ŞOK İDDİA : "Polislər 6 yaşlı qızımın gözü qarşısında məni sürüdülər"

ŞOK İDDİA : "Polislər 6 yaşlı qızımın gözü qarşısında məni sürüdülər""6 yaşlı qızımın gözü qarşısında məni sürüdülər, başımı maşının arxasına çırpdılar. Onlara "heç olmasa uşağın gözü qarşısında etməyin", deyəndə, "bunu bayaqdan bizimlə qanun xırdalayanda düşünərdin,"-dedilər". Xaçmaz rayon sakini Eldar Hacıbalayev Meydan TV-yə danışır ki, bir ay əvvəl - iyunun 5-də axşam saat 8 radələrində Qubanın Qəçrəş kəndi ərazisində şəxsi avtomobili ilə hərəkətdə olarkən yol polisləri tərəfindən saxlanılıb.

Sonxeber.az criminal.az-a istinadən bildirir ki, onun sözlərinə görə, Dövlət Yol Polis İdarəsinə məxsus olan "90YP677" dövlət nömrə-nişanlı avtomobillə gələn polis kapitanı Saleh Eyyubov, polis serjantları Elnur Dadaşov və Emin İsmixanov ondan maşından düşməyi tələb ediblər. O isə təklif edib ki, əvvəlcə yol polisləri qanuna riayət edərək özlərini təqdim etsinlər, hansı yol hərəkəti qaydasını pozduğunu bildirsinlər. Bu zaman Eldar Hacıbalayev telefonun kamerasını da işlək vəziyyətdə qoyub ki, baş verənlər yaddaşa qeyd olunsun. Polislərdən biri bundan duyuq düşüb.
"Döş qəfəsimə yumruqlar ilişdirdi"
Eldar Hacıbalayev sözünə davam edir: "Onlar məndən sənədlərimi tələb etdilər. Mənsə onlardan tələb etdim ki, mənə hansı yol hərəkətini pozduğuma görə saxladıqlarını izah etsinlər. Onların izahı yox idi, çünki mən heç bir yol hərəkəti qaydasını pozmamışdım. Maşından düşməyimi tələb etdilər. Bütün baş verənləri telefonun kamerasıyla çəkirdim. Maşından düşən kimi Saleh Eyyubov əlimdən telefonu aldı, kameranı söndürdü, yaddaşındakı videoları sildi. Mən mane olmaq istəyəndə döş qəfəsimə yumruqlar ilişdirdi. Emin İsmixanov basımı maşının arxa hissəsinə çırpdı, Elnur Dadaşovsa yaxamdan yapışıb məni sağa-sola sürüdü. Raport yazdılar ki, guya mən onların qanuni tələbinə tabe olmamışam, müqavimət göstərmişəm. Sonra məni və maşınımdakı ailə üzvlərimi Quba rayon polis şöbəsinə apardılar".
"Dilim qatlanıb, polislər təcili yardım çağırıblar"
Eldar Hacıbalayevin sözlərinə görə, polis şöbəsində də təzyiqlər davam edib, onu şərləməyə çalışıblar: "Gah dedilər, indi protollaşdıracağıq ki, sən bizə hücum çəkmisən, vurmusan... Biri deyirdi ki, indi çıxıb atacam özümü maşının altına, yazacam ki, sən itələyib atdın, basdıracam səni içəri, 10 il "sroka" gedəcəksən... Mənə o qədər psixoloji təsir göstərdilər ki, özümdən getmişəm, dilim qatlanıb, təcili yardım çağırıblar. Həkim dedi, bunu xəstəxanaya götürməliyəm, vəziyyəti ağırdır. Polislər dedi, "Dibazol"dan, "Korvalol"dan ver, özünə gəlsin. Xəstəxanaya aparsan, başımız ağrıyacaq... Həkim də ilkin yardımlar göstərib, getdi".
"6 yaşlı qızımı, bacımı, yoldaşımı 4 saat şöbədə saxladılar"
