Azərbaycanda ailə FACİƏSİ: Baba dənizdə boğulan nəvəsini xilas etmək istədi - Özü də BOĞULDU
Qaradağ rayonunun Ələt qəsəbəsində iki nəfər suda boğularaq ölüb.
15 yaşlı Ləman Orucova dənizdə çimərkən boğulub.
L. Orucovanın 70 yaşlı babası Əmrağa Orucov nəvəsini xilas etmək istəyib. Nəticədə Ə.Orucov da boğulub.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, təcili yardıma çağırış saat 16.45-də daxil olub. Hadisə yerinə gələn həkim briqadası ölüm faktını təsdiqləyib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. (BAKU.WS)
Hadisə Baxılıb: 7079 Tarix: 16 iyul 2019
Şikayətiniz varsa Whatsapp: 055 3906818
Facebookda Paylaş