"Kondisionersiz avtobuslara da 30 qəpik verək?" - narazı paytaxt sərnişinlərindən TƏLƏB

"Kondisionersiz avtobuslara da 30 qəpik verək?" - narazı paytaxt sərnişinlərindən TƏLƏBEkspert: "Küçələrdə hələ də Ziya Məmmədovun dövründən qalma tör-töküntü avtobuslar hərəkət edir"

Bakının avtobus probleminin həlli istiqamətində Bakı Nəqliyyat Agentliyi tərəfindən iş aparılsa da, nöqsanlar kifayət qədərdir. Xüsusilə də yay aylarında sərnişinləri narahat edən məsələ köhnə avtobuslarda yaşadıqları havasızlıqdır.

Doğrudur, ölkəyə yeni avtobuslar gətirilir. Lakin bu avtobuslar əsasən şəhərin mərkəzi küçələrindən keçən marşrut xətlərinə verilir. Bakı kəndlərinə və qəsəbələrinə hərəkət edən avtobuslar isə sınıq-salxaq halda, üfunət qoxuyur. Bu avtobuslara yay aylarında istidən, qış aylarında isə palçıqdan, soyuqdan minmək olmur.

Məsələ ilə bağlı sərnişinlər təklif ediblər ki, avtobuslarda kondisioner sistemi qura bilmirlərsə, o zaman gediş haqları aşağı salınsın. Sərnişinlər söyləyirlər ki, son illərdə qiymətlər qaldırılsa da, sərnişindaşımanın keyfiyyətində əsaslı dəyişiklik hiss olunmur. Hələ də şəhərin küçələrində köhnə avtobuslar şütüyür. Eyni zamanda intervallar da düzgün təyin olunmadığı üçün xəttə buraxılan avtobusların sayı sərnişin sıxlığına adekvat olmur. Nəticədə xüsusilə də günün pik saatlarında avtobus ictimai nəqliyyatında çətin anlar yaşanır.

Nəqliyyat eksperti Elməddin Muradlı bildirdi ki, sərnişinlər əslində maraqlı təklif irəli sürürlər:"Doğrudan da vətəndaşların yanaşması məntiqlidir və izahı da var. Əgər biz hansısa xidmətin qarşılığında pul ödəyiriksə, bu, normalara uyğun şəkildə olmalıdır. Yəni tələblərə əməl edilməlidir. Necə ki, biz təyyarəyə bilet alan zaman orada yazılır ki, filan xidmətlər də göstərilir. Avtobusların hamısında isə bir qiymət nəzərdə tutulur. Bu qiymətlər müəyyənləşəndə yazılıb ki, sərnişindaşıma xidmətinə görə, şəhəriçi qiymət budur. Sərnişindaşımanın tələblərinə aid də Nazirlər Kabinetinin müxtəlif sənədləri var. Həmin sənədlərdə də bütün məqamlar öz əksini tapır. Orada kondisioner sisteminin olması, sürücünün kobud davranmaması, interval və digər bu kimi məqamlar var. Lakin yollarda görürük ki, Ziya Məmmədovun dövründən qalan tör-töküntü avtobuslar hələ də küçələrdə hərəkət edir. Dövlət tərəfindən vəsait ayrılıb və 300 avtobusun ölkəyə gətirilməsi nəzərdə tutulub. Belə bir fonda artıq özəl şirkətlər də özlərini düzlətməyə başlayıblar. Diqqət etsək görərik ki, son aylarda bir çox özəl daşıyıcı şirkət də yeni avtobuslar gətirib. Çünki onlar da dərk edirlər ki, dövlət öz avtobuslarını xəttə buraxırsa, gələcəkdə onlar sıradan çıxacaqlar. Qoyulan tələblərə cavab vermirlərsə, sıradan çıxmağa məhkumdurlar".

Ekspert vurğuladı ki, qiymətlər müəyyənləşən zaman avtobusların vəziyyəti də nəzərə alınmalıdır: "Tarif Şurası qiyməti hesablayan zaman məsafəni nəzərdə tutur. Düşünürəm ki, qiymətlər müəyyənləşən zaman avtobusun vəziyyətinin də nəzərə alınması real görünmür. Ancaq vətəndaşlar haqlı irad bildirirlərsə, şirkətlər bundan dərs almalıdır. Anlamalıdırlar ki, vəziyyətləri nə qədər acınacaqlıdır ki, sərnişin 30 qəpiyi belə onun avtobusuna layiq bilmir. Bəlkə bundan utanıb, avtobuslarını qaydasına salarlar. Avtobuslar da deyim ki, ucuz başa gəlmir. Əvvəllər öyrəşmişdilər ki, aylıq pullarını verib, salonundan asfalt görünən avtobusları belə işlədə bilərlər. Artıq görürlər ki, pul götürən də yoxdur. Ona görə də zamanla tələblərə uyğun olan avtobuslar qalıb işləyəcəklər. Qalanları isə sıradan çıxacaq".

