Gülnarə 1 milyarddan çox dolları geri qaytarır

Gülnarə 1 milyarddan çox dolları geri qaytarırÖzbəkistanın keçmiş prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimova 1.2 milyard dolları dövlətə qaytardığını, ölkədən xaricdəki pullarını da büdcəyə qaytarmaq istədiyini bildirib.

Sonxeber.az "Ölkə.Az"a istinadla xəbər verir ki, Özbəkistanın paytaxtı Daşkənd yaxınlığındakı bir həbsxanada cəzasını çəkən Kərimova qızı İmanın sosial şəbəkədəki səhifəsi vasitəsilə yazılı açıqlama verib.

Son dövrlərdə çox dəyişdiyini, özünü təmizə çıxarmaq üçün cəhd etmədiyini qeyd edən Kərimova "Xalqımdan, məni başa düşən və hörmət edən bütün insanlardan üzr istəyirəm" yazıb. Kərimova bildirib ki, büdcəyə qaytardığı pulların Özbəkistanın inkişafına təsir edəcəyinə inanır.
"Ölkədəki 1.2 milyard dollarlıq sərmayə çoxdan mənim nəzarətimdən çıxaraq dövlət büdcəsi üçün işləyir. İsveçrədə dondurulan hesabımdakı pul isə sadəcə mənim həll edə biləcəyim bir iş deyil. Bu pulu digər ölkələr də tələb edir. Mən vəkilimlə 131 milyon dolların geri gətirilməsi üçün əlimizdən gələni edirik. 555 milyon dollarlıq məbləğ üçün də işə başlamışıq. Sağlamlığımla bağlı problemlərim var. Əməliyyat lazımdır və bunun üçün prezident Şevket Mirziyoyevə müraciət etmişəm", - deyə Kərimova əlavə edib.

Gülnarə 2017-ci ildə Özbəkistan məhkəməsi tərəfindən korrupsiya, rüşvət, fırıldaqçılıq, ticarət və gömrük qanunlarını pozma və digər maddələrlə ittiham edilərək 10 il müddətinə həbs cəzası alıb. Sonra dövlətə vurduğu ziyanı ödəməklə cəzası 5 ilə endirilib və həbs cəzası verilib. Amma mart ayında məhkum edildiyi ev həbsi şərtlərini pozduğu üçün həbsxanaya göndərilib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 1336   Tarix: 25 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Putin Paşinyanla görüşəcək

Rusiya Prezidenti Vladimir Putin mayın 8-də Ermənistanın baş naziri Nikol Paşinyanla ikitərəfli görüş keçirəcək. Bu barədə jurnalistlərə Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov bildirib. "İnauqurasiyanın ertəsi günü prezident ilk böyük beynəlxalq tədbiri, yəni Avrasiya İqtisadi Şurasını

6 may
.

Fironların istirahət etdikləri yer aşkar edilib - FOTO

Arxeoloqlar Sinay səhrasında fironlar və ordular üçün 3500 illik istirahət yeri aşkar ediblər. Çiy kərpicdən tikilmiş saray II Tutmosun (e.ə. 1479-1425) hakimiyyəti dövründə qədim Misir qoşunlarının və ehtimal ki, fironun ailəsinin yerləşməsi üçün tikilmişdir. Bunu onun adı olan yazılar göstərir. O

6 may
.

Ermənistanda Rusiya kanallarının yayımı dayandırıla bilər

Ermənistanda Rusiya kanallarının yayımı dayandırıla bilər. TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirib. O, qeyd edib ki, Rusiya telekanalları Ermənistanın daxili həyatına hörmətsizlik etsələr, onların yayımı qadağan olunacaq. "İmzalanmı

7 may
.

Vladimir Putin Rusiya prezidenti vəzifəsinin icrasına başladı - YENİLƏNİB - VİDEO

Rusiyada 2024-cü ilin martında dövlət başçısı seçilən Vladimir Putin beşinci dəfə Rusiya prezidenti olub. Rusiya mətbuatına istinadən xəbər verir ki, Putin Rusiya xalqına sədaqət andı içdikdən sonra prezident postuna keçib və vəzifəsinin icrasına başlayıb. Qanuna görə, o, növbəti 6 il ərzində dövlət

7 may
.

KİV: Rusiya Avropada təxribat hazırlayır

Rusiya Avropada təxribat hazırlayır. "Report" xəbər verir ki, bu barədə "Financial Times" üç Avropa ölkəsinin kəşfiyyat xidmətlərindən adı açıqlanmayan mənbələrə istinadən yazıb. Artıq Avropa ölkələrinin hökumətlərinin müvafiq xəbərdarlıqlar aldığı bildirilib. Materialda o da vurğulanı

5 may
.

Netanyahu girovların müqabilində Qəzzada atəşkəsə hazır olduğunu açıqlayıb

İsrail Qəzza zolağında atəşkəsdən əl çəkməyib və anklavda saxlanılan girovların azad edilməsi müqabilində hələ də atəşkəslə razılaşmağa hazırdır. "Report" xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib. "İsrail girovları azad etmək üçün döyüşü dayandırmağa hazır id

5 may
.

Dünyada hər il 1 milyondan çox insan bu səbəbdən ölür

Dünyada hər il yol qəzalarında 1 milyondan çox insan ölür, 17,8 milyon insan isə qəzalarda xəsarət alır. İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. Məlumata görə, təşkilat 108 ölkədən yol təhlükəsizliyi ilə bağlı məlumatları toplayıb. Bildirilib ki, yo

7 may
.

Paşinyanla Koçaryan yenidən üz-üzə - TƏHLİL

Ermənistanın sabiq prezidenti Robert Koçaryan dörd kəndin Azərbaycana qaytarılmasından sonra Tavuş rayonunda baş verən kiçikmiqyaslı aksiyalardan istifadə etmək qərarına gəlib. Uzun müddətdir gizli ittifaq qurduğu Tavuş yeparxiyasının rəhbəri Baqrat Srbazanı da bu oyuna qoşan siyasətçi İrəvan və digə

5 may
.

Bu dəfə də Acunun gödəkçəsi müzakirələrə səbəb oldu: 20 ildən sonra... - FOTO

"Acun medya"nın sahibi, tanınmış aparıcı Acun Ilıcalı 20 ildən özünə ilk dəfə kurtka alması ilə gündəm olub. Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, buna səbəb isə gödəkçənin qiymətidir. "Hull city" komandasının sahibi belə bir addım atmağa məcbur qaldığını deyib:. "Komand

7 may