Həbsdən çıxan qardaşdan bacılarına qarşı DƏHŞƏTLİ ƏMƏL

Həbsdən çıxan qardaşdan bacılarına qarşı DƏHŞƏTLİ ƏMƏLBakının Xəzər rayonunda ailə-məişət münaqişəsi zəminində qətl törədən 1976-ci il təvəllüdlü Muxtar Əlimanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Muxtar Əlimanovun barəsində cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Azər Paşayevin icraatına verilib.

Yaxın günlərdə bu cinayət işi üzrə məhkəmə prosesi başlanacaq.

İttihama görə, bu ilin aprelin 16-da, gecə saat 1 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi Albalılıq yaşayış sahəsində yaşayan Səadət Əlimanovanın evinə gəlmiş qardaşı, əvvəllər məhkum olunmuş Muxtar Əlimanov ailə-məişət münaqişəsi zəminində ona və orada yaşayan digər bacısı Məlahətə bıçaqla xəsarət yetirib.

Səadət hadisə yerində ölüb, Məlahət isə xəstəxanaya yerləşdirilib.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən Muxtar Əlimanov tutulub.

İstintaq araşdırması zamını məlum olub ki, Muxtar Əlimanov bu ilin yanvar ayında həbsxanadan çıxıbmış. O, 2007-ci ildə qətl törətdiyi üçün həbs edilib və 12 illik məhkumluq həyatından sonra 3 ay əvvəl azadlığa çıxıb.

Məlum olub ki, Muxtar Əlimanov bacıları ilə birlikdə ümumi həyətdə yaşayıb.

O, son vaxtlar mütəmadi olaraq torpaq-mülk bölgüsü ilə bağlı bacıları ilə mübahisə edirmiş.

Nəhayət aprelin 16-da sərxoş vəziyyətdə olan Muxtar evdə bacısı 1964-cü il təvəllüdlü Səadət Əlimanova ilə yenidən dalaşıb.

Bu zaman bacısına çoxsaylı xəsarət yetirən Muxtar Əlimanovun ürəyi soyumayıb və 2 ədəd şüşə balonla onun sifət nahiyəsinə ağır zərbələr endirib.

Hadisə yerində ölən qadının sifəti tanınmaz hala düşüb.

Spirtli içkinin təsiri altında qanlı cinayət törətmiş Muxtar Əlimanov daha sonra digər bacısı, 1962-ci il təvəllüdlü Məlahət Əlimanovaya da bir neçə bıçaq zərbəsi endirib. 57 yaşlı qadın ağır vəziyyətdə 3 saylı şəhər kliniki xəstəxanasına çatdırılıb.

İstintaq orqanı tərəfindən Muxtar Əlimanovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə), 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd etmək) maddələri ilə ittiham elan edilib. (teleqraf)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 5762   Tarix: 11 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Samuxda azyaşlı bacı-qardaşın çöplü şirədən zəhərlənib öldüyü güman edilir

Samux rayonunda üç və iki yaşlı körpələr naməlum şəraitdə ölüb. -a istinadən xəbər verir ki, hadisə Qarayeri qəsəbəsində qeydə alınıb. Kənd sakinləri - 2018-ci il təvəllüdlü Nurəddin Əfqan oğlu Quliyevin və bacısı Ruqəyya Əfqan qızı Quliyevanın yaşadıqları evdə səhhətlərində problem yaranıb. Vəziyyətlər

13 sentyabr 2021
.

Rəşid Mahmudovun oğlu infarkt keçirdi - FOTO

Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudovun oğlu infarkt keçirib. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Rəşid Mahmudovun oğlu xəstəxanaya yerləşdirilib və vəziyyəti ağırdır

12 sentyabr 2021
.

Mingəçevirdə karantin qaydalarını pozan kafe aşkarlanıb - FOTO

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimindən irəli gələn qayda və tələblərə riayət edilməsi məqsədilə keçirilən nəzarət tədbirləri zamanı gecə saatlarında fəaliyyət göstərən kafe aşkarlanıb. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupunda

11 sentyabr 2021
.

Rektorun anası koronavirusdan vəfat etdi

Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyliyə ağır itki üz verib. Unikal.org-un məlumatına görə, rektorun anası Sveta xanım koronavirusdan vəfat edib. Allah rəhmət eləsin!

13 sentyabr 2021
.

Hövsan yolunda iki maşın toqquşdu - Xəsarət alan var + VİDEO

Hövsan yolunda yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə Hövsan yolunda olub. Toyota Prius markalı avtomobillə Daewoo Nexia markalı minik maşını toqquşub. Baş vermiş hadisə zamanı 1 nəfər xəsarət alıb. Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib

12 sentyabr 2021
.

Azərbaycanda 4 piyadanı maşın vurub öldürdü

Sentyabrın 14 və 15-də piyada ölümü ilə nəticələnən 4 yol qəzası olub. Daxili İşlər Nazirliyindən -a verilən məlumata görə, sentyabrın 14-də saat 1 radələrində Gəncə şəhəri Ü.Hacıbəyov küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Samux rayon sakini Tural Mustafayev vurulub. Nəticədə piyada aldığ

15 sentyabr 2021
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -ın -a istinadən verdiyi məlumata görə, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlə

14 sentyabr 2021
.

19 yaşlı ana doğuş zamanı öldü

Cəlilabadda qadın doğuş zamanı ölüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Cəlilabad Müalicə Diaqnostika Mərkəzində qeydə alınıb. İlkin məlumata görə, rayonun Muğan kənd sakini, 2002-ci il təvəllüdlü Həziyeva Fatimə Zaur qızı qeysəriyyə əməliyyatından sonra vəfat edib. Övladı sağdır

13 sentyabr 2021
.

Azərbaycanda QHT sədri vəfat edib

"Hüquqi Yardım" İctimai Birliyinin sədri, hüquqşünas və mediator İlqar Qasımov vəfat edib. "Report" xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb. Məlumata görə, o, bu gün dünyasını dəyişib. Mərhum sabah Lənkəranda dəfn olunacaq. Allah rəhmət eləsin!

12 sentyabr 2021