"Əfqan qızı" fotosunun maraqlı tarixçəsi - FOTOLAR
"Əfqan qızı" fotosu bir dövrə səs salan fotolardan hesab olunur.
Metbuat.az fotonu çəkən Stiv Makkarinin şəklin tarixçəsi ilə bağlı dediklərini təqdim edir:
"Əfqanıstanda çəkilişlər aparırdım. O zaman Pakistan sərhədində 3-4 milyon əfqan qaçqın var idi. Mən həmin qaçqın düşərgəsində bir çadırdan o birinə keçirdim. Çadırların birindən uşaq səsləri eşitdim. Gənc qızlar üçün yaradılmış məktəb idi. Məsum uşaq üzləri ilə dolu bir çadır. Müəllimədən çəkiliş aparmaq üçün icazə istədim. Puştu mənşəli əfqan qızı Şarbat Qula sovet-əfqan müharibəsində valideynlərini itirmişdi. İnsanı düşünməyə məcbur edən maraqlı gözləri vardı. Dəhşət, qorxu içində parıldayan gözlərindən çox təsirləndim. Onun bir neçə şəklini çəkdim. Xoşbəxtlikdən çəkiliş üçün əla şərait və imkan var idi: işıq, fon, uşağın geyimi və rənglər. Üstəlik, vücud dili... Hamısı əla idi. Çəkilişləri bitirdim".
Steve McCurry-nin 1984-cü ildə çəkdiyi "Əfqan qızı" adlı bu foto bir il sonra "National Geoqraphic" jurnalının üz qabığında bütün dünyaya yayıldı. Adını belə bilmədiyi bu qızcığaz Makkariyə dünya şöhrəti gətirdi.
2001-ci ildə NATO-nun Əfqanıstana müdaxiləsindən sonra Makkari Əfqanıstana qayıdır, həmin qızı tapmağa çalışır:
"2002-ci ilin yanvar ayında Şarbatı tapmaq üçün Əfqanıstana yollandıq. Axtarışlarımız xeyli davam etdi, amma onu tapmaq elə də asan deyildi. O zaman çəkdiyim fotosunu böyüdüb yerli sakinlərdən Şarbatı tanıyıb-tanımadıqlarını soruşurduq. Fotonu çəkdiyim vaxtdan xeyli ötmüşdü. Onu tanımaq elə də asan deyildi, xüsusilə xarabalığa çevrilmiş şəhərdə. Ümidsiz idik, geri dönmək istəyirdik. Qəfildən bir adam peyda oldu, o qızın qardaşını tanıdığını dedi. Beləliklə, hər şey dəyişdi və ümidləndik. Az sonra yaddaşıma həkk olan o qızı tapdıq. Görən kimi tanıdım, çünki qorxu içində olan yaşıl gözləri heç vaxt ağlımdan çıxmırdı".
Makkari o qızı yaddaşlara köçürəndə onun 12 yaşı vardı, indi Şarbat Qula 30 yaşa çatmışdı, üç uşaq anası idi.
Müharibələr, ölümlər görmüş Şarbat üçün özünün bütün dünyada məşhurlaşan fotosunun bir anlamı yox idi. Onun daşlaşmış sifətindəki ifadə bunu deyirdi. Makkari ilə görüşəndə onun üzündə heç bir sevinc, maraq hiss olunmurdu. Ən azından Steve "Əfqan qız" fotosu ilə Əfqanıstanda baş verən müharibədən əziyyət çəkən insanlara diqqət çəkə bilmişdi. Amma Şarbat üçün bu çox əhəmiyyətsiz idi. Üç uşaq anası olan Şarbata fotoçəkiliş mənasız bir iş kimi görünür və bu işin sona çatmasını səbirsizliklə gözləyirdi:
"Yenidən onun fotosunu çəkdim. Ailəsi heç bir problem yaratmadı. Ona illər əvvəl çəkdiyim fotosundan danışmağa başladım. Dedim ki, sənin bu foton mən də daxil olmaqla saysız-hesabsız insanın həyatında dərin iz buraxıb. O zaman mənimlə bir neçə mütəxəssis getmişdi. Kompüter vasitəsilə Şarbatın gözləri yoxlandı. Müəyyən edildi ki, o, doğrudan da fotosunu çəkdiyim həmin qızdır".
Fotoqraf yenidən onun fotosunu çəkir və bu foto 2002-ci ildə "National Geographic"in üz qabığında yayımlandı. S. McCurry fotodan əldə edilən pullar hesabına Kabildə məktəb tikintisinə ayırır.



Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bayram günlərinin üst-üstə düşməsi - Məzuniyyətə necə təsir edəcək?
Ermənistanda ARA QARIŞDI: Xocalı qatili "SAVAŞ MESAJI" verdi
500 manat olan pensiyalar BU QƏDƏR ARTACAQ - AÇIQLAMA
Dünyada neçə pişik var? Hesablamalar aparılıb
Yarpaq dolmasının parlaq olması üçün nə etmək lazımdır?
Bakıda ət bahalaşdı - YENİ QİYMƏT
Südə limon suyu sıxanda görün nə baş verir - Marketə getməyə ehtiyac qalmadı - VİDEO
Sevil-Sevinc "ana oldu" - FOTO
Nərimandan tənqidlərə "cavab"
TƏCİLİ: Bu, baş versə pensiya yaşı 60-a endiriləcək
Sabah bəzi ərazilərdə leysan olacaq, qar yağacaq - PROQNOZ
Bu tarixdə GÜCLÜ KÜLƏK OLACAQ - SARI XƏBƏRDARLIQ
"Yolka"nızı evin bu 3 yerində qəti qurmayın
Paytaxt restoranlarında Yeni il qiymətləri
Qəzada həlak olan Ramaldanova və yaxınının FOTOSU