ramazanın önəmi nədən ibarətdir?. Ramazan ayında oruc tutmaq islamın tələb etdiyi əsas beş şərtdən biridir. Orucun 624-cü ildə Məhəmməd peyğəmbər tərəfindən təsis edildiyi güman edilir. Rəvayətə görə

17 mart
.

Xalçalardakı bu saçaqlar nə üçündür?

Evlərin bir çox aksesuarla yanaşı, xalçalar da ən vacib əşyalardan biridir. Xalçaların kənarındakı saçaqları əksər insanlar bəzək məqsədilə tikildiyini düşünürlər. Texnologiya bu qədər inkişaf etməmişdən əvvəl xalçaçılıqla tanınan Azərbaycanda saysız-hesabsız xalça modelləri var. Əksər xalça modellərini

24 mart
.

Balıq niyə limonla yeyilməlidir? Beş əsas SƏBƏB

Restoranlarda balıq və dəniz məhsulları yeməkləri bir səbəbə görə limonla verilir. xarici KİV-ə istinadən bildirir ki, aşpaz Yuliya Arxipova balıq yeməklərinin nəyə görə limonla yeyilməsinin səbəbini açıqlayıb. Birincisi, gözəldir. Balıq yeməklərini bəzəmək üçün göyərti, bibər, pomidor da istifadə ed

24 mart
.

Azərbaycanda ŞOK: 17 milyona nömrə satılır

Azərbaycanda fantastik qiymətə mobil nömrə satılır. xəbər verir ki, yerli saytların birində yerləşdirilən elanda mobil operatorlardan birinə məxsus nömrənin satış qiyməti fiziki şəxslər üçün 1 milyon 700 min manat təşkil edib. Məlumatda bildirilib ki, bu nömrə hüquqi şəxslər üçün 17 milyon manatdır

16 mart
.

Hansı xəstəlikləri olan şəxslər oruc tuta bilməzlər? - Həkim AÇIQLADI

"Ürək-damar sistemi xəstəlikləri olan pasiyentlər xüsusilə oruc tutarkən diqqətli olmalıdırlar". xəbər verir ki, bunu Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının həkim-kardioloqu Mehriban İsgəndər bildirib. O, hansı hallarda ürək-damar sistemi xəstəlikləri olan pasiyentlər

16 mart
.

Bu hərəkətlər digər sürücüləri ÇOX BEZDİRİR – 3 SƏHV

Bəzi təcrübəsiz və ya təkəbbürlü sürücülər nəqliyyat vasitəsini idarə edərkən digər sürücülərin ciddi qıcıqlanmasına səbəb olan hərəkətlər edirlər. Bu manevrlər təkcə münaqişəli vəziyyət yaratmaqla kifayətlənmir. Başqa bir mənfi məqam isə qəzaya düşmə riskidir. Yəni bu hərəkətlər yol-nəqliyyat vəziyyətin

17 mart
.

Bazarlarda Xəzər dənizindən tutulmuş yerli balıqlar tapılmır - VİDEO

Bazarlarda Xəzər dənizindən tutulmuş yerli balıqları tapmaq müşkülə çevrilib. -ın məlumatına görə, çeşid çox olsa da, müştərilərə ya xaricdən gətirilmiş, ya da süni göllərdə yetişdirilmiş balıqlar təklif olunur. Satıcılar deyirlər ki, hər il bu vaxtlarda bazarlarda Xəzər fareli və kefalı, növbəti ayda

24 mart
.

105-ci dəfə nənə oldu

Lvov Regional Kliniki Perinatal Mərkəzdə həm həkimlər, həm də yerli sakinlərin marağına səbəb olan əlamətdar hadisə baş verib. Əslən Rovenşina vilayətindən olan 46 yaşlı Lvov sakininin 105-ci nəvəsi - Pavel adlı oğlan doğulub. -ın xarici mətbuata istinadla xəbərinə görə, bu qadının hekayəsi heyrətamizdir

20 mart