Azərbaycan əhalisi siyahıya alınacaq - BU TARİXDƏ

Azərbaycan əhalisi siyahıya alınacaq - BU TARİXDƏİyulun 19-da Nazirlər Kabinetində Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın növbəti geniştərkibli iclası keçirilib.

Nazirlər Kabinetindən Sonxeber.az-a verilən məlumata görə, Baş Nazirin müavini, komissiyanın sədri Əli Həsənovun yanında keçirilən iclasda yerlərdə əhalinin siyahıyaalınmasına yardım komissiyalarının sədrləri olan rayon, şəhər və şəhər rayonlarının icra hakimiyyəti başçılarının müavinləri, müvafiq dövlət qurumlarının rəhbərləri və nümayəndələri iştirak ediblər.

Baş Nazirin müavini Əli Həsənov bildirib ki, əhalinin siyahıyaalınması Prezident İlham Əliyevin 2016-cı ildə imzaladığı "2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında" Fərmana uyğun aparılır. Nazirlər Kabinetinin 2016-cı il 16 dekabr tarixli qərarı ilə yaradılan komissiyanın bugünkü geniş iclasının keçirilməsində əsas məqsəd siyahıyaalma prosesini ətraflı müzakirə etmək, hazırlıq işlərini nəzərdən keçirməkdir. Komissiya sədri əminliyini ifadə edib ki, ölkəmiz üçün vacib olan bu proses yüksək səviyyədə baş tutacaq. Bu proses əhalinin sayı, yerləşməsi, miqrasiyası və tərkibi, habelə müəyyən bir dövr üzrə vacib olan xüsusiyyətləri barədə ətraflı və müntəzəm məlumatlara olan ehtiyacla şərtlənir. Eyni zamanda, bu proses dövlətin vahid statistik metodologiyası əsasında həyata keçirilir və cəmiyyətdəki vəziyyət haqqında, onun iqtisadiyyatı, sosial sahəsi, mənəvi dəyərləri və sair barədə mühakimə yürütməyə imkan verir. Siyahıyaalma ölkənin həyatında mühüm bir tədbirdir və onun müvəffəqiyyətlə keçirilməsində bu prosesdə iştirak edən hər bir şəxsin üzərinə böyük məsuliyyət düşür.

İclasda bildirilib ki, siyahıyaalma prosesinə 43 min insan cəlb olunacaq. Artıq siyahıyaalma materialları hazırdır. Əhalinin sayına uyğun sorğu vərəqələri çap edilib. 28 bənddən ibarət sorğu vərəqələrində 46 sual üzrə 280-ə yaxın göstərici yer alıb. Əhalinin bu sorğulara tam, dolğun cavab verməsi mühüm əhəmiyyət kəsb edir. Bu prosesin əhaliyə geniş şəkildə çatdırılması üçün KİV-lərin üzərinə böyük vəzifə düşür.

Sonra komissiyanin üzvləri - Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov, Bakı Şəhər İcra Hakimiyyəti başçisinin müavini Fidumə Hüseynova, Xarici İşlər nazirinin Nadir Hüseynov və Daxili İşlər nazirinin müavini İsmət Əliyev hazırlıq prosesi ilə bağlı ətraflı məlumat veriblər.

İclasın sonunda müvafiq dövlət qurumlarına aidiyyəti üzrə tapşırıqlar verilib.

Qeyd edək ki, Azərbaycan qanunvericiliyinə görə hər 10 ildən bir baş tutan əhalinin siyahıyaalınması prosesi növbəti dəfə 2019-cu ilin 1-10 oktyabr tarixlərində keçiriləcək.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1084   Tarix: 19 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ofisiantların ölümünə görə tutulan icarədarın həbs müddəti artırıldı

Binəqədidə 4 gəncin elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı həbs edilən "Lake Hotel"in icarədarı Ağasif Verdiyev yenidən məhkəməyə çıxarılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, prokuror cinayət işi üzrə zəruri istintaq hərəkətlərinin davam etməsi ilə əlaqəda

19 dekabr
.

Sabah hava necə olacaq?

Azərbaycanda dekabrın 21-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəz

20 dekabr
.

Ağakərimdən danışan Ağamirzə: "Sonuncu dəfə 5 il bundan əvvəl danışmışıq"

"Biz Ağakərimə mütəmadi olaraq baş çəkirdik. 10-20 gündən bir biz onu ziyarət edirdik. Demək olar ki, hər gün oğlu ya da bacısı oğlanları ilə telefonla danışırdıq". Qaynarinfo xəbər verir ki, bu sözləri "Xəzər axşamı" verilişinə açıqlaması zamanı meyxanaçı Ağamirzə Məmmədov deyib

20 dekabr
.

"Dəyirman"ın Anarı bu qurumda yüksək vəzifədə çalışır - Foto

Məşhur "Dəyirman" qrupunun keçmiş üzvü Anar Abdullayev qurumların birində yüksək vəzifədə çalışır. xəbər verir ki, bununla bağlı məlumat yayıb. Bildirilib ki, o, 2023-cü ildən "AzerGold" QSC-də müşavir kimi fəaliyyət göstərir. Qeyd olunub ki, "Dəyirman" qrupu dağıldıqda

20 dekabr
.

Meyxanaçı Kərim dəfn edilidi (FOTO)

Meyxanaçı Kərim Novruzov Maştağa qəsəbəsində yerləşən Seyidəli qəbiristanlığında dəfn olunub. APA xəbər verir ki, dəfn mərasimində mərhumun ailə üzvləri və sənət dostları iştirak ediblər. Qeyd edək ki, Kərim Novruzovla vida mərasimi yaşadığı evdə keçirilib. Xatırladaq ki, o, dünən uzun sürən xəstəlikdə

20 dekabr
.

Bəzi şəxslər 100 manatlıq bu rüsumu ödəməyəcək

Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmaların əhatə dairəsi genişləndirilir. xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dövlə

19 dekabr
.

Azərbaycanda əsgərlik müddəti azaldılacaq - Ekspert AÇIQLADI

Azərbaycanda hərbi xidmət müddətinin azaldılması məsələsi artıq ictimai müzakirə mərhələsini geridə qoyub və real mexanizmə çevrilmək üzrədir. Bu addım ölkənin ərazi bütövlüyü və suverenliyinin təmin olunmasından sonra gündəmə gələn təbii və zəruri proseslərdən biridir. xəbər verir ki, bu sözləri -

20 dekabr
.

"2 500-dək tibbi avadanlıq, cihaz və tibbi inventarlar satın alınıb" - Vüqar Qurbanov

"2025-ci ilin ötən dövrü ərzində tibb müəssisələrinin fəaliyyətinin optimallaşdırılması, diaqnostik və müalicə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə müxtəlif profilli tibb müəssisələrinin ehtiyacları nəzərə alınaraq, diaqnostik, reanimasiya, laboratoriya, cərrahi, fizioterapiya v

19 dekabr
.

Bu restoranların menyularında "dəvə qutabı" olsa da, özü yoxdur... - Fotolar

Daxil olan müraciətlər əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Sumqayıt şəhəri, Sahil küçəsində fəaliyyət göstərən bir sıra ictimai iaşə obyektlərində reyd keçirib. "Qafqazinfo" xəbər verir ki, yoxlama zamanı "Nicat" restoranı və "Balıqçı" kafesində "dəv

20 dekabr