Hüquqşünas Əsabəli Mustafayev qeyd etdi ki, əslində bu nüans sərnişinlərin hüquqlarının pozulmasıdır:"Təbii ki, sərnişin pul verirsə, normal xidmət göstərilməlidir. Hər bir daşıma şirkətinin sahibləri var. Görünür ki, müvafiq orqanlar bu məsələdə boşluğa yer verirlər. Söhbət Bakı Nəqliyyat Agentliyi, icra hakimiyyətləri, bələdiyyələrdən gedir. Bu qurumlar məsələyə müdaxilə edib, qayda yaratmalıdırlar. Maşının özünün markasından, xidmətin formasından asılı olaraq qiymətlər olmalıdır. Bu məsələdə sərnişinlər tamamilə haqlıdır. Baxırıq ki, avtobuslar var ki, oturmağa yeri yoxdur. Yəni oturacaqlar yararsız vəziyyətdədir. Həmçinin nə qışda içərisi qızdırılır, nə də yayda soyudulmur. Ancaq qiymətləri digəri ilə eynidir. Köhnə maşınla təzə maşının arasında qiymət fərqi olmadığı üçün şirkətlərdə də maraq olmur. Onlar da keyfiyyəti artırmağı düşünmürlər. Ona görə də qurumlar bu işlə ciddi şəkildə məşğul olmalı, reydlər keçirməli, Tarif Şurasına da təkliflər verməlidirlər. Çünki hazırda qiymət qoymada problem var. Bunu qaydasına salmaq lazımdır. Belə olarsa, insanların da hüquqları qorunmuş olar". (Musavat.com)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1079   Tarix: 10 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Əhməd Əhmədovun qətlə yetirdiyi anasının yerinə yeni təyinat - FOTO

Fevralın 13-də qətlə yetirilən Bakı şəhəri 59 nömrəli tam orta məktəbin direktoru Pikə Əhmədovanın yerinə yeni təyinat olub. xəbər verir ki, bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, sözügedən məktəbin vakant olan direktor vəzifəsin

26 aprel
.

Azərbaycanda bu məşhur zavod bağlanır

"Qazax Konserv Zavodu" ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək. İqtisadiyyat.az xəbər verir ki, yığıncağın iyunun 10-da keçirilməsi planlaşdırılıb. Səhmdarların ümumi yığıncağında aşağıdakı məsələlər müzakirə ediləcək:. 1) 31.12.2023-cü il tarixdə başa çatmış maliyyə ili üzr

26 aprel
.

Yeddi kişini şantaja görə mühakimə olunacaq - İş məhkəmədə

Özünü Milli Fədailər Hərəkatının qurucusu kimi təqdim edən, 6 ay əvvəl isə şantaja görə tutulan Fuad Muradovun cinayət işi üzrə ibtidai istintaq tamamlanıb. "Qafqazinfo"nun məlumatına görə, iş üzrə toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib

26 aprel
.

Bakının bu rayonunda qaz kəsiləcək

Bu gün saat 23:00-dan etibarən Bakının Nəsimi rayonunun Abbasqulu ağa Bakıxanov küçəsi ilə Ağadadaş Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədi ilə qaz təchizatı dayandırılacaq. -ın məlumatına görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz"

26 aprel
.

Övladlarını məktəbə göndərməyən valideynləri hansı cəza gözləyir?

Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər bir Azərbaycan vətəndaşının təhsil almaq hüququ var. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Ölkəmizdə I və IX siniflərdə təhsil almaq məcburi olsa da, bəzən təhsildən yayınan və ya yayındırılan şagirdlərə rast gəlinir. Bəzə

26 aprel
.

Evlilik üçün ideal yaş fərqi neçə olmalıdır? - AÇIQLAMA

Bildiyimiz kimi, bu gün ölkəmizdə erkən yaşda qızların evləndirilməsi halları ilə tez-tez rastlaşırıq. Əlbəttə ki, bu nikahların baş tutması qəbulolunmazdır. Digər tərəfdən, Azərbaycanda 22 yaşlı oğlanın 40 yaşlı qadınla evlənməsi ilə bağlı hallarda mövcuddur. Araşdırmalar onu göstərir ki, tərəflər arasınd

26 aprel
.

"Avropa Parlamenti Azərbaycanla bağlı son qərəzli qətnaməni qəbul etməklə öz ikiüzlülüyünü bir daha nümayiş etdirdi" - DEPUTAT

"Avropa Parlamentində Ermənistan və erməni lobbisinin təsiri altında olan bir sıra dairələr tərəfindən irəlilədilən bu qətnamə bütün faktların saxtalaşdırıldığı Azərbaycana qarşı qarayaxma kampaniyasının tərkib hissəsidir". Bunu -a danışan deputat Müşfiq Cəfərov bildirib. Deputat qeyd edi

26 aprel
.

Körpə ehtiyatsızlıqdan ananın qucağından düşüb öldü - Yenilənib

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə vaxtı 4 aylıq körpə anasının qucağından yerə düşüb. Belə ki, ana övladı ilə birgə 4-cü mərtəbədəki mənzilin eyvanına hava almağa çıxıb. Bu zaman ehtiyatsızlıqdan körpə qadının qucağından yerə düşüb və aldığı xəsarətlərdən vəfat edib. *. Sabunç

26 aprel
.

Daha bir alim Ali Attestasiya Komissiyasına qarşı

Fəlsəfə üzrə elmlər doktoru, dosent Aydın Əlizadə Ali Attestasiya Komissiyası arasında məhkəmə çəkişməsi gedir. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, iş hazırda Ali Məhkəmədədir. Aydın Əlizadə məhkəmə çəkişməsində iddiaçı qismində çıxış edir. Birinci məhkəmə instansiyası onun iddiasını təmnin etməyib

26 aprel