"Yol polisini hər adama etibar etmək olmaz" - Deputatdan generalla bağlı münasibət

"Yol polisini hər adama etibar etmək olmaz" - Deputatdan generalla bağlı münasibətÖlkə başçısı İlham Əliyevin ötən ildən start verdiyi struktur islahatları iyunun 20-də imzaladığı sərəncamlarla davam etdirildi. Ölkə rəhbərinin qərarı ilə daxili işlər naziri Ramil Usubovu Vilayət Eyvazov əvəz etdi, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev müdafiə sənayesi naziri postuna aparıldı. Onu DTX-da Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini, general-mayor Əli Nağıyev əvəzlədi.

Hökumət nümayəndələri struktur islahatlarının davam etdiriləcəyini, daha bir neçə vəzifəli şəxsin vəzifədən azad ediləcəyini bildirir. Müzakirələrdə adı hallananlardan biri də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru, 68 yaşlı Ramiz Zeynalovdur. R.Zeynalov 25 ildir bu vəzifədədir...

Milli Məclisin deputatı Fazil Mustafa Modern.az-a deyib ki, vəzifə yox, o vəzifəyə nə dərəcədə layiq olmaq önəmlidir:

"Son təyinatlar ona görə cəmiyyətdə normal dəstəklə qarşılandı ki, həmin vəzifələrə peşəkarlar gətirildi. Ramiz Zeynalov da Azərbaycanda bu sahədə ən peşəkar məmurlardan biridir və öz sahəsinə yüksək səviyyədə xidmət edir. Yol hərəkətinin tənzimlənməsi çox ağır sahədir. Bu vəzifəyə kimi gəldi təyin etmək, yolu kimə gəldi etibar etmək olmaz. Məhz təcrübəsinə, peşəkarlğına görə Ramiz Zeynalov uzun müddətdir bu vəzifədə təmsil olunur. Hesab edirəm ki, bundan sonra da etimad göstərilə bilər".

F.Mustafa Ramiz Zeynalovun vəzifədən göndəriləcəyi üzərində formalaşdırılan fikirlərin anlaşılan olmadığını vurğulayıb.

General Ramiz Zeynalov 25 ildir ki, respublikanın yol polisinə rəhbərlik edir. Yerli media illərdir general Ramiz Zeynalovun Baş Dövlət Yol Polisi İdarəsinin rəisi vəzifəsindən azad ediləcəyini yazsa da, hələ ki bu proqnozların heç biri özünü doğrultmur.

Ramiz Zeynalov 1951-ci il fevralın 19-da Tovuz rayonunun Qovlar qəsəbəsində anadan olub. 1968-ci ildə Qovlar qəsəbəsi orta məktəbini, 1973-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki ADİU), 1985-ci ildə isə SSRİ Daxili İşlər Nazirliyi Polis Akademiyasının Rostov filialını bitirib.

Əmək fəaliyyətinə 1973-cü ildə Dövlət Plan Komitəsinin Elmi-Tədqiqat İqtisad İnstitutunda elmi işçi kimi başlayıb. 1974-1975-ci illərdə sovet ordusu sıralarında hərbi xidmətdə olub. 1975-ci ildən yenidən həmin institutda fəaliyyətini davam etdirib.1976-cı ildə daxili işlər orqanlarında işə qəbul edilib. 1976-cı ildən Azərbaycan SSR Daxili İşlər Nazirliyində inspektor, Cinayət Axtarışı İdarəsində əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, bölmə rəisi, şöbə rəisi, Baş Nəqliyyat Polis İdarəsi rəisinin əməliyyat üzrə müavini, həmin idarənin rəisi, 1994-cü ildə isə DİN Xüsusi İnspeksiyasının rəisi vəzifələrində çalışıb.
1994-cü ilin avqust ayından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisidir.

Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2003-cü il tarixli Fərmanı ilə "polis general-mayoru" rütbəsi verilib. 1995-ci ildə "İgidliyə görə" medalı, 2006-cı ildə isə "Vətən uğrunda" medalı ilə təltif edilib.

Ailəlidir, bir övladı var.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2263   Tarix: 24 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Ölən öləcək, qalan qalacaq, həyat davam edir" - Rəşid Mahmudov pandemiyadan danışdı

Mütəxəssislər havaların soyuması ilə əlaqədar olaraq yoluxma sayının artacağını proqnozlaşdırırlar. Bununla bağlı artıq həyəcan təbili çalınır. Maraqlıdır insanların qapalı məkanlarda toplaşması, məktəblərin açılması həqiqətənmi yoluxmanı artıracaq?. Tibb Universitetinin dosenti, Əməkdar müəllim Rəşi

17 sentyabr 2021
.

TƏBİB-ə yeni səlahiyyət verildi

Doğumun qeydə alınması qaydası dəyişib. Bu haqda məlumat Baş nazir Əli Əsədovun imzaladığı "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"da öz əksini tapıb. Dəyişikliyə əsasən, doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri

17 sentyabr 2021
.

Vətən müharibəsinin 22 iştirakçısı polis oldu

Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua

17 sentyabr 2021
.

Çörək əvvəlki qiymətinə qaytarıldı - YENİLƏNİB

"Çörəkçi" zavodu da çörəyin satışını əvvəlki qiymətə qaytarıb. Şirkətin hüquq departamentinin direktoru Akif Abbasov -ın redaksiyası ilə əlaqə saxlayaraq bildirib ki, təmsil etdiyi şirkət də çörəyin satışında əvvəlki qiyməti bərpa edib. O, çörəyin satış qiymətinin əvvəlki qiymətə qaytarılmasın

17 sentyabr 2021
.

Azərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO

Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb

17 sentyabr 2021
.

Ermənilər Nizaminin büstünü bu hala salıb - VİDEO

Məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqəti işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsini sosial şəbəkə hesabı vasitəsilə dünyanın diqqətinə çatdırıb. qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqramda dahi Azərbaycan şairi Nizami Gəncəvinin dağıdılmı

17 sentyabr 2021
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşdü

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışını aparır. Qeyd edək ki, əslən Azərbaycanın Ağdam rayonununda

18 sentyabr 2021
.

Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say

17 sentyabr 2021
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18 sentyabr 2021