Eldar Hacıbalayevin sözlərinə görə, onu və ailə üzvlərini 4 saatdan çox polis şöbəsində saxladıqdan sonra buraxıblar. Ancaq möhkəm tapşırıblar ki, olan olub, keçən keçib, heç yerə şikayət eləməsin. Quba Rayon Polis Şöbəsindən Meydan TV-yə bildirilib ki, Eldar Hacıbalayevin dedikləri həqiqətəuyğun deyil. Onun şikayət ərizəsi əsasında Daxili İşlər Nazirliyinin Təhqiqat Şöbəsi araşdırma aparır. Özü isə bir müddətdir ki, izahatı alınması üçün şöbəyə rəsmi şəkildə dəvət olunsa da, gəlmir.
"Şikayətimi araşdırmağa gələnlər də ört-basdırla məşğuldular"
Eldar Hacıbalayev deyir, o, polis şöbəsindən çıxandan sonra Xaçmaza qayıdıb, gecəylə xəstəxanaya gedib, müayinədən keçib, qolundakı izləri, başındakı əzikləri qeydə aldırıb. Növbəti gündənsə rəsmi qurumlara şikayət yazmağa başlayıb:
"Daxili İşlər Nazirliyinin Daxili Təhqiqat Şöbəsindən gəldilər, ancaq onlar da polislərin mənə qarşı törətdikləri cinayəti ört-basdır etməyə çalışdılar. Mən bunlardan məni döyən polislərlə bağlı tədbir görmələrini tələb edirəm, bunlarsa mənim özümü "yükləmək", hər şeyi özümə qarşı çevirmək istəyirlər. Mənə zəng vurub deyirlər ki, get polis şöbəsinə, ora səninlə bağlı şikayətçilər gəlib, get, izahat ver... Mən sildikləri videoçəkilişləri də telefonun yaddaşında bərpa etmişəm. İndi də məni hədələyirlər ki, videoları sosial şəbəkələrdə yaysan, sənə qarşı cinayət işi açarıq".
Eldar Hacıbalayev şikayətlərinin nəticəsiz qaldığını, əksinə, özünün şərlənərək həbs edilməsi ehtimalının ortaya çıxdığını gördükdə başına gələnləri ictimailəşdirmək qərarına gəlib.
DYP-nin Quba şöbəsindən bildirilib ki, 5 iyun 2019-cu il tarixdə Eldar Hacıbalayev Quba rayonu, Qəçrəş kəndi ərazisində yol hərəkəti qaydasını pozduğuna görə 40 manat məbləğində cərimələnib. Eldar Hacıbalayevsə iddia edir ki, bu da polislərin öz əməllərindən diqqəti yayındırmaq üçün atdıqları addımdır:
"Bunlar öz cinayət əməllərini ört-basdır etmək üçün hər yola əl atırlar. Bu ayın 1-də yaşadığım ünvana hadisə baş verən tarixdə guya yol hərəkəti qaydasını pozduğuma görə 40 manat cərimələnməyim barədə məktub gəlib. Sahə müvəkkilimiz də bir tərəfdən deyir, sən hökmən Quba polisinə gedib izahat verməlisən, səndən şikayətçilər var. Hətta getməyimçün məndən iltizam da alıb. Bütün bunlar da o deməkdir ki, kimlərisə üzümə qoyub özümə qarşı cinayət işi açmaq istəyirlər. Evimə demək olar ki, hər gün Quba polisindən bildiriş gəlir".
Eldar Hacıbalayev Prezidentə, Baş Prokurorluğa, daxili işlər nazirinə və başqa qurumlara müraciət edib.
ŞOK İDDİA : "Polislər 6 yaşlı qızımın gözü qarşısında məni sürüdülər"


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 1687   Tarix: 11 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

SON DƏQİQƏ: Bakıda ağaclıq ərazi yanır

Bakıda ağaclıq ərazidə yanğın başlayıb. xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Səbail rayonu ərazisində ağaclıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələr

17 sentyabr 2021
.

