Dünyanın ən böyük hava limanı sentyabrın sonlarında istismara veriləcək - VİDEO

Dünyanın ən böyük hava limanı sentyabrın sonlarında istismara veriləcək - VİDEOÇinin paytaxtı Pekin şəhərinin mərkəzindən cənubda yerləşən yeni Dasin Beynəlxalq Hava Limanı 2019-cu il sentyabrın 30-dək istismara veriləcək.

Sonxeber.az "Report"a istinadən bildirir ki, Pekinin yeni aeroportu ulduz şəklində inşa edilmiş ilk hava limanıdır. Qeyd olunur ki, ulduz şəklində dizayn reyslərə qeydiyyatı və sərnişinlərin transferini sürətləndirməyə imkan verəcək. Belə ki, mərkəzi zona ilə minik üçün ən uzaq qapılar arasındakı məsafə maksimum 600 metrdir. Bu isə Asiya və Avropanın digər hava limanlarına nisbətən daha azdır. Dasində baqajın verilməsi də digər hava limanlarına nisbətən daha sürətli olacaq.

Hazırda Dasinin infrastrukturunun tikintisi artıq başa çatıb. Açılış zamanı terminalın sərnişin buraxıcılıq qabiliyyəti ildə 45 milyon nəfər olacaq. 2025-ci ilə qədər bu rəqəmin 72 milyona çatdırılması planlaşdırılır.

Hava limanının Çinin və dünyanın ən böyük inteqrasiya nəqliyyat mərkəzi olacağı gözlənilir. Aeroportun inşa xərcləri 80 milyard yuan (13,1 milyard dollar) səviyyəsində qiymətləndirilir və bu, layihənin Çinin mülki aviasiya tarixində ən bahalı olduğunu göstərir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1386   Tarix: 10 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Dünyanın ən böyük ağcaqanadı

Dünyanın ən böyük ağcaqanadının bir nümunəsi (bu böcək növləri arasında) Sıçuan əyalətinin Çendu şəhərindəki Qərbi Çin Həşərat Muzeyində saxlanılır. xarici mətbuata istinadən xəbər verir ki, 2018-ci ildə Ginnesin Rekordlar Kitabına düşüb. Ağcaqanad Holorusia Mikado növünə aiddir. Onun qanadlarının uzunluğ

20 aprel
.

ABŞ "TikTok"u qadağan etməyə hazırlaşır

ABŞ Konqresinin Nümayəndələr Palatası ABŞ-də "TikTok" sosial şəbəkəsinin tamamilə qadağan edilməsi ilə bağlı qanun layihəsini təsdiqləyib. Konqresmenlər tərəfindən təsdiqlənən sənəd artıq Senata göndərilib. Növbəti həftə Senatın "TikTok"un qadağası ilə bağlı hazırlanan qanun layihəsin

21 aprel
.

Pensiya sistemindəki boşluqlar: Vəfat edənlərin yığılan pullarının taleyi necə olacaq? - ARAŞDIRMA

Statistik məlumatlara əsasən, ölkəmizdə il ərzində vəfat edən kişilərin təxminən yarısı pensiya yaşına çatmayanlardır. Bu statistika yenidən pensiya yaşına çatmadan vəfat edənlərin pensiya kapitalının taleyi məsələsini gündəmə gətirir. Azərbaycanda il ərzində 60 min 810 nəfər vəfat edib. Statistik məlumatlar

21 aprel
.

500 milyon insanı öldürən XƏSTƏLİK geri qayıdır

Təkcə 20-ci əsrdə təqribən 500 milyon insanın ölümünə səbəb olan çiçək xəstəliyi aradan qaldırılan yeganə insan xəstəliyidir. Bununla belə, Milli Elmlər, Mühəndislik və Tibb Akademiyaları (NASEM) tərəfindən hazırlanan "Çiçək xəstəliyinə qarşı tibbi mübarizə tədbirlərinin gələcək vəziyyəti"

14 aprel
.

Bu əşyaları spirtlə təmizləmək olmaz – Diqqətli olun

Spirt paslanmayan poladdan tutmuş istənilən səth üçün güclü təmizləyicidir. Güclü həlledici həm də bərkimiş saqqız, stiker qalıqları və hətta şirə kimi görünməsi mümkün olmayan ləkələrə qarşı ən yaxşı müdafiə vasitələrindən biridir. Belə ki, spirtlə təmizlənə bilən çoxlu şeylər var. Ancaq bu o demə

16 aprel
.

Nəhəng insanlar yer üzündən necə yox oldular? - ARAŞDIRMA + VİDEO

Baku TV-nin əməkdaşı Gülnar Muradovanın təqdimatında "Yer kürəsinin nəhəngləri" adlı araşdırma efirə gedib. Araşdırmada qədim yazılarda adı keçən nəhəng insanlar, div cüssəli varlıqlardan bəhs olunub. Qeyd olunub ki, İncildə Nuhun gəmisinə rişxənd edən qövm haqqında pritça var. Onlar elə zən

21 aprel
.

Alimlər 150 dəqiqə ərzində sintetik almaz yaratdılar

Ulsan Milli Elm və Texnologiya İnstitutunun cənubi koreyalı alimləri sintetik almazların sürətlə istehsalı üçün yeni üsul hazırlayıblar, bu da cəmi 150 dəqiqə ərzində kristal əldə etməyə imkan verir. APA xəbər verir ki, bu barədə tədqiqat "Nature" elmi jurnalında dərc olunub. Təbiətdə almazla

25 aprel
.

Milçəklərdən təbii yolla əbədi xilas olmağın yolu açıqlandı

Yaya az qalıb, onunla birlikdə milçəklər və ağcaqanadların mövsümü də gəlir. Britaniyalı alimlər bu çağırılmamış qonaqları qısa müddətdə qurtulmaq üçün təbii üsul fikirləşiblər və nəticənin möhtəşəm olduğunu bildiriblər. Bunun üçün sirkə, zeytun yağı və şampunun bərabər nisbətdə qarışdırılması ilə "kokteyl"

21 aprel
.

ABŞ alimlərindən ŞOK: "İnsan öləndən sonra ruh yaşamağa davam edir"

ABŞ-nin Arizona Universitetindən bir qrup alim britaniyalı həmkarları ilə birlikdə insan ölümündən sonra "yaşamağa" davam edən ruhun mövcudluğunu eksperimental olaraq təsdiqləyiblər. Doktor Stüart Hameroff və fizik Rocer Penrouz şüurun insan beyninin hüceyrələrindəki "mikroborucuqlardan"

21 aprel