45 peşə liseyinin məzunları buraxılış imtahanı verəcək
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) martın 13–də ölkənin bütün peşə liseylərinin (cəmi 45) sonuncu sinfində təhsil alan şagirdlər üçün buraxılış imtahanı keçirəcək.
TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, imtahan 24 şəhər və rayonda (Bakı, Gəncə, Şəmkir, Gədəbəy, Qazax, Tovuz, Sumqayıt, Abşeron, Şamaxı, Qax, Bərdə, Göyçay, Kürdəmir, Zərdab, Şirvan, Sabirabad, Biləsuvar, Salyan, Saatlı, Lənkəran, Cəlilabad, Quba, Qusar, Xaçmaz) təşkil olunacaq.
İmtahanlarda iştirak edəcək şagirdlər "İmtahana buraxılış vərəqəsi"ni TQDK-nın internet saytında "Şagird-Məzun" sisteminə müvafiq qaydada daxil olmaqla çap edə bilərlər.
Nəzərinizə çatdıraq ki, imtahan bütün binalarda eyni vaxtda – saat 12:00-da başlanacaq və 2 saat 45 dəqiqə müddətində aparılacaqdır.
Şagirdlər imtahana gələrkən imtahana buraxılış vərəqəsini, şəxsiyyəti təsdiq edən sənədin əslini, əcnəbilər şəxsi pasportları və ya icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və ya icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini, 16 yaşı 2016-cı il fevralın 29-dək tamam olmayan şagirdlər, digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışını(arayışa şagirdin 3X4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) mütləq gətirməlidirlər.
Məlumat üçün bildirək ki, imtahanın aparılması üçün 30 imtahan mərkəzi ayrılıb. Prosesin idarə edilməsinə 39 imtahan rəhbəri, 363 zal nəzarətçisi cəlb olunub.
İmtahanlarda ümumilikdə 4448 şagirdin (Bakıda 1917, Gəncədə 344, Şəmkirdə 68, Gədəbəydə 98, Qazaxda 77, Tovuzda 111, Sumqayıtda 406, Abşeronda 124, Şamaxıda 60, Qaxda 85, Bərdədə 176, Göyçayda 123, Kürdəmir 61, Zərdabda 37, Şirvanda 94, Sabirabadda 95, Biləsuvarda 27, Salyanda 90, Saatlıda 98, Lənkəranda 38, Cəlilabadda 98, Qubada 80, Qusar 57, Xaçmazda 84) iştirak edəcəyi gözlənilir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 860 Tarix: 10 mart 2016
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Saxta sürücülük vəsiqəsi istifadə edən şəxs CƏZALANDIRILIB
Saxta sürücülük vəsiqəsindən istifadə etməkdə təqsirləndirilən Rusiya vətəndaşı barəsində hökm çıxarılıb. -a istinadla xəbər verir ki, 1990-cı il təvəllüdlü Rusiya Federasiyasının vətəndaşı - Emil Şərəfxan oğlu İsmayılov Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə (saxta sənəddən istifadə) ittiham olunub
20 dekabrPensiya alanlara ŞAD XƏBƏR: Gələn ildən...
"Hazırda Azərbaycanda pensiya yaşının artırılması ilə bağlı hər hansı bir layihə müzakirə edilmir və bu istiqamətdə heç bir sənəd təqdim olunmayıb. Lakin ümumilikdə pensiya islahatlarının dərinləşdirilməsi və pensiya qanunvericiliyinin təkmilləşdirilməsi sosial müdafiə sahəsində əsas prioritetlərdə
21 dekabr2 yaşlı uşaq kanalizasiya quyusuna düşüb öldü
Beyləqanda azyaşlı bədbəxt hadisənin qurbanı olub. "Qafqazinfo" xəbər verir ki, rayonun Tatalılar kəndində 2 yaşlı Uğur Elmidar oğlu İmanzadə həyətlərində olan kanalizasiya quyusuna düşüb. O, boğularaq ölüb. Faktla bağlı araşdırma başlanıb
19 dekabrNazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMA
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. xəbər verir ki, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Mingəçevir şəhəri, Müslüm Maqomaye
20 dekabrBelə çağırışlar edənlər - 500 manat ödəməli olacaq
İnternet informasiya ehtiyatında fahişəliklə məşğul olmağa açıq çağırışların edilməsinə görə 500 manat cərimə tətbiq olunacaq. "Qafqazinfo" xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barəd
19 dekabrKarantin rejiminin müddəti uzadıldı
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib. Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsus
20 dekabrDirektoru divara itələyən müəllimlə bağlı - Rəsmi açıqlama+Video
Sosial şəbəkələrdə yayılan Qobustan rayonu Ərəbşahverdi kənd ümumi orta ümumtəhsil məktəbinin müəlliminin direktora qarşı uyğunsuz davranışını əks etdirən video ilə bağlı araşdırma aparılıb. Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dağlıq Şirvan Regional Təhsil İdarəsindən məlumat verilib
19 dekabr19 yaşlı oğlan qəfil öldü
Bakıda gənc oğlan qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə Xətai rayonu Yeni Günəşli qəsəbəsində baş verib. 2006-cı il təvəllüdlü Nihad İsmayıl oğlu Məmmədov səhhətinin anidən pisləşməsi nəticəsində həyatını itirib. Yaxınları onun insult keçirdiyini bildiriblər. Faktla bağlı araşdırm
20 dekabr