Ötən gün 10-dan çox koronavirus xəstəsi ictimai yerlərdə saxlanıldı

Sentyabrın 10-da daxili işlər orqanlarının əməkdaşları respublika ərazisində 11 nəfər aktiv koronavirus xəstəsini ictimai yerlərdə aşkarlayaraq saxlayıblar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -a bildirilib ki, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməkl

11 sentyabr 2021
.

Bakıda təcili tibbi yardım maşını qəzaya düşüb, xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report" xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb. Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 9 saylı Bölməsinin təcili tibbi yardım maşını çağırışa gedərkən digər avtomobillə toqquşub. Qəza zamanı tibb bacısı

14 sentyabr 2021
.

Pakistanda torpaq sürüşməsi: 18 nəfər öldü

Pakistanın şimalında və Xayber Paxtunxva bölgəsinin Torqar əyalətində yağan musson yağışları nəticəsində torpaq sürüşməsi baş verib. xəbər verir ki, sürüşmə zamanı 18 nəfər ölüb. Pakistan rəsmiləri ölənlərin daha çox olduğunu ehtimal edirlər. Pəncab əyalətində ölənlərdən 4-ü uşaqdır. Torqar bölgəsind

12 sentyabr 2021
.

Bakıda "Toyota" piyadanı vuraraq ÖLDÜRDÜ

Bakıda yol-nəqliyyat hadisəsi olub. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 10-u saat 9 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində qəsəbə sakini A.Kamallı idarə etdiyi "Toyota" markalı avtomobillə yolu keçən paytax

11 sentyabr 2021
.

20 yaşlı oğlanın FACİƏVİ sonu: Özünü... - FOTO

Sentyabrın 12-də Göyçayda itkin düşən gəncin meyiti tapılıb. -a istinadən xəbər verir ki, rayonun Qaraman kənd sakini 20 yaşlı Mustafayev Fuad Məzahir oğlu evdən çıxaraq bir daha geri qayıtmayıb. Əldə etdiyimiz məlumata əsasən, Fuad həmin gün Şirvan kanalının Qaraman kəndindən keçən hissəsində, körpüdə

14 sentyabr 2021
.

Samuxda azyaşlı bacı-qardaşın çöplü şirədən zəhərlənib öldüyü güman edilir

Samux rayonunda üç və iki yaşlı körpələr naməlum şəraitdə ölüb. -a istinadən xəbər verir ki, hadisə Qarayeri qəsəbəsində qeydə alınıb. Kənd sakinləri - 2018-ci il təvəllüdlü Nurəddin Əfqan oğlu Quliyevin və bacısı Ruqəyya Əfqan qızı Quliyevanın yaşadıqları evdə səhhətlərində problem yaranıb. Vəziyyətlər

13 sentyabr 2021
.

19 yaşlı ana doğuş zamanı öldü

Cəlilabadda qadın doğuş zamanı ölüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Cəlilabad Müalicə Diaqnostika Mərkəzində qeydə alınıb. İlkin məlumata görə, rayonun Muğan kənd sakini, 2002-ci il təvəllüdlü Həziyeva Fatimə Zaur qızı qeysəriyyə əməliyyatından sonra vəfat edib. Övladı sağdır

13 sentyabr 2021
.

52 yaşlı qadın intihar edib

Göyçay rayonunda intihar hadisəsi baş verib. " "a istinadən xəbər verir ki, 1969-cu il təvəllüdlü İradə Şixəliyeva yaşadığı evdə sirkə turşusu içərək intihar edib. Qadın üç ildir onkoloji xəstəlikdən əziyyət çəkirmiş. Faktla bağlı araşdırma aparılır

14 sentyabr 2021