Sabiq prezident mitinqdən qovuldu - Video

Sabiq prezident mitinqdən qovuldu - VideoUkraynanın Zakarpatya əyalətinin Svalyava şəhərində sakinlər ölkənin eks-prezidenti Pyotr Poroşenkonun yolunu kəsərək, onu "Qanba" ("rüsvayçılıq" - ukraynca) şüarları ilə mitinq təşkil olunan ərazidən qovublar.

Sonxeber.az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Strana.ua" nəşri yazıb.

Məlumata görə, şəhərdə seçki öncəsi təşviqat kampaniyası çərçivəsində mitinq keçirilib. Sakinlər Poroşenkonun mitinq ərazisində peyda olduğunu görən kimi müxtəlif şüarlar səsləndirib, onun Ukrayna ordusunu soyduğunu bildiriblər. Kütlənin içindən bir nəfər Poroşenkonun pencəyindən tutmağa müvəffəq olsa da, eks-prezident cangüdənlərinin köməkliyi ilə ərazidən uzaqlaşdırılıb.

Hadisə   Baxılıb: 1406   Tarix: 11 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 055 6620257